Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Üç komponentli kondensləşmiş sistemlər



Yüklə 18,4 Mb.
səhifə99/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

11.8. Üç komponentli kondensləşmiş sistemlər
Üç komponentli sistemlər dəyişən 4 parametrlə xarakterizə olunur. Bu parametrlər–təzyiq, temperatur və 2 komponentin miqdarlarıdır. Əgər hər hansı bir fazada 2 komponentin qatılığı təyin olunarsa, onda 3–cü komponentin qatılığını onların fərqinə əsasən müəyyən etmək olar.

Üçkomponentli sistemlərin tərkibi, əsasən bərabərtərəfli koordinat üçbucağından istifadə etməklə təsvir edilir. Bu üçbucağın təpələri üç təmiz komponenti xarakterizə edir. Üç komponentli sistemi xarakterizə edən koordinat üçbucağını sxematik olaraq 11.6 saylı şəkildəki kimi göstərmək olar.


Şəkil 11.6. Üçkomponentli sistemin tərkibini təsvir etmək üçün koordinat üçbucağı


Üçlü sistemin tərkibini müəyyənləşdirmək üçün bərabər-tərəfli üçbucağın hər tərəfi 100 bərabər hissəyə bölünür. Burada A nöqtəsi 100% A komponentinə uyğun gəlir. Üçbucağın BC tərəfində A komponenti yoxdur. Yəni, onun miqdarı 0% -dir. xy–xətti boyunca A komponentinin miqdarı 10% təşkil edir. Beləliklə, üçlü sistemin istənilən nöqtəsində A komponentinin miqdarını təyin etmək üçün, həmin nöqtədən BC tərəfinə paralel xətt çəkirik.

Bu xəttin AC tərəfi ilə kəsişmə nöqtəsi A komponentinin faizlə miqdarını xarakterizə edir. Eyni qayda ilə, həmin nöqtədən AC və AB tərəflərinə paralel xəttlər keçirməklə B və C kompanentlərinin miqdarını tapa bilərik. Məsələn, K nöqtəsi aşağıdakı tərkibə uyğun gəlir 50% A, 20% B və 30% C.

Tərkiblər atom, mol və kütlə faizləri ilə xarakterizə oluna bilər. Bu komponentlərin tərkibini başqa üsulla da təyin etmək olar. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, tərkibi müəyyən edilən nöqtədən əlavə xəttlər qurulur, bu xəttələrin üçbucağın bir tərəfi ilə kəsişmə nöqtəsi komponentlərin miqdarını xarakterizə edir. Məs., P nöqtəsində üçlü sistemin tərkibini tapmaq üçün AC və AB tərəflərinə paralel olan PO və PQ xəttlərini çəkirik. Bu zaman CO parçası B komponentinin miqdarını göstərir. (45%), QB–parçası C komponentinin miqdarını göstərir (25%), OQ parçası isə A komponentinin miqdarını göstərir (30%).


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə