Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Rekonstruktiv və deformasiyalı faza



Yüklə 18,4 Mb.
səhifə102/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

12.1.Rekonstruktiv və deformasiyalı faza

keçidləri
Byurger klassifikasiyasına görə 2 tip faza çevrilmələri mövcuddur:

  1. Rekonstruktiv çevrilmələr;

  2. Deformasiyalı çevrilmələr;

Rekonstruktiv faza çevrilmələri dedikdə bərk cismin kristal qəfəsinin yenidən qurulması başa düşülür. Bu zaman bir çox kimyəvi rabitələr qırılır və yeni rabitələrin əmələ gəlməsi baş verir.

Şəkil 12.1. Karbonun hal dioqramı. Almazın qrafitdən sintezinə uyğun temperatur və təzyiqi ifadə edən sahə punktirlə göstərilmişdir

Almaz ⇄ Qrafit faza keçidi rekonstruktiv keçidə aiddir, çünki bu keçid kristal qəfəsin strukturunun tam dəyişməsi ilə müəyyən olunur. Bu zaman, qrafit kristallarında hər bir karbon atomu yaxınlıqda olan üç karbon atomu ilə əlaqə yaradır və heksaqonal laylar şəklində kristallik qəfəs yaranır. Almaz kristallarında isə hər bir karbon atomu digər 4 karbon atomu ilə əlaqəli olub üçölçülü karkas əmələ gətirir. Almazın qrafitə və ya qrafitin almaza çevrilməsinin temperatur və təzyiq intervalları diaqramda göstərilmişdir.

Diaqramdan göründüyü kimi, əgər almazı a–nöqtəsində olan təzyiqdə və təzyiqi sabit saxlamaqla qızdırsaq, o “b” nöqtəsində olan temperatura qədər öz dayanıqlığını saxlayır. Temperaturun sonrakı artımlarında, yəni “b” nöqtəsindən yuxarı sahədə almaz qrafitə çevrilir. “b” və “υ” nöqtələri arasındakı temperatur intervalında qrafit öz dayanıqlığını saxlayır. Temperaturun sonrakı artımı, yəni υ nöqtəsinə uyğun gələn temperaturdan yüksək termperaturda bütün qrafit maye hala çevrilir. Deməli, karbonun hal diaqramı temperatur artdıqca almazın qrafitə çevrilməsini göstərir. Yəni, bu zaman maddə az yumşaq strukturdan, çox yumşaq struktura çevrilir. Həmçinin, maddə daha çox simmetrik strukturdan daha az simmetrik struktura çevrilir. Temperaturu azaltdıqda isə əks proses baş verir, yəni qrafit almaza çevrilir. Dioqramda bu proses υ-b-а xətti üzrə yuxarıdan aşağıya doğru istiqamətlənir. Rekonstruktiv faza keçidlərində, bir qayda olaraq maddənin kristallik strukturunda ciddi dəyişiklik baş verir. Bu zaman hər iki modifikasiyanın simmetrikliyi və qrupların fazada yerləşməsi bir–birindən əhəmiyyətli dərəcədə fərqlənir.

Deformasiyalı faza keçidlərində isə kimyəvi rabitələrin qırılması baş vermir. Yalnız bu rabitələrin müəyyən qədər dönməsi və ya əyilməsi baş verir. Bu isə kristallik strukturun dəyişilməsi ilə müşayiət olunur. Bununla əlaqədar olaraq deformasiyalı faza çevrilmələri nisbətən asan baş verir.

Rekonstruktiv və deformasiyalı faza keçidlərini sxematik olaraq aşağıdakı kimi göstərmək olar.

Şəkil12.2. A, B,C bərk sistemlərinin kristal qəfəsinin quruluşu


A fazasının kristal qəfəsini B və C fazalarından istənilən birinin kristal qəfəsinə çevirmək üçün müvafiq kimyəvi rabitələri qırmaq lazımdır. Bu tip keçid rekonstruktiv keçid adlanır. B və C fazalarının qarşılıqlı bir–birinə keçməsi kimyəvi rabitənin qırılmasını tələb etmir, yalnız qismən dönməsi kifayət edir. Belə keçidlər deformasiya tipli keçidlərdi


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə