Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Byurqer klassifikasiyasına görə faza keçidlərinin formaları



Yüklə 18,4 Mb.
səhifə103/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

12.2.Byurqer klassifikasiyasına görə faza keçidlərinin formaları
Byurqer klassifikasiyasıyasına görə keçidlər aşağıdakı qruplara bölünür:

  1. Birinci koordinasiya sferasına toxunan keçidlər.

  2. İkinci koordinasiya sferasına toxunan keçidlər.

  3. Nizamlı-nizamsız formalı keçdirlər.

  4. Kimyəvi rabitənin xarakterinin dəyişməsi ilə əlaqədər olan keçidlər.


I halda yaranan keçidlər kristal qəfəsin tam dağılması ilə və ya kristal qədəsin sıxılması və uzanması nəticəsində baş verir.

Kristal qəfəsin tam dağılmasında Almaz ⇆ Qrafit keçidləri, kristal qəfəsin sıxılmasına isə NaCl ⇆ CsCl çevrilməsini göstərə bilərik. Bu çevrilməni yüksək temperatur və yüksək təzyiq altında həyata keçirmək mümkündür.

Maddənin NaCl tipli strukturunda romboedrik formalı özəyin təpəllərində Na+ ionları, özəyin mərkəzində isə Cl- ionu yerləşir. Əgər romboedrik özəyi III sıranın oxu boyu sıxsaq bu zaman α ‒ bucağı 600-dən, 900 –dək böyüyəcəkdir.

Beləliklə, maddənin CsCl tipli strukturu əmələ gəlir, yəni sıxılma yolu ilə NaCl tipl kristal quruluş CsCl tipli kristal quruluşa çevrilmişdir. NaCl–un strukturunda Cl- ionu 6 yaxın kationla, CsCl–un strukturunda isə 8 yaxın kationla əlaqıdardır. Yəni deformasiyalı faza keçidi sayəsində maddə koordinasiya ədədi 6 olan haldan koordinasiya ədədi 8 olan hala çevrilir. Sxemdən göründüyü kimi (Şəkil 12.3. a) natrium xlorid tipli quruluşa malik maddənin kristal qəfəsinin 1 və 8 nöqyələrindən bir-birinə qarşı sıxılaraq deformasiyaya uğradılması nəticəsində sezium xlorid tipli quruluşa malik maddə alınır.




b)

a)

Cl

Şəkil 12.3.NaCl tipli quruluşa malik maddənin CsCl tipli quruluşlu modifikasiyaya deformasiyalı faza keçidinin sxemi




Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə