Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının



Yüklə 18,4 Mb.
səhifə106/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

IV tip faza keçidləri hissəcikləri arasındakı kimyəvi rabitənin xarakterinin dəyişilməsi ilə baş verir. Məsələn, boz qalayın ⇆ ağ qalaya çevrilməsi kimyəvi rabitənin xarakterinin dəyişilməsi ilə baş verir. Yəni, yarımkeçirici tipdən metallik tipə keçmiş olur.
Yoxlama sualları
1.Rekonstruktiv və deformasiyalı faza çevrilmələrinin mahiyyəti necədir?

2.Byurqer klassifikasiyasına görə nizamlı-nizamsız formalı faza keçidlərinin mahiyyəti nədir?

3.Byurqer klassifikasiyasına görə faza keçidlərinin neçə forması mövcuddur?

4.Nizamlı və nizamsız formalı keçidlərin təbiəti necədir?

5. Deformasiyalı çevrilmələrin təbiəti necədir?

6. Qrafitdən almazın sintezi hansı şəraitdə mümkündür?

7.Bərk faza reaksiyalarında aktiv kecid vəziyyəti necə müəyyənləşdirilir?

8.Qrafit və almazın xassələrində olan böyük fərq nə ilə əlaqədardır?

9.Atomlar arası məsafəyə görə bərk cisimlərin quruluş tipləri hansılardır?

10.Maddələrin bir aqreqat halından digərinə geçməsinin təbiəti necədir?




XIII. ŞÜŞƏ
Hələ qədim zamanlardan insanların geniş istifadə etdiyi materiallardan biri şüşədir. Heç təsadüfi deyil ki, böyük rus alimi M.Lomonosov maddə kütləsinin saxlanması qanununun düzgünlüyünü sübut etmək üçün şüşədən istifadə etmişdir. O, hər tərəfdən qapalı olan şüşə materialından hazırlanmış ampulada metalları közərtməklə müəyyənləşdirmişdir ki, şüşə ampulanın içərisinə ətraf mühitdən hava daxil olmadıqda yandırılan metalın kütləsində dəyişiklik baş vermir. Nəticədə M.Lomonosov müəyyənləşdirmişdir ki, metalların közərdilməsi zamanı kütləsinin artması onların havanın oksigeni ilə birləşməsindən irəli gəlir. Beləliklə, maddə kütləsinin saxlanması qanunu təcrübədə sübut edilmişdir.

XIX əsrin əvvəllərindən başlayaraq şüşəəmələgəlmənin nəzəri əsaslarının öyrənilməsi istiqamətində tədqiqatlar aparılmışdır. Hazırda şüşəəmələgəlmə prosesinin tədqiqi sərbəst inkişaf edən və sürətlə öyrənilən perspektivli bir sahədir.



Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə