Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


İkinci istiqamətdə isə, şüşənin sturukturu əsas əhəmiyyət kəsb edir



Yüklə 18,4 Mb.
səhifə108/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

İkinci istiqamətdə isə, şüşənin sturukturu əsas əhəmiyyət kəsb edir, yəni, şüşə amorf halda olan bərk cisimdir. Bu cisimdə atomların yerləşməsində (uzaq məsafədə) ardıcıllıq və nizamlılıq mövcud olmur. Hazırda şüşənin alınmasında mövcud olan ərintinin soyudulması üsulundan fərqli üsullar da məlumdur. Bu üsullara misal olaraq buxar fazadan çökdürməni və helin soyudulmasını göstərmək olar. Bir çox materillar mövcuddur ki, onlardan şüşə alınması mümkündür. Bir sıra qeyri-üzvi silikatların və boratların praktikada böyük əhəmiyyəti vardır. Şüşəəmələgətirən əsas oksidlərə aşağıdakıları göstərmək olar: SiO2, B2O3, GeO2, P2O5.

Bu oksidləri əmələ gətirən elementlər dövri sistemdə bir–birinə yaxın yerləşməklə qısa bir sahəni əhatə edir və elektromənfiliyin orta qiymətləri ilə xarakterizə olunurlar. Dövri sistemdə bu elementlərin yaxınlığında (qonşuluğunda) yerləşən digər elementlərin oksidləri də şüşəəmələgətirməyə meyillilik göstərir. Bundan As2O3 və Sb2O3–ü göstərmək olar. Bu oksidlərdən şüşənin əmələ gəlməsi, yalnız ərintinin sürətlə soyudulması zamanı mümkün olur. Digər oksidlər, məs. Al2O3 , Ga2O3 , Bi2O3 , SeO2 , TeO2 şərti şüşəəmələgətirən oksidlər adlanır. Yəni, bu oksidlər, yalnız özlərinin iştirakı ilə şüşəəmələ gətirmirlər, amma bunlara başqa şüşəəmələgətirən oksid qarışdırdıqda şüşəəmələgətirən fazalar yaranır. Məsələn, BaO–Al2O3 sistemində müəyyən sahə vardır ki, bu sahədə ərintinin soyudulmasından şüşə əmələ gəlir.

Şüşəəmələgətirən oksidlərin hər biri ərimiş halda yüksək özlülüyü ilə xarakterizə olunur. Məsələn, Silisium oksidin, ərimə temperaturundan (1610) yuxarı temperaturlarda –17150C–də özlülüyü ~107 p(puaz) təşkil edir. (1p= 1din·san/sm2 =0,1Pa·san).

Qeyd etmək lazımdır ki, bir çox qeyri–üzvi birləşmələr maye halında aşağı özlülüyə malik olduqlarından şüşəəmələgətirməyə yönümlü deyillər.

Məsələn, 00C temperaturda suyun və ya 6130C temperaturda əridilmiş litium xloridin özlüyü p (Puaz) təşkil edir.

Ərintinin özlülüyü kimyəvi rabitənin tipi və strukturu ilə təyin edilir. Əridilmiş silisium oksidi amorf polimer struktura malik olub Si - O arasında möhkəm rabitə mövcuddur ki, bunun da nəticəsində onun özlülüyü yüksək olur. Belə bir məhlulun kristallaşması üçün möhkəm kimyəvi rabitələri qırmaq, atomları qruplaşdırmaq və kimyəvi rabitəni yenidən formalaşdırmaq lazımdır. Aydındır ki, belə proseslər özlü polimer ərintilərdə böyük çətinliklərlə baş verir.



Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə