Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


III nizamlı və nizamsız formalı keçidlər



Yüklə 18,4 Mb.
səhifə105/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

III nizamlı və nizamsız formalı keçidlər. Bu tip keçidlərin mahiyyəti ondan ibarətdir ki, kristal qəfəsdə atom və ya ion öz mövqelərini dəyişir,yəni keçidlər əvəzetmə mexanizmi ilə baş verir. LiFeO2 kristalının polimorf modifikasiyalarının nizamlı və nizamsız kristal qəfəslərinin sxeminə baxaq. (şəkil 12.4).

Birinci modifikasiya 7000C temperaturdan aşağı, 2–ci modifikasiya isə 7000C–dən yuxarı temperaturlarda dayanıqlı olur. Nizamsız fazanın quruluşu NaCl kristalının strukturuna bənzəyir. Lakin burada Li+ və Fe3+ ionları, üzlərdə mərkəzləşmiş kubik elementar özəyin oktaedrik düyünlərində xaotik formada paylan-mışlar. LiFeO2-nin nizamsız modifikasiyasını 6000C temperatura qədər soyutduqda oksigen ionları öz mövqelərini dəyişmirlər, amma oktaedrik düyünlərdə kationların paylanması nizamlı xarakter alır (şəkil 12.4 a). Nəticədə simmetrikliyi nisbətən aşağı olan daha böyük elementar özək yaranır. Ümumiyyətlə nizamlanma prosesi zəif gedən proses olub, kationların yerdəyişməsi ilə əlaqəlidir.


Şəkil12.4.LiFeO2–nin tetraqonal və kubik modifikasiyaları.

a–kationların nizamlı düzülüşü;

b–kationların NaCl tipli sturukturda nizamsız düzülüşü;

M=Li+ və Fe3+ ionları kation mövqelərində xaotik paylanmışdır


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə