Xassələrin, tərkib və temperaturdan asılılığını əks etdirən diaqramlar politermik diaqramlar adlanır. Bu halda təzyiqin qiyməti sabit saxlanılır, adətən P = 1atm qəbul olunur. Əgər diaqramda, tarazlıqda olan fazaları ayrı-ayrılıqda təsvir edən 2 nöqtə mövcuddursa, onda bu nöqtələri birləşdirməklə alınan düz xətt parçası konnoda və ya noda adlanır. Bir-biri ilə tarazlıqda olan fazalar qoşma (сопряженными) fazalar, onlara müvafiq nöqtələr isə qoşma nöqtələr adlanır.
Başqa xassələri, məs., özlülük, xüsusi çəki, elektrik keçiriciliyi və s. təsvir edən diaqramlar hal diaqramına aid deyildir.
Dostları ilə paylaş: |