Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

sisteminə  -  iynəyarpaqlı  meşələrin  soyuq  iqlim  zonasının 
ekosistemi, enliyarpaqlılarm mülayim, nəmişli, tropik ekosistem 
zonaları və s. Su sistemində həmçinin, dünya okeanı, kontinental 
hövzələr, axar sular ekosisteminə bölünür. 
Hətta  sərbəst  şəkildə  qoruqlar,  biçənəklər,  əkin  yerləri 
ekosistemləri də mövcuddur. Biosferin tərkib hissələri əsas etibarı 
ilə  canlı  aləmin  planetdə  coğrafi  zonalar  üzrə  paylanmasından 
ibarətdir. 
Bu baxımdan bir-biri ilə sıx surətdə əlaqədar olan torpaq, 
su,  hava  və  iqlimin  birgə  formalaşdırdıqları  biomlar  daha 
səciyyəvidir.  «Biom»  -  bu  və  ya  başqa  coğrafi  ərazidə  bərqərar 
olan  canlıların  həmrəyliyidir.  Müasir  ekoloji  baxımdan  yer 
üzərində 6 biom vardır; nearktik vilayət, palearktik vilayət, şərq 
vilayəti, neotropik vilayət, efiopiya vilayəti və avstraliya vilayəti. 
Çox vaxt ekoloji ədəbiyyatlarda biomlar coğrafi zonalara - 
hündürlük  və  en  dairəsinə  görə  bölünürlər.  Hündürlüyə  görə 
biomları  zonalar üzrə bölərkən, əsasən temperatur nəzərə alınır. 
Bu  cür  zonalar  dağ  yerlərində  daha  parlaq  nəzərə  çarpır.  Məs. 
dağətəyi,  alp,  subalp  zonaları.  En  dairəsindən  əsasən  biomlar 
paylananda tundra-meşə, səhra və s. nəzərdə tutulur. Qeyd etmək 
lazımdır ki, biomlarm mövcud olması (istər en dairəsi, istərsə də 
yüksəkliyə görə), milyon illər ərzində mühitlə canlı aləm arasında 
tənzimlənən  qarşılıqlı  münasibətə  əsaslanır.  Deməli,  bu  və  ya 
başqa  amili  dəyişməklə  ekosistemdə  yaranan  sabitliyi  asan 
pozmaq olar. 
Mühit  amilləri.  Canlılar  yalnız  mühitdə  mövcud  ola 
bilir,  mühitsiz  heç  bir  canlı  yaşaya  bilməz.  Mühit  də  iki  tipə 
ayrılır: Daxili mühit və ətraf mühit. Daxili mühit də ətraf mühitin 
hesabına  formalaşır.  Bütün  canlıların  inkişafı  onun  ətraf 
mühitindən  asılıdır.  Canlılar  öz  yaşadıqları  mühitə  uyğunlaşır, 
uyğunlaşa bilməyənlər isə məhv olur. Canlılara 
108 


təsir edən ətraf mühitdəki cansız varlıqlar, həmçinin insanlarla 
birlikdə sosial amillər, ekoloji prosesləri yaradır. Bu proseslər 2 
qrupa bölünür: 
I.
 
Abiotik  amillər-  yəni  ətraf  mühitin  cansız  varlıqlarının 
canlılara təsiri, 
Bu qrupa daxildir: 
1)
 
iqlim amilləri (işıq, temperatur, rütubət, hava, külək və 
s.) 
2)
 
edafık,  daha  doğrusu,  torpaq  və  süxurların  (texniki, 
kimyəvi  tərkibi,  nəmlik  tutumu,  havanın  keçirildiyi, 
rəngi) amili 
3)
 
oroqrafık (relyef, ekspozisiya) amil 
4)
 
kimyəvi (qaz tərkibi, suyun düzluluğu, konsentrasiyası) amil 
5)
 
zaman amili 
II.
 
Biotik amillər: Canlıların bir-birinə təsiri 
1)
 
fıtogen (bitkgilərin təsiri) 
2)
 
zoogen (heyvanların təsiri) 
3)
 
antropogen amillər 
Ekologi  amillərin  təsiri  birbaşa  yaxud  dolayı  yollarla 
olur.  Hər  amil  orqanizmlərin  funksiyalarına  müxtəlif  cür  təsir 
göstərir.  Orqanizmlərin  bir  funksiyası  üçün  optimal  olan  amil 
digər funksiya üçün zəif, yaxud mənfi ola bilər. 
Həyat  dövriyyəsinin  dinamikasını  nəzərdən  keçirdikdə 
müxtəlif fəsillərdə müxtəlif amillərin birgə təsirinin nəticələrinin 
eyni  istiqamətli  olması  görünür.  Məsələn,  temperaturun  aşağı 
düşməsi, işığın azalması və s. 
Coğrafi  zonalarda  yerləşən  biomların  zənginliyinin 
biokütləyə  görə  yüksək  olması,  ilk  növbədə  iqlim  şəraitindən 
asılıdır. Ona görə də ekvator qurşağına yaxın olan həm şimal, həm 
də cənub yarımkürələrində biomlar daha məhsuldardırlar. Kifayət 
qədər günəş enerjisi, nəmişlik və 
109 


mülayim temperaturla təmin olunan ekvator qurşağı əl dəyməmiş 
tropik meşələrlə zəngindir. 
Yağmurluq  bir  ildə  1300-1500  mnı-dən  az  olan  yerlərdə 
meşəlik və bitki örtüyü ekvator qurşağına nisbətən 1,5-2 dəfə az 
biokütlə verir. Ona görə qanunauyğun şəkildə ekvatordan qütblərə 
doğru  biomlarm  biokütləsi  azalır.  Bundan  başqa  hər  biomda 
mövcud  olan  canlı  aləm  yalnız  öz  biomunda  yaranan  qida 
bazasına  münasib  inkişaf  edir.  Başqa  sözlə  desək,  bu  və  başqa 
ərazidə  konsimentin  (hazır  üzvi  maddələri  mənimsəyənlər) 
çiçəklənməsi  prosesinin  (üzvi  maddə  sintez  edənlər) 
məhsuldarlığından, onun yaratdığı biokütlədən asılıdır. 
Biosferin tərkib hissələrindən biri olan litosferə aid ekoloji 
sistemlər  daha  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki  dünya 
əhalisinin gündəlik tələbatının ödənilməsi üçün litosfer daha çox 
istismar  edilir  və  həmçinin  də  o,  ən  ağır  nəticələr  verən 
antropogen təsirlərə məruz qalır. 
3.3.
 
Ekoloji amillər 
Ayrı  fərd,  bir  və  ya  bir  neçə  növə  mənsub  canlıların 
yaşamasına,  mühitə  uyğunlaşmasına  təsir  edən  mühit  amilləri 
ekoloji  amillər  adlanır.  Öz  təbiəti,  mənşəyi  və  təsir 
xüsusiyyətlərinə  görə  ekoloji  amillər  əsas  üç  qrupa  bölünürlər: 
yəni biotik, abiotik və antropogen amillər. 
Biotik  amillər  dedikdə  bu  və  ya  başqa  canlıya  onu  əhatə 
edəı. başqa canlılar tərəfindən göstərilən müxtəlif təsirlər nəzərdə 
tutulur. Biotik təsir növdaxili, növarası olmaqla, əsas etibarilə üç 
istiqamətdə davam edir: 
1)
 
qida əlaqəsi; 
2)
 
ərazi əlaqəsi və nəhayət
3)
 
nəsivermə repraduktiv əlaqə. 
Abiotik amillərin əsasını - ekoloji baxımdan qeyri üzvi və 
cansız təbiətə aid amillərin cəmi təşkil edir. Başqa sözlə 
110 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə