foraıalarmm hazırlanmasında bütün səviyyələrdə istifadə edilə
biləcəkdir.
Təbiət istifadəçilərinin pasportu ilə yanaşı həm də
ərazilərin ekoloji pasportunun hazırlanmasının vaxtı çatmışdır.
Həmin pasportun məqsədi-ərazidəki təsərrüfatların ekoloji
cəhətdən inkişafına kömək göstərməkdir. Ərazinin ekoloji pasportu
çox məqsədli tətbiq sahəsi olan bir sənəd olmalıdır. Həmin pasport
rəsmi əsas kimi müxtəlif proqramların və layihələrin iqtisadi və
sosial inkişafını rəsmiləşdirməklə, ərazinin ekoloji inkişafının
təmin edilməsində əsas rol oynaya bilər.
Özünüyoxlama sualları
1 .Ekoloji informasiya mənbələri hansılardır.
2.
Ekoloji-iqtisadi göstəricilər üzrə əsas statistik sənədləşmələr
hansılardır.
3.
Çirkləndirici maddələrin hansı qatılıq hədləri vardır.
4.
Ekoloji-iqtisadi analiz ilə təbiəti mühafizə xərclərinin uyğunluğu
necədir.
5.
Ekomenecment və ekoaudit sistemlərinin tələbləri hansılardır.
6.
Ekoloji audit nədir, tərtibi hansı mərhələlərdən ibarətdir.
7.
Proqnozlaşdırma nədir, bu sahədə genetik və normativ
yanaşmalara nələr daxildir.
8.
Təbiəti xüsusi ekspertizaya dair kompleks icazəyə hansı şərtlər
daxildir.
9.
Ekoloji pasportun əhəmiyyəti nədir, pasportlaşmaya hansı
məlumatlar daxildir.
10.
Təbiətdən istifadənin kooperativ planlaşdırma sxeminə nələr
daxildir.
11.
Ekoloji pasport hansı dövrlər üçün tərtib edilir və onun tərtibi
hansı zərurətdən doğur.
93
VI
FƏSİL
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİ SƏMƏRƏSİ
6.t. Təbiəti mühafizə tədbirlərinin qiymətləndirilməsi
Təbiəti mühafizə və yeni təbii ehtiyatların xərcləri
müqabüində böyük nəticələr əldə etmək olar. Yaxud da təbii
sərvətlərin istehsalına çəkilən xərcləri azaltmaqla dəyişməz
nəticələrə nail olmaq olar. Keçmiş SSRİ respublikalannda təbiətdən
istifadənin effektliyi aşağı idi. Rusiyada kağız məhsulu və karton
istehsalı vahidinə müasir texnologiyalar tələb etdiyindən 5-6 dəfə
çox meşə qırmaq lazım gəlirdi. Məhsul vahidinə Rusiyada
Yaponiya və AFR-ə nisbətən 3 dəfə çox, ABŞ-a nisbətən isə 2 dəfə
çox enerji sərf olunurdu. Başqa sözlə desək istehsalat həddindən
artıq təbii ehtiyatlar tutumuna malik idi. Sərt iqlim şəraitinə görə
Rusiyada xərclər çox ola bilər, lakin həmin xərcləri xeyli azaltmaq
olar. Digər respublikalarda da artıq vəsaitlərin sərfinə bəraət
qazandırmaq olmaz.
Təbiətdən istifadənin iqtisadi səmərəsinin
qiymətləndirilməsi zəruridir. Buraya aşağıdakılar aiddir;
-
artıq əldə edilmiş nəticələri qiymətləndirmək;
-
təbiətdən istifadə variantını daha məqsədə uyğun seçmək
və təbiəti mühafizə üzrə ayrı-ayrı tədbirlərin hazırlanması;
-
optimal ekoloji-iqtisadi effektlərə nail olmaq üçün zəruri
olan xərcləri həll etmək.
İqtisadiyyatda həmişə resurs azlığından ən yaxşı variant
seçmək üçün imkanlar müəyyən edilməlidir. Bunun üçün xüsusi
meyarlar, ölçü vahidləri olmalıdır. Layihəni o vaxt həyata
keçirtmək lazımdır ki, o səmərəli olsun. Bunun üçün ekoloji
rifahları (ehtiyatları) qiymətləndirmək gərəkdir. Əslində, bu çox
mürəkkəbdir, bəzən isə mümkün deyildir. Məsələn, qəşəng
landşaftı məhv edib onun yerində nə isə tikmək təkcə yerli əhaliyə,
yerli dövlətə yox, bütün bəşəriyyətə qarşı təxribatdır.
94
iqtisadiyyatda seçim mexanizmi kimi xərclərin və
qaydalann (nəticələrin), yaxud səmərənin müqayisə edilməsi ortaya
çıxır. Bu yanaşma «xərclər və faydalar» analizi adını alnuşdır.
Normal iqtisadi səmərə potensial faydanın (V) xərclər
üzərində (S) üstünlüyüdür:
V - S > 0
(
1
)
Təcrübədə investisiya layihələri uzun illər həyata keçi-
rilir, ona görə də nəinki bu günki, həm də gələcək xərcləri və
faydaları, habelə zahiri effekti müqayisə etməklə (diskontiro-
vaniye ilə) gələcək dəyərləri bu günki vəziyyətlə müqayisə et-
mək lazım gəlir:
"Ä,-C,
NPY =
'■'(1 +
r
)'
(
2
)
Ekoloji faydanı (E) nəzərə alsaq, onda
NPY
[ U r )
(3)
Əgər təmiz cari dəyər (qiymət-NPY) sıfırdan böyükdürsə
onda layihə səmərəli hesab edilir. Lakin nəzərə almaq lazımdır ki,
həyatda (əməli işdə) gələcək potensial gəliri bu günlə müqayisə
etsək, qiymətləndirmədə (diskontirovaniyada), ekoloji layihə təhrif
olunar. Məsələn, meşə 80-100 il ərzində yetişir, diskontirovaniye
əmsalı (r) yaxud effektivliyin normativ əmsalı adətən 8-12 %
arasında götürülür. Bu gün vəsait xərcləyib Im^ oduncağı 100 ildən
sonra almaq məqsədə müvafiq deyildir. Göstərilən metodun
tətbiqinin nəticələri uzunmüddətli təbiəti mühafizə layihələri üçün
əlverişli deyildir. Belə yanaşma təbii ehtiyatların bu günki qiymətini
aşağı salır. Gələcək nəsillərin və təbiətin mənafeləri lazımi müdafiə
olun
95
mur. Bundan başqa keçmiş dəyərin indiki qiymətlərlə ölçülməsi
(diskontun yüksək norması) resursların tükənməsinə yönəldilir.
Yəni bərpa olunan və bərpa olunmayan təbii ehtiyatların işlənməsini
həm həvəsləndirir, həm də tezləşdirir.
Beləliklə, müasir iqtisadi planlaşdırmada tətbiq edilən
yanaşma təbii ehtiyatlann tükənməsinə səbəb olur. Adətən gələcək
faydanın ölçülərinin azalması baş verir. İndiki iqtisadi fəaliyyət
nəsillərin təbii ehtiyatlara olan tələbatını gələcək nəsillərin hesabına
ödəyir.
İnvestisiyalann effektivliyinin təyini və ətraf mühiti
mühafizədə xeyirli variant seçmək üçün mümkün olan
yanaşmalardan (üsullardan) biri «gətirilmiş xərclər» üsuludur. Bu
metodda effektin, faydamn, ziyanın və s. layihədə həyata
keçirilməsində müqayisə üçün başqa variantlar olmur. Əsas odur ki,
elə variant tapmaq lazımdır ki, qarşıya qoyulmuş məqsədə çatmaq
üçün xərcləri azaltmaq mümkün olsun. Başqa sözlə, yalnız məqsəd
və ona tələb olunan xərc lazımdır. Belə bir yanaşmada variant
seçimi həm də həmişə ehtiyatların effektiv paylanmasını təmin
etmir, belə ki, qoyulmuş məqsəd səmərəsiz də ola bilər. Lakin
metod münasibdir, ona görə ki, ekoloji və sosial faydanı (effekti)
layihənin reahzə edilməsindən təyin etmək çətindir. Aynca
götürülmüş müəssisə səviyyəsində konkret qərar qəbul edərkən 2
mərhələdə hərəkət etmək lazımdır. Birincidə müəssisə üçün təyin
edilmiş ekoloji normativləri pozan bütün variantlar rədd edilir.
İkinci mərhələdə ekoloji nöqteyi-nəzərdən qəbul edilə bilən ən az
gətirilmiş xərcli variant qəbul edilir.
C+rK= min.
(4)
Burada C-cari istismar xərcləridir;
r-diskontir əmsalıdır;
K-əsaslı vəsaitdir.
Təsvir edilən metod müqayisəli iqtisadi effektivlik
zamanı istifadə edilir.
96
Dostları ilə paylaş: |