Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə36/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   114

1986-cı  il  Vyana  Konvensiyalannm)  dcpozitarisi,  bir  qayda  olaraq, 
BMT-nin Baş Katibidir. 
Vyana  Konvensiyalanna  göro,  depozitari  bu 
funksiyaları
  yerinə 
yetirir:  a)  vəkalətlər,  ratifikasiya  sənədləri,  qoşulma  sənədləri  kimi 
sənədlərin saxlanılması; b) müqavilənin əslindən təsdiq olunmuş nüsxələrin 
hazırlanması  və  müqavilənin  iştirakçısı  olan  və  iştirakçısı  olmaq  hüququ 
olan  dövlətlərə  və  beynəlxalq  təşkilatlara  göndərilməsi;  c)  saxlanmağa 
verilmiş hər bir ratifikasiya sənədi, habelə qeyd-şərtlər və onlara etirazlar və 
müqavilənin  qüvvəyə  minməsi  haqqında  müqavilənin  iştirakçılanna 
məlumat verilməsi və s. 
Təsdiq etmə
 və 
qəbul etmə
 ratifikasiyaya çox yaxındır, lakin nisbətən 
sadələşdirilmiş  prosedur  hesab  olunur.  Müqavilənin  məc-  buriliyinə  bu 
yollarla  razılıq,  adətən,  dövlət  başçısı  və  parlament  tərəfindən  deyil, 
dövlətin digər orqanlan tərəfindən verilir. 
Nəhayət,  beynəlxalq  müqavilənin  məcburiliyinə  razılıq  həmin 
müqaviləyə 
qoşulmaq
  vasitəsilə  ifadə  oluna  bilər.  Dövlət,  adətən,  artıq 
qüvvəyə  minmiş  müqaviləyə  qoşulur.  Müqaviləyə  həm  onun  mətninin 
hazırlanmasında  və  qəbul  edilməsində  iştirak  etməmiş  dövlətlər,  həm  də 
müqaviləni artıq imzalamış, lakin həmin müqavilənin qüvvəyə minməsinə 
qədər, onun məcburiliyinə razılıq verməmiş dövlətlər qoşula bilər. Hər bir 
müqaviləyə necə qoşulmaq qaydası müqavilənin özündə müəyyən olunur. 
Qoşulma, bir qayda olaraq, ratifikasiya sənədinin və ya qoşulma haqqında 
digər sənədin (nota, məktub və s.) saxlanılmağa verilməsi yolu ilə həyata 
keçirilir. 
8.
 
Beynəlxalq müqaviləyə dair qeyd-şərtlər 
Beynəlxalq  müqavilənin  məcburiliyinə  hər  hansı  yolla  razılıq 
verərkən  dövlət  (və  ya  beynəlxalq  təşkilat)  bəyan  edə  bilər  ki, 
müqavilənin  hər  hansı  müddəasını  qəbul  etmək  istəmir.  Belə  bir 
bəyanat vasitəsilə dövlət həmin müddəanı ya ümumiyyətlə qəbul etmir, 
ya  da  onun  məzmununu  özü  üçün  dəyişdirir.  Buna  beynəlxalq 
müqavUələr hüququnda qeyd-şərt deyUir. 
111 


Müqaviləyə  dair  qcyd-şərt  irəli  sürmək  imkanı  dövlətin  suveren 
iradəsinin ifadəsidir, belə ki, dövlət müqavilənin bütün mətnini qəbul etdiyi 
halda,  onun  hər  hansı  norması  ilə  razılaşmaya  bilər.  Lakin  bu  sərbəstlik 
qeyri-məhdud deyil; əgər; 1) qeyd-şərt müqavilənin obyekti və məqsədi ilə 
bir  araya  sığmırsa;  2)  müqavilə  qeyd-şərtlərin  edilməsini,  ümumiyyətlə, 
qadağan  edirsə  (məsələn,  Dəniz  hüququ  üzrə  1982-ci  il  Konvensiyası; 
Köləliyin,  kölə  alverinin  və  köləliyə  oxşar  olan  institut  və  adətlərin  ləğv 
edilməsi haqqında 1956-eı il Əlavə Konvensiyası və b.) və 3) məhz belə bir 
qeyd-şərtin edilməsi konkret müqavilədə yol verilmirsə. 
Qeyd-şərt yazılı formada olmalı və müqavilənin iştirakçısı olan bütün 
digər dövlətlərin diqqətinə çatdırılmalıdır. 
Qeyd-şərt ilə razı olmayan dövlət müqavilədə göstərilmiş müddətdən 
gec olmayaraq buna yazılı formada etiraz edə bilər. Lakin belə bir etirazın 
edilməsi bu dövlətlə qeyd-şəıti etmiş dövlət arasmda müqavilənin qüvvəyə 
minməsinə maneə yaratmır. Bu iki dövlət arasmda yalnız qeyd-şərtin  aid 
olduğu  müddəa  qüvvəyə  minmir.  Bummia  belə,  qeyd-şərtə  etiraz  edən 
dövlət  bəyan  edə  bilər  ki,  müqavilə  bütövlükdə  iki  müvafiq  dövlətin 
arasında qüvvəyə minməyəcəkdir. 
Qcyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə, geri 
götürülə bilər. 
Müqaviləni  imzalayarkən,  ratifikasiya  edərkən  və  s. dövlətlər bəzən 
bu və ya digər müddəanın necə başa düşülməsi və ya onun əhəmiyyəti ilə 
bağlı 
bəyanatlar
 verirlər; bunlar qeyd-şərtlərdən fərqləndirilməlidir. Belə 
ki, bu cür bəyanatlar müqavilənin hər hansı müddəasını dəyişdinnir və ya 
onu aradan götürmür. 
9.
 
Beynəlxalq müqavilənin 
qeydə alınması və dərc edilməsi 
BMT  Nizamnaməsinin  102-ci  maddəsinə  görə,  BMT  üzvləri 
tərəfindən  bağlanmış  hər  bir  beynəlxalq  müqavilə  BMT-nin  Katibliyində 
qeydə alınmalıdır. Qeydə alma müqavilənin hüquqi qüvvəsinə təsir etmir; 
sadəcə  olaraq,  bu  cür  qeydə  alınmamış  müqavilələrə  dövlətlər  BMl'-nin 
orqanlannda istinad edə bilməzlər. 
112 


Qeydə alınmış beynəlxalq müqavilələri Katiblik «1'reaty Scries» adlı 
topluda dərc edir. 
Bəzi dövlətlərdə iştirakçıları olduqları beynəlxalq müqavilələrin dərc 
olunması qaydası qanunvericilikdə müəyyən olunur. 
10.
 
Beynəlxalq müqavilənin qüvvədə olması 
Yalnız  qüvvəyə  minmiş  beynəlxalq  müqavilə  tərəflər  üçün  məcburi 
sayılır.  Müqavilənin  qüvvəyə  mindiyi  an,  adətən,  müqavilənin  özündə 
göstərilir. Burada bir sıra qaydalar mövcuddur. Belə ki, ratifikasiya və ya 
təsdiq  edilməli  olmayan  müqavilə  aşağıdakı  müddətdə  qüvvəyə  minir:  a) 
imzalandığı  andan  etibarən;  b)  imzalandığı  andan  müəyyən  müddət 
keçdikdən sonra və ya c) müqavilədə dəqiq göstərilmiş andan etibarən. 
Ratifikasiya  və  ya  təsdiq  edilməli  olan  müqavilələrin  isə  qüvvəyə 
minməsi qaydası aşağıdakı kimidir: 
1
 
-  ikitərəfli  müqavilələr:  a)  ratifikasiya  sənədlərinin  dəyişdirildiyi 
gündən  və  ya  b)  ratifikasiya  sənədlərinin  dəyişdirildiyi  gündən  müəyyən 
müddət keçdikdən sonra; 
2
 
- çoxtərəfli müqavilələr: a) depozitariyə müəyyən sayda ratifikasiya 
sənədləri verildiyi gündən və ya b) depozitariyə müəyyən sayda ratifikasiya 
sənədləri verildiyi gündən müəyyən müddət keçdikdən sonra. 
Müqavilənin qüvvədə olması müəyyən müddət üçün (məsələn, 5 il, 10 
il və s.) və ya müddətsiz nəzərdə tutula bilər. Müəyyən müddətə bağlanan 
müqavilə  həmin  müddət  bitdikdən  sonra  müqavilənin  özündə  göstərilən 
şərtlərlə  (məsələn,  tərəflərdən  biri  bu  müddət  bitən  ərəfədə  müqavilədən 
çıxmaq haqqında öz istəyini bildirməyibsə) və ya tərəflərin xüsusi razılığı 
ilə uzadıla bilər; buna 
prolonqasiya
 deyilir. 
Müqavilə müəyyən məkanda qüvvədə olur. Əgər müqavilənin özündə 
başqa  şey  nəzərdə  tutulmayıbsa,  o,  müvafiq  dövlətin  bütün  ərazisində 
qüvvədə olur. 
113 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə