Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə35/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   114

2)
 
ad  referendum  imza  atma
  (şərti  imza  atma)  -  bu  qaydada 
qoyulmuş imza hələ bundan sonra müvafiq dövlət orqanı (və ya müvafiq 
beynəlxalq təşkilat) tərəfindən təsdiq olunmalıdır. 
İnisial qoyma ilə arasında fərq ondan ibarətdir ki, təsdiq olunduqdan 
sonra  ad  referendum  imza  atma  tam  və  ya  qəti  imzalama  hesab  olunur; 
inisial qoymadan sonra isə müqavilə hələ qəti imzalanmağa verilməlidir. 
3)
 
imzalama.
  İmzalama  o  zaman  müqavilə  mətninin  autentifi- 
kasiyası  rolunu  oynayır  ki,  həmin  müqavilə  sonradan  ratifikasiya 
olunmalıdır. İmzalama müəyyən hüquqi nəticələr doğurur; belə ki, bundan 
sonra  imzalamış  dövlət:  1)  həmin  müqaviləni  təsdiq  etmək  hüququ  əldə 
edir;  2)  müqavilənin  qüvvəyə  minməsinə  qədər,  onun  obyektini  və 
məqsədini  heçə  endirə  biləcək  hərəkətləri  etməmək  vəzifəsi  daşıyır 
(1969-cu il Konvensiyasının 18-ci maddəsi). 
Vyana  Konvensiyalarına  görə,  hansı  autentifikasiya  üsulunun 
seçilməsini Razılığa gələn Tərəflər özləri müəyyən edirlər. 
7.
 
Müqavilənin məcburiliyinə 
razılığın ifadə olunması 
Bildiyimiz kimi, dövlətin razılığı əgər yoxdursa, o, heç bir müqavilə 
ilə  bağlı  ola  bilməz.  Buna  görə  də  müqaviləyə  razılığın  ifadə  olunması 
həmin  müqavilənin  qüvvəyə  minməsi  üçün  zəruri  mərhələdir.  1969-cu  il 
Vyana  Konvensiyasının  11-ci  maddəsinə  görə,  belə  bir 
razılıq
  aşağıdakı 
üsullardan biri ilə ifadə oluna bilər:
 
-
 
müqavilənin imzalanması; 
-
 
müqavilə sənədlərinin dəyişdirilməsi
-
 
ratifikasiya; 
-
 
təsdiq etmə; 
-
 
qəbul etmə; 
-
 
müqaviləyə qoşulma. 
Bundan  əlavə,  11-ci  maddədə  göstərilir  ki,  müqavilənin  tərəfləri 
müqavilənin məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ 
bilərlər. 
108 


Belə  bir  xüsusi  razılığa  gəlmə  məşhur  Dcyton  sazişi  bağlanarkən 
olmuşdu. Bu saziş - Bosniya və Herseqovinada sülhə dair Ümumi Çərçivə 
Sazişi  (on  iki  Əlavə  ilə  birlikdə)  1995-ci  il  no-  yabnn  21-də  Deytonda 
(Ohayo  ştatı)  paraflanmış  və  1996-cı  il  de-  kabnn  14-də  Parisdə 
imzalanmışdı. «Çərçivə Sazişinin paraflan- ması haqqmda» adlanan xüsusi 
razılaşmada  nəzərdə  tutulurdu  ki,  Sazişin  paraflanması  nəinki  tərəflərin 
üzərinə  sonralar  Sazişin  müvafiq  mətnlərini  imzalamaq  vəzifəsi  qoyur, 
habelə  onların  bu  mətnlərin  məcburiliyinə  razılığını  ifadə  edir.  Çərçivə 
Sazişinin IX maddəsi və əlavə olunmuş Sazişlərin hamısı nəzərdə tuturdu 
ki, onlar imzalandığı andan avtomatik qüvvəyə minir. 
Müqavilənin məcburiliyinə razılıq o zaman 
imzalama
 vasitəsilə ifadə 
olunur ki, həmin müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli 
olmasın.  Əgər  müqavilənin  sonradan  ratifikasiya  və  ya  təsdiq  olunmağı 
nəzərdə  tutulubsa,  onda  bu  halda imzalama,  yuxarıda  qeyd  edildiyi  kimi, 
yalnız  müqavilə  mətninin  autentikli-  yinin  müəyyən  edilməsi  rolunu 
oynayır.  Beynəlxalq  müqavilənin  məcburiliyinə  razılığın  məhz  imzalama 
vasitəsilə ifadə olunması, adətən, həmin müqavilənin özündə göstərilir. 
Müqavilələr beynəlxalq praktikada qəbul olunmuş müəyyən qaydalara 
müvafiq  olaraq  imzalanır.  Məsələn,  ikitərəfli  müqavilələrin  imzalanması 
altemat,
  yəni  növbələmə  prinsipi  əsasında  həyata  keçirilir.  Bu  prinsipə 
görə,  müqavilənin  həmin  nüsxəsi  hansı  dövlətdə  qalırsa,  onun 
nümayəndəsinin imzası hər iki dildəki mətnlərdə birinci yerdə (soldan, əgər 
imzalar  yan-yanadırsa  və  ya  yuxarıdan,  əgər  imzalar  alt-üstdürsə)  gəlir. 
Çoxtərəfli  müqavilələrdə  isə  dövlətlərin  nümayəndələrinin  imzaları 
dövlətlərin adlarının əlifba qaydasında qoyulur. 
Müqavilə  sənədlərinin  mübadiləsi,
  yəni  müvafiq  dövlətlərin 
nümayəndələrinin  bir-birinə  nota  və  ya  məktub  göndərməsi  müqavilənin 
məcburiliyinə razılığı bildirməyin sadələşdirilmiş üsuludur. Məhz bu üsula 
əl atılması bu barədə xüsusi razılaşma olduqda olur. 
Müqavilənin  məcburiliyinə  razılığın  ifadə  olunmasının  ən  geniş 
yayılmış üsulu 
ratifikasiyadır.
 Ratifikasiya ali hakimiyyət orqanı (adətən, 
parlament və ya dövlətin başçısı) tərəfindən müqavi 
109 


lənin  təsdiq  olunmasıdır.  Ratifikasiya  həm  dövlətdaxili  aktda  (qanunda, 
fərmanda və s.), həm də beynəlxalq aktda (ratifikasiya sənədində) öz əksini 
tapır. Beynəlxalq təşkilatın öz hər hansı müqaviləsi ilə bağlı rəsmi təsdiq 
aktı ratifikasiyaya bərabər tutulur. 
1969-cu  il  Vyana  Konvensiyasının  l4-cü  maddəsinə  görə, 
müqavilənin mocburiliyino razılıq aşağıdakı hallarda ratifikasiya vasitəsilə 
ifadə olunur: 
a)
 
müqavilənin özündə bu birbaşa nəzərdə tutulubsa
b)
 
başqa cür müəyyən olunubsa ki, danışıqlarda iştirak edən dövlətlər 
ratifikasiyanın zəruriliyi haqqında razılığa gəlmişlər
c)
 
dövlətin  nümayəndəsi  müqaviləni  ratifikasiya  olunmaq  şərtilə 
imzalamışdırsa; 
ç) dövlətin müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamaq niyyəti 
onun  nümayəndəsinin  vəkalətindən  irəli  gəlirsə  və  ya  danışıqlar  zamanı 
ifadə olunmuşdursa. 
ilər  bir  dövlət  öz  qanunvericiliyində,  imzalamış  olduğu  hansı 
beynəlxalq  müqavilələrin  və  hansı  qaydada  ratifikasiya  olunmasını 
müəyyən edir. 
IBurada  qeyd  edək  ki,  dövlətin  müqaviləni  imzalayıb  sonra  onu 
ratifikasiya etməməsi beynəlxalq hüquq pozuntusu hesab olunmur. 
Dövlət  hər  hansı  müqavilənin  ratifikasiya  olunması  haqqında  qərar 
çıxardıqdan  sonra 
ratifikasiya  sənədi
  tərtib  edir.  Ratifikasiya  sənədində 
aşağıdakılar  göstərilir:  a)  müqaviləni  ratifikasiya  etmiş  dövlət  orqanının 
adı;  b)  müqavilənin  bütöv  mətni  (əgər  qeyd-  şərtlər  və  ya  bəyanatlar 
edilmişsə, onlar da bu hissəyə əlavə olunur); c) həmin müqavilənin vicdanla 
yerinə yetirilməsi haqqında dövlətin bəyanatı. 
İkitərəfli  müqavilə  bağlanarkən  onun  iştirakçısı  olan  dövlətlər  öz 
ratifikasiya  sənədlərini  bir-birinə  verir.  Çoxtərəfli  müqavilələrdə  isə 
ratifikasiya  sənədləri  depozitariyə  saxlanmağa  verilir.  Depo-  zitari
 
müqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin 
razılığı  ilə  müəyyən  olunan  dövlət  (adətən,  müqavilənin  imzalandığı 
dövlət), beynəlxalq təşkilat və ya bu təşkilatın baş vəzifəli şəxsi deməkdir. 
Məsələn,  BMT  çərçivəsində  qəbul  olunmuş  müqavilələrin  (o  cümlədən 
sözügedən 1969-cu il və 
110 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə