Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə43/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   114

siyasini  həyata  keçirir,  ixtisaslaşmış  təsisatlardan,  onlann  fəaliyyəti 
haqqında  və  verdiyi  tövsiyələrin  iera  olunması  üçün  görülmüş  tədbirlər 
haqqında  məruzələr  alır;  öz  işində  və  ya  yaratdığı  komissiyalann  işində 
iştirak etmək üçün ixtisaslaşmış təsisatlann nümayəndələrini dəvət edir. 
Hazırda 17 ixtisaslaşmış təsisat mövcuddur. Onlan aşağıdakı qruplara 
ayırmaq olar: 
a)
 
sosial  xarakterli  təşkilatlar  -  Beynəlxalq  Əmək  Təşkilatı  (ILO), 
Ümumdünya Səhiyyə Təşkilatı (WHO); 
b)
 
mədəni  və  humanitar  xarakterli  təşkilatlar  -  Təhsil,  ehn  və 
mədəniyyət  məsələləri  üzrə  Birləşmiş  Millətlər  Təşkilatı  (UNESCO), 
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO); 
c)
 
iqtisadi təşkilat - Sənaye inkişafı üzrə Birləşmiş Millətlər Təşkilatı 
(UNIDO); 
ç)  maliyyə  təşkilatları  --  Beynəlxalq  Valyuta  Fondu  (IMF), 
Beynəlxalq  bərpa  və  inkişaf  bankı  (IBRD),  Beynəlxalq  Maliyyə 
Korporasiyası  (IFS),  Beynəlxalq  İnkişaf  Assosiasiyası  (IDA),  Kənd 
Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD); 
d)
 
kənd  təsərrüfatı  sahəsində  təşkilat  ~  Ərzaq  və  Kənd  Təsərrüfatı 
Təşkilatı (FAO); 
e)
 
nəqliyyat  və  rabitə  sahəsində  təşkilatlar  -  Beynəlxalq  Mülki 
Aviasiya  Təşkilatı  (ICAO),  Beynəlxalq  Dəniz  Təşkilatı  (IMO), 
Ümumdünya Poçt İttifaqı (UPU), Beynəlxalq Telekommunikasiya İttifaqı 
(ITU); 
ə)  meteorologiya  sahəsində  təşkilat  -  Ümumdünya  Meteorologiya 
Təşkilatı (WMO), 
f)
 
turizm  sahəsində  təşkilat  -  Ümumdünya  Turizm  Təşkilatı 
(UNWTO). 
İxtisaslaşmış təsisatların tərkibinə BMT-nin üzvlərindən başqa digər 
dövlətlər də daxil ola bilər; lakin onlann üzvlüyə qəbul olunması üçün daha 
mürəkkəb mexanizm müəyyən olunmuşdur. 
İxtisaslaşmış  təsisatların  əsas  fəaliyyət  istiqamətləri  aşağıdakılardır: 
beynəlxalq əməkdaşlığın ayn-ayrı sahələri üzrə beynəlxalq konvensiya və 
reqlamentlərin  işlənib  hazırlanması;  dövlətlərin  bu  sahədə  fəaliyyətinin 
əlaqələndirilməsi;  inkişaf  etməkdə  olan  dövlətlərə  texniki  yardımın 
göstərilməsi; infonnasiya mübadiləsi və b. 
132 


9.
 
Regional təşkilatlar 
Universal  xarakterli  beynəlxalq  təşkilatlardan  başqa,  üzvləri,  əsasən, 
müəyyən  coğrafi  regionu  təmsil  edən  regional  təşkilatlar  da  mövcuddur. 
Onlar  regional  əməkdaşlıq  çərçivəsində  müxtəlif  məsələlərin  (kollektiv 
müdafiə,  iqtisadi,  sosial,  mədəni  və  s.)  birgə  həlli  üçün  yaradılır.  BMT 
Nizamnaməsinin  52-ci  maddəsinə  görə,  «beynəlxalq  sülhün  və 
təhlükəsizliyin qorunub saxlanması ilə bağlı olan və regional tədbirlər üçün 
münasib  olan  məsələlərlə  məşğul  olmaq  məqsədilə»  regional  təşkilatlar 
təsis oluna bilər. Həmin maddə tələb edir ki, bu təşkilatların nizamnamələri 
və fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə uyğun 
olmalıdır.  53-cü  maddədə  imperativ  qaydada  göstərilir  ki,  Təhlükəsizlik 
Şurasının  vəkaləti  olmadan  regional  təşkilatlar  tərəfindən  heç  bir 
məcburiyyət  tədbiri  görülə  bilməz.  Nizamnamənin  IX  fəslində 
(«Beynəlxalq  iqtisadi  və  sosial  əməkdaşlıq»)  iqtisadi,  sosial,  mədəni  və 
digər  xüsusi  sahələrdə  fəaliyyət  göstərən  beynəlxalq  təşkilatlara,  o 
cümlədən  regional  təşkilatlara  qarşı  müəyyən  tələblər  irəli  sürülmüşdür. 
Belə ki, onların yaradılması və fəaliyyəti BMT-nin məqsəd vo prinsiplərinə 
uyğun  olmalıdır  və  bu  təşkilatlar  iqtisadi,  sosial,  mədəni  və  digər 
problemlərin həllində BMT-yə yardım etməlidirlər. 
Hazırda  mövcud  olan  çoxlu  sayda  regional  təşkilatların  içərisində 
ümumi səlahiyyətə malik təşkilatlar, məsələn. Ərəb dövlətləri liqası. Afrika 
birliyi təşkilatı, Amerika dövlətləri təşkilatı və b. xüsusi yer tutur. 
Ərəb Dövlətləri Liqası (ƏDL). Ərəb Dövlətləri Liqasının yaradılması 
haqqında müqavilə (Pakt) 1945-ci il martın 22-də imzalanmışdır. Təşkilatın 
hazırda 22 üzvü vardır. ƏDL-in əsas məqsədi iqtisadi, maliyyə, mədəni və 
sosial  sahələrdə,  səhiyyə  sahəsində,  vətəndaşlıq,  pasportlar,  vizalar, 
məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərin həllində üzv dövlətlərin 
əməkdaşlığını təşkil etməkdən ibarətdir (Paktın 2-ci maddəsi). 
ƏDL-in  orqanları  aşağıdakılardır:  Ərəb  ölkələri  dövlət  və  hökumət 
başçılarının Müşavirəsi; Şura; Birgə Müdafiə Şurası; İqti 
133 


sadi  Şura;  Ərob  ölkoləri  informasiya  nazirləri  Şurası;  Komitələr 
(iqtisadiyyat,  maliyyə,  nəqliyyat,  rabitə,  mədəniyyət,  səhiyyə  məsələləri 
üzrə); Baş Katib başda olmaqla Baş Katiblik. 
ƏDL-in Paktına görə, üzv dövlətlər öz aralanndakı mübahisələri həll 
etmək  üçün  Şuraya  müraciət  edə  bilərlər.  Şuranın  qərarları  mübahisənin 
tərəfləri  üçün  məcburidir.  Liqanın  üzvləri  arasında  müharibəyə  gətirib 
çıxara bilən mübahisələri həll etmək üçün Şura öz xidmətlərini təklif edir. 
Şura habelə arbitraj və barışdırıcı orqan sifətində çıxış edə bilər; bu halda 
Şuranın qərarları səs çoxluğu ilə qəbul olunur (5-ci maddə). 
Liqaya  üzv  olan  dövlətlərdən  hər  hansı  birinə  qarşı  istənilən  dövlət 
tərəfindən  təcavüz  edildikdə  və  ya  təcavüz  təhlükəsi  olduqda,  hücuma 
məruz  qalmış  və  ya  təcavüz  təhlükəsi  altında  olan  dövlət  Şuranın  dərhal 
çağırılmasını tələb edə bilər. Yekdil razılıq olduqda Şura təcavüzün və ya 
təcavüz  təhlükəsinin  aradan  qaldırılması  üçün  zəruri  tədbirlər  müəyyən 
edir. 
Afrika  İttifaqı.  2002-ci  ilin  iyuluna  qədər 
Afrika  Birliyi  Təşkilatı
 
adlanan  bu  regional  təşkilat  1963-cü  ildə  yaradılmışdır  (Afrika  Birliyi 
Təşkilatı 2002-ci il iyulun 9-da axınncı sədri T.Mbeki tərəfindən buraxılmış 
və Afrika İttifaqı ilə əvəz olunmuşdur.). Afrika İttifaqının hazırda 54 üzvü 
vardır. BMT yanında daimi müşahidəçi statusuna malikdir. 
Afrika İttifaqının əsas məqsədləri aşağıdakılardır: a) Afrika dövlətləri 
arasında əməkdaşlığın möhkəmləndirilməsi və onlann siyasət, elm, texnika, 
maarif və mədəniyyət, səhiyyə, habelə müdafiə və təhlükəsizlik sahələrində 
fəaliyyətinin əlaqələndirilməsi; b) Afrika dövlətlərinin suverenliyinin, ərazi 
bütövlüyünün  və  müstəqilliyinin  qorunması;  c)  Afrika  qitəsində 
müstəmləkəçiliyin bütün növlərinin ləğv edilməsi; ç) BMT Nizamnaməsinə 
və  Umum-  dünya  İnsan  Hüquqları  Bəyannaməsinə  uyğun  olaraq, 
beynəlxalq 
əməkdaşlığın 
həvəsləndirilməsi 
(Afrika 
ittifaqı 
Nizamnaməsinin 2-ci maddəsi). 
Afrika  İttifaqı  aşağıdakı  struktura  malikdir:  Dövlət  və  hökumət 
başçılarının  Assambleyası;  İcra  Şurası;  Komissiya;  Sülh  və  təhlükəsizlik 
Şurası;  Daimi  nümayəndələr  komitəsi;  Pan-Afrika  Parlamenti;  İqtisadi, 
sosial və mədəni Şura. Afrika İttifaqı çərçivəsində 
134 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə