Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə51/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   114

XV
 
FƏSIL
 
BEYNƏLXALQ İNSAN HÜQUQLARI HÜQUQU 
1.
 
Beynəlxalq insan hüquqları hüququnun anlayışı 
inkişaf tarixi 
İnsan  hüquqlarının  müdafiəsi  ideyası  özü-özlüyündə  dövlətda-  xili 
hüququn məhsuludur. Bu ideyanın məğzi ondan ibarətdir ki, istənilən fərd 
məhz  insan  varlığı  olduğuna  görə  doğulduğu  andan  müəyyən  ayrılmaz 
hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan 
bu  hüquqları  qanunvericilikdə  və  praktikada  təmin  etməlidir.  Göstərilən 
ideyanın  hüquqi  normada  öz  ifadəsini  tapması  (yəni  pozitivləşməsi) 
dövlətdaxili  hüquq  sistemlərinə  çoxdan  məlumdur.  Müasir  beynəlxalq 
hüququ  səciyyələndirən  məqamlardan  biri  kimi  biz  dərsliyin  I  fəslində 
göstərmişdik  ki, 
insan  hüquqları  ideyası  İkinci  Dünya  müharibəsindən 
sonra  beynəlxalq  səviyyəyə  çıxmış  və  dövlətlərin  müvafiq  öhdəlikləri 
şəklində təsbit olunmuşdur.
 Əsas etibarilə, suveren və müstəqil dövlətlər 
arasmda münasibətləri tənzimləmək missiyasmı yerinə yetirən beynəbcalq 
hüquqda  fərdlərin  əsas  hüquq  və  azadlıqlanm  nizamlayan  norma  və 
prinsiplərin  inkişaf  etməsi  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  norma  və 
prinsiplərin məcmusu beynəlxalq insan hüquqları hüququnu (International 
human rights law) təşkil edir. 
Beynəlxalq hüququn bu sahəsi ədəbiyyatda müxtəlif cür adlandırılır: 
«insan  hüquqlarının  beynəlxalq  müdafiəsi»,  «beynəlxalq  hüquqda  insan 
hüquqları», «beynəlxalq insan hüquqlan hüququ», «beynəlxalq humanitar 
hüquq» və s. Bundan sonrakı fəsildə biz görəcəyik ki, beynəlxalq humanitar 
hüquq beynəlxalq hüququn digər bir müstəqil sahəsidir və müharibə adət və 
qanunlannı əhatə edir. Beynəlxalq hüquq elmində, demək olar ki, hamılıqla 
qəbul 
156 


olunmuş bu termini genişlondirmək və onunla insan hüquqlarını  da əhatə 
etmək və ya onu yalnız insan hüquqlarına aid etmək, zənni- mizcə, doğru 
deyildir və bu ideya qətiyyən mövcud beynəlxalq sənədlərə və praktikaya 
söykənmir. Ilk iki termin isə formal-hüquqi baxımdan qəbul edilə bilməz. 
Əgər biz beynəlxalq münasibətlərin deyil, beynəlxalq hüququn sahələrindən 
danışırıqsa, onda müvafiq normalar məcmusunu «hüquq» adlandırmalıyıq: 
məsələn,  beynəlxalq  dəniz  hüququ,  beynəlxalq  müqavilələr  hüququ, 
diplomatiya hüququ, beynəlxalq cinayət hüququ və s. (yeri gəlmişkən, bəzi 
dərsliklərdə  bu  günə  kimi  «beynəlxalq  cinayət  hüququ»  əvəzinə 
«cinayətkarlıqla beynəlxalq mübarizə» ifadəsi işlədilir). 
İnsan  hüquqlarının  beynəlxalq-hüquqi  müstəviyə  çıxmasından 
danışarkən  bir  məqamı  xüsusilə  vurğulamaq  lazımdır:  heç  bir  mövcud 
beynəlxalq müqavilə bilavasitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan 
hüquqları sahəsindəki müqavilələrdə işlədilən «hər kəsin... hüququ vardır» 
konstruksiyası  birbaşa  fərdlərə  deyil,  dövlətlərə  ünvanlanmışdır.  Dövlət 
müqavilənin iştirakçısı olan 
digər dövlətlər qarşısında
 öz üzərinə öhdəlik 
götürür ki, müəyyən hüquq və azadlıqları yurisdiksiyası çərçivəsində hər bir 
şəxsə təmin etsin. Belə bir sual ortaya çıxa bilər: əgər hər bir dövlətdə əsas 
insan hüquqlan təsbit olunursa, onda beynəlxalq-hüquqi tənzimləməyə nə 
ehtiyac  vardır?  Beynəlxalq  hüququn  bu  sahədə  rolu  aşağıdakılardan 
ibarətdir:  a)  insan  hüquqlarının  təbii  xarakter  daşımasını  və  dövlətin 
qanunvericiliyindən  kənarda  və  ondan  asılı  olmayaraq  mövcud  olmasını 
bəyan etmək; b) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi 
olmadığını  bəyan  etmək;  c)  dövlətlər  üçün  ümumi  standartlar  müəyyən 
etmək (əsas insan hüquq və azadlıqlarının «kataloqunu» müəyyən etmək); 
ç)  dövlətlərin  insan  hüquqları  sahəsindəki  öhdəliklərini  necə  yerinə 
yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək. 
Beləliklə, insan hüquqlarının müdafiəsi sahəsində ümumi standartlar 
müəyyənləşdirən  və  bu  standartların  dövlətlər  tərəfindən  yerinə 
yetirilməsinə  nəzarət  məqsədilə  xüsusi  mexa-  nizmiər  müəyyən  edən 
normaların məcmusuna beynəlxalq insan hüquqları hüququ deyilir. 
157 


Beynolxalq 
insan 
hüquqları 
hüququnun 
tarixi 
BMT 
Nizamnaməsindən başlamışdır. Bundan əwəl ayn-ayn aktlar mövcud olsa 
da (məsələn, köləliyin ləğvi, milli azlıqlann müdafiəsi və s. ilə bağlı), insan 
hüquqlannm  universal  səviyyədə  müdafiəsi  ideyası  ilk  dəfə  olaraq  məhz 
BMT Nizamnaməsində öz əksini tapmışdır. Burada «irqinə, cinsinə, dilinə 
və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanlann əsas hüquq və 
azadlıqlanna hörmətin dəstəklənməsi və həvəsləndirilməsi» BMT-nin əsas 
məqsədlərindən biri kimi bəyan edilir (1-ci maddə). «Bütün insanlann əsas 
hüquq  və  azadlıqlanna  hamıhqla  hörmət  edilməsinə  və  riayət  edilməsinə 
dəstək  verilməsi»  (55-ci  maddə)  və  bunun  üçün  BMT  ilə  birgə  və  ya 
müstəqil tədbirlər görülməsi (56-cı maddə) dövlətlərin üzərinə vəzifə kimi 
qoyulur.  Gördüyümüz  kimi,  bu  öhdəliklər  dəqiq  və  birmənalı  ifadə 
olunmamışdır.  Daha  doğrusu,  söhbət  burada  insan  hüquqlannm  təmin 
edilməsi  və  ya  insan  hüquqlanna  hörmət  edilməsi  vəzifəsindən  deyil,  bu 
hüquqlara  hörmətin  «dəstəklən-  məsi  və  hovəslondirilmosi»  vəzifəsindən 
gedir. Bu vəzifənin məzmununu konkret situasiyalara tətbiq etmək olduqca 
çətindir.  Praktik  olaraq  bu  o  deməkdir  ki,  yalnız  insan  hüquqlanna  tam 
etinasızlıqla yanaşan, bu hüquqlan kobud və kütləvi şəkildə pozan dövlət 
yuxarıda göstərilən Nizamnamə öhdəliyini yerinə yetirməmiş olur. 
Məsələn, 
Tehran  girovları  haqqında  işdə
  (ABŞ/İran  -  1980-ci  il) 
BMT Beynolxalq Məhkəməsi qeyd etmişdi ki, «insanlann qanunsuz olaraq 
azadlıqdan məhrum edilməsi və onlann ağır şəraitdə fiziki təzyiqlərə məruz 
qoyulması -• Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə... 
tamamilə ziddin>. 
Namibiya  işində
  (1971-ci  il)  Beynəlxalq  Məhkəmə  Cənubi  Afrika 
Respublikasının  bu  ərazidə  yeritdiyi  irqi  ayn-seçkilik  siyasətini  «BMT 
Nizamnaməsinin  məqsəd  və  prinsiplərinin  kobud  po-  zuntusu»  kimi 
səciyyələndirmişdi. 
İkinci  bir  tərəfdən,  BM'f  Nizamnaməsində  konkret  insan  hüquq  və 
azadlıqları  sadalanmır.  Hansı  hüquqların  əsas  insan  hüquqlanna  aid 
olduğunu  və  onların  «beynəlxalq  kataloqunu»  müəyyən  etmək  üçün 
1948-ci il dekabnn lO-da BMT Baş Məclisinin 217 (III) nömrəli qətnaməsi 
ilə 
Ömumdünya  İnsan  Hüquqları  Bəyannaməsi
  qəbul  edildi.  58  BMT 
üzvündən 48-i Nizamnamənin lehinə 
158 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə