Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə47/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   114

haqqında 1961-ci il Vyana Konvensiyasına görə (3-cü maddə), diplomatik 
nümayondolik aşağıdakı 
funksiyaları
 həyata keçirir: 
1)
 
akkreditə edən dövlətin qəbul edən dövlətdə təmsil olunması; 
2)
 
akkreditə  edən  dövlətin  özünün  və  onun  vətəndaşlarının 
mənafelərinin müdafiəsi
3)
 
qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması; 
4)
 
bütün  qanuni  vasitələrlə  qəbul  edən  dövlətdə  olan  şəraitin  və 
hadisələrin  öyrənilməsi  və  onların  barəsində  öz  hökumətinə  məlumat 
verilməsi (infonnasiya funksiyası); 
5)
 
akkreditə  edən  dövlətlə  qəbul  edən  dövlət  arasında  dostluq 
münasibətlərinin inkişaf etdirilməsi. 
Bunlardan əlavə, diplomatik nümayəndəliklər bəzi hallarda konsulluq 
funksiyaları da həyata keçirir; bu məqsədlə səfirliklərin və ya missiyaların 
tərkibində konsulluq şöbələri təsis olunur. 
4.
 
Diplomatik nümayəndəliyin heyəti 
Diplomatik nümayəndəliyin 
başçısı
 təmsil olunan dövlətin qəbul edən 
dövlətdə  daimi  əsasda  fəaliyyət  göstərən  bütün  nümayəndələri  ilə 
müqayisədə ən yüksək təmsilçisi hesab olunur. O öz dövlətini qəbul edən 
dövlətdə bütün məsələlər üzrə təmsil edən yeganə şəxsdir. 1961-ci il Vyana 
Konvensiyası  diplomatik  nümayəndəliklərin  başçılarının  üç 
dərəcəsini
 
müəyyən  etmişdir:  1)  dövlət  başçıları  yanında  akkreditə  olunan  səfir  və 
nuntsilər; 2) dövlət başçılan yanında akkreditə olunan elçi və intemuntsilər 
və  3)  xarici  işlər  nazirləri  yanında  akkreditə  olunan  işlər  müvəkkilləri. 
Əslində  son  illərin  praktikasında  elçilərin  və  daimi  işlər  müvəkkillərinin 
təyin olunmasına çox az-az rast gəlinir. 
1961-ci  il  Vyana  Konvensiyasına  görə,  diplomatik  nümayəndəliyin 
heyəti üç kateqoriyaya bölünür: 
-
 
diplomatik heyət; 
-
 
inzibati-texniki heyət; 
-xidmətçi heyət 
144 


Diplomatik  heyətə  aşağıdakılar  daxildir:  səfirlər,  elçilər,  müşavirlər, 
ticarət  nümayəndələri  və  onların  müavinləri,  xüsusi  attaşelər  (hərbi, 
hərbi-dəniz və hərbi-hava) və onların müavinləri, birinci, ikinci və üçüncü 
katiblər  və  attaşelər.  Diplomatik  heyətin  üzvləri  akkreditə  edən  dövlətin 
vətəndaşları  olmalıdır.  Lakin  qəbul  edən  dövlətin  razılığı  ilə  yerli 
vətəndaşlar  və  üçüncü  dövlətin  vətəndaşları  təmsil  olunan  dövlətin 
diplomatik  heyətinə  daxil  edilə  bilər.  Diplomatik  heyətin  üzvlərinə  milli 
qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  diplomatik  rütbələr  verilir. 
«Diplomatik  xidmət  haq-  qında»
  2001-ci  il  8  iyun  tarixli  Qanunun  8-ci 
maddəsinə  əsasən,  Azərbaycan  Respublikasında  aşağıdakı  diplomatik 
rütbələr mövcuddur: 1) fövqəladə və səlahiyyətli səfir; 2) birinci dərəcəli 
fövqəladə və səlahiyyətli elçi; 3) ikinci dərəcəli fövqəladə və səlahiyyətli 
elçi; 
4)
 
birinci dərəcəli müşavir; 5) ikinci dərəcəli müşavir; 6) birinci dərəcəli 
birinci katib; 7) ikinci dərəcəli birinci katib; 8) birinci dərəcəli ikinci katib; 
9) ikinci dərəcəli ikinci katib; 10) üçüncü katib və 11) attaşe. 
İnzibati-texniki 
heyətə 
dəftərxana 
müdirləri, 
hesabdarlar, 
tərcüməçilər, kargüzarlar, makinaçılar və başqalan aiddir. 
Xidmətçi heyətə sürücülər, aşpazlar, kuryerlər və başqaları daxildir. 
İnzibati-texniki  vo  xidmətçi  heyətə  bəzən  yerli  vətəndaşlar  təyin 
olunUr. 
5.
 
Diplomatik missiyanın 
başlanması vo sona yetməsi 
İki dövlət arasında diplomatik nümayəndəliklər mübadiləsi haq- qmda 
razılaşma  əldə  olunduqdan  sonra  diplomatik  missiyanın  fəaliyyətə 
başlaması  ilə  bağlı  ortaya  çıxan  əsas  praktik  məsələ  nümayəndəliyin 
başçısının təyin olunmasıdır. Bu, aşağıdakı 
mərhələlərdən
 ibarət olur: 
1) Qəbul edən dövlətdən, konkret şəxsin diplomatik nümayəndəliyin 
başçısı  təyin  olunmasına  öz  razılığını  vennəsinin  - 
aqrema-  nın
  xahiş 
edilməsi. 
145 


Aqreman  verilməsə,  şəxs  göstərilən  vəzifəyə  təyin  oluna  bilməz. 
İmtina edən dövlət bunun motivlərini bəyan etməyə borclu deyildir. 
2)
 
Aqreman  alındıqdan  sonra  şəxsin  diplomatik  nümayəndəliyin 
başçısı təyin olunması barədə müvafiq dövlətdaxili aktm verilməsi. 
3)
 
Diplomatik  nümayəndəliyin  başçısı  təyin  olunmuş  şəxsin,  qəbul 
edən  dövlətin  müvafiq  vəzifəli  şəxsinə  onun  rəsmi  statusunu  təsdiq  edən 
sənədin - 
etimadnamənin
 təqdim olunması. 
Etimadnamə  akkreditə  edən  dövlətin  başçısı  tərəfindən  imzalanır  və 
diplomatik nümayəndəni qəbul edən dövlətin başçısına ünvanlanır. 
Dövlət  diplomatik  nümayəndəliyin  başçısını  eyni  zamanda  bir  neçə 
dövlətə və ya müvafiq beynəlxalq təşkilata diplomatik nümayəndə təyin edə 
bilər; doğrudur, bu halda bu dövlətlərdən heç biri və ya həmin beynəlxalq 
təşkilat buna etiraz etməməlidir. Buna diplomatiya və konsulluq hüququnda 
kumulyasiya
 deyilir. Kumul- yasiya dövlətimizin diplomatik təcrübəsində 
də istifadə olunur. Diplomatik nümayəndəliyin kumulyasiyasınm başqa bir 
variantı  da  mümkündür:  bu  halda  bir  şəxs  iki  və  daha  artıq  dövləti  qəbul 
edən dövlətdə (əlbəttə ki, əgər o buna etiraz etmirsə) təmsil edir. 
Diplomatik  heyətin  qalan  üzvlərinə  aqreman  tələb  olunmur.  Onlan 
dövlətin  xarici  işlər  idarəsi  təyin  edir.  Həmin  şəxslər  qəbul  edən  dövlətə 
gəldikləri  və  həmin  dövlətin  xarici  işlər  idarəsinə  bu  barədə  məlumat 
verdikləri andan öz vəzifələrinin icrasına başlamış hesab olunurlar. Hərbi 
attaşelərin təyin olunmasına isə əksər dövlətlərdə aqreman tipli razılıq tələb 
olunur. 
Diplomatik  nümayəndənin  funksiyalarının 
xitam  olunması, 
əsasən, 
bu hallarda olur: 
a)
 
akkreditə edən dövlət tərəfindən geri çağıniması; 
b)
 
qəbul  edən  dövlət  tərəfindən 
persona  non  grata  (arzuolunmaz 
şəxs)
 elan olunması; 
c)
 
akkreditə  edən  dövlətlə  qəbul  edən  dövlət  arasında  diplomatik 
münasibətlərin kəsilməsi
ç)  akkreditə  edən  dövlətlə  qəbul  edən  dövlət  arasında  müharibə 
başlanması; 
d)
 
akkreditə  edən  dövlətin  və  ya  qəbul  edən  dövlətin  beynəlxalq 
hüququn subyekti kimi yoxa çıxması. 
146 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə