Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə55/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   114

çəkinmək  tələb  olunursa,  bu,  neqativ  öhdəlikdir.  Pozitiv  öhdəliklər  isə, 
əksinə, dövlətdən «aktiv müdaxilə», yəni müəyyən qanunvericilik, inzibati, 
təşkilati və digər tədbirlərin görülməsini tələb edir. Hazırda elə bir insan 
hüququ  yoxdur  ki,  onun  tam  təmin  edilməsi  dövlət  tərəfindən  hansısa 
pozitiv hərəkətlər olmadan mümkün olsun. Bu, həm «klassik» hüquqlara, 
həm də ikinci nəsil hüquqlara aiddir. Doğrudur, bu zaman dövlətdən tələb 
olunan  «müdaxilənin» 
dərəcəsi
  müxtəlif  ola  bilər:  təbii  ki,  iqtisadi 
hüquqların  həyata  keçirilməsi  üçün  daha  əhatəli  və  daha  intensiv  səylər 
tələb olunur. 
Məsələn,  belə  görünə  bilər  ki,  işgəncəyə  məruz  qalmamaq  hüququ 
dövlətin üzərinə yalnız neqativ öhdəlik qoyur. Lakin beynəlxalq praktikada 
dəfələrlə qeyd edilmişdir ki, bu «klassik» hüquq həm də pozitiv öhdəliklər 
doğurur;  məsələn,  dövlət  təmin  etməlidir  ki,  həbsxana  gözətçiləri,  polis, 
hərbi  və  tibbi  heyət  müvafiq  beynəlxalq  normalarla,  o  cümlədən 
Məhbuslarla  rəftar  haqqında  BMT-nin  minimal  standart  qaydaları
  ilə 
tanış edilsin; baş vermiş bütün işgəncə hallan araşdınlsm; təqsirli şəxslər 
cəzalandınlsm  və  s.  Burada  habelə  yaşamaq  hüququ  ilə  bağlı  yuxanda 
göstərdiyimiz misalı xatırlamaq olar. Sırf «klassik» hüquq sayılan yaşamaq 
hüququ  dövlətlər  üçün  bir  sıra  pozitiv  öhdəliklər  müəj^ən  edir:  insan 
həyatının qorunmasına yönəlmiş qanunvericilik aktlannın qəbul edilməsi; 
qəsdən  adamöldürmə  aktlannın  səmərəli  istintaqının  aparılması;  təqsirli 
şəxslərin cəzalandıniması və s. 
«Dərhal»  və  «tədricən»  yerinə  yetirilməli  olan  öhdəliklər. 
Dövlətlərin  insan  hüquqları  sahəsindəki  öhdəliklərinin  bu  təsnifatına 
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 2-ci maddəsi «səbəb 
olmuşdur».  Həmin  maddənin  1-ci  hissəsində  deyilir:  «Bu  Paktda  iştirak 
edən hər bir dövlət öz üzərinə vəzifə götürür ki. Paktda tanınmış hüquqlann 
tədricən
  tam  həyata  keçirilməsini  təmin  etmək  üçün,  fərdi  qaydada  və 
beynəlxalq yardım və əməkdaşlıq çərçivəsində, 
özündə olan ehtiyatlardan 
maksimum istifadə etməklə... tədbirlər görsün».
 Bu müddəa, sözügedən 
Paktın  mərkəzi  müddəası  olmaqla.  Paktdan  irəli  gələn  bütün  digər 
öhdəliklərin təbiətini müəyyən edir. Verdiyimiz ayırmalardan görünür ki, 
iqtisadi,  sosial  və  mədəni  hüquqlar  müəyyən  hallardan  -  dövlətin  lazımi 
ehtiyatlara (maddi ehtiyatlar, insan ehtiyatları və s.) malik olmasın 
168 


dan  və  beynəlxalq  yardımın  olmasından  asılı  olaraq  tədricən  də  həyata 
keçirilə  bilər,  yəni  iştirakçı  dövlətlərin  Paktda  təsbit  olunmuş  hüquqlara 
təminat vermək kimi birbaşa hüquqi öhdəliyi yoxdur (bu deyilənlər Paktın 
8-ci  maddəsinə  (həmkarlar  ittifaqları  yaratmaq  və  onlara  daxil  olmaq)  və 
3-cü  maddəsinə  (qadın  və  kişilərin  hüquq  bərabərliyi)  şamil  olunmur). 
Başqa  sözlə,  fərdə  qısa  müddətdə,  tutaq  ki,  işləmək  hüququnun  və  ya 
minimal  həyat  səviyyəsi  hüququnun  təmin  edilməməsi  dövlətin  öz 
beynəlxalq  öhdəliyini  pozması  kimi  tövsif  edilə  bilməz.  Dövlət  əsaslı 
surətdə  göstərə  bilər  ki,  o  öz  ehtiyatlarını  maksimum  səfərbər  etməklə 
bütün zəruri tədbirləri görür və bu hüquqlar tədricən həyata keçiriləcəkdir. 
Yaponiya  Ali  Məhkəməsinin  1989-cu  ildə 
Şiomi
  işi  üzrə  çıxardığı 
qərar bu baxımdan diqqətəlayiqdir. Məhkəmə birmənalı şəkildə qeyd etdi 
ki, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-cu maddəsi (sosial 
təminat  hüququ)  fərdlərə  dərhal  verilməsi  tələb  olunan  konkret  hüquq 
nəzərdə  tutmur.  Bu,  Paktın  2-ci  maddəsinin  1-ci  hissəsindən  aydın 
görünür». 
Şübhəsiz ki, deyilənlər İqtisadi, sosial və mədəni hüquqlar haqqında 
Paktın «zəif» cəhətidir və bu, özü-özlüyündə həmin hü- quqlann xarakteri 
ilə  bağlıdır.  Əgər  sözügedən  müddəanı  Vətəndaş  və  siyasi  hüquqlar 
haqqında Paktın ekvivalent müddəası ilə müqayisə etsək, biz əhəmiyyətli 
fərqi görə bilərik. Həmin Paktın 2-ci maddəsində iştirakçı dövlətlərin bütün 
müvafiq  hüquqlan 
təmin  etmək
  vəzifəsi  təsbit  olunmuşdur.  Deməli, 
Vətəndaş  və  siyasi  hüquqlar  haqqında  Paktdan  irəli  gələn  öhdəliklərin 
yerinə yetirilməsini dövlət özü istədiyi kimi, tutaq ki, maliyyə çətinliklərinə 
və  ya  ölkədə  siyasi  və  ya  iqtisadi  sabitliyin  olmamasına istinad  etməklə, 
təxirə  sala  bilməz.  Bu  öhdəliklər  dərhal  yerinə  yetirilməli  olan 
öhdəliklərdir. 
Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı bir işi 
(Guincho 
işi) 
misal  gətirək.  Portuqaliyada  birinci  məhkəmə  instansiyasında  avtomobil 
qəzası ilə bağlı bir işə baxılması təxminən dörd il (1978-ci ilin dekabnndan 
1982-ci  ilin  oktyabnna  qədər)  çəkmişdi.  Avropa  məhkəməsi  qarşısında 
Portuqaliya hökumətinin nümayəndəsi bu pozuntunu (söhbət işin ağlabatan 
müddətdə araşdırılması hüququ 
169 


nun  pozulmasından  gedir)  ölkədə  son  illər  baş  vermiş  çətinliklərlə 
əsaslandırmağa  çalışırdı;  onun  fikrincə,  bu  çətinliklər  1974-cü  ildə 
demokratiyanın ölkədə bərpa edilməsindən və elə bu dövrdə Portuqaliyanın 
bir  sıra  müstəmləkələrinin  müstəqillik  qazanmasından  sonra  bir  milyona 
yaxın  adamın  yenidən  Portuqaliyaya  qayıtması  ilə  bağlı  ortaya  çıxmışdı. 
Lakin  Məhkəmə  bu  dəlilləri  əsassız  saydı  və  qeyd  etdi  ki,  Avropa  İnsan 
Hüquqlan Konvensiyasını ratifikasiya etməklə, Portuqaliya öz üzərinə bu 
Konvensiyada təsbit olunmuş bütün hüquqlan, o cümlədən işin məhkəmədə 
ağlabatan  müddətdə  araşdınlması  hüququnu  təmin  etmək  vəzifəsini 
götürmüşdür. 
5.
 
İnsan hüquqlarının müdafiəsinin beynəlxalq 
mexanizmləri 
Beynəlxalq insan hüquqlan hüququnun yuxanda verdiyimiz tərifindən 
aydın  görünür  ki,  bu  sahədə  mövcud  olan  bütün  normativ  massivi  iki 
hissəyə  ayırmaq  olar:  1)  hüquqi  mexanizm  (dövlətlərin  maddi  xarakterli 
öhdəliklərini  nəzərdə  tutan  normalar;  2)  imple-  mentasiya  mexanizmi 
(insan  hüquqlarının  həyata  keçirilməsi  üzərində  nəzarət  mexanizmlərini 
(bunlara  bəzən 
institusional  mexa-  nizmlər
  də  deyirlər)  müəyyən  edən 
normalar. Bu bölgü əksər beynəlxalq müqavilələrin strukturunda öz əksini 
tapmışdır. Belə ki, müqavilələrin ilk bölmələrində, adətən, maddi normalar 
təsbit  olunur,  qalan  hissədə  isə  müvafiq  nəzarət  orqanının  təşkili  və 
fəaliyyətinin hüquqi əsasları müəyyən edilir. Məsələn, üç bölmədən ibarət 
olan Avropa İnsan Hüquqlan Konvensiyasının I bölməsi ay- rı-ayn insan 
hüquqlarına,  II  bölməsi  isə  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə  həsr 
olunmuşdur.  Burada  bir  şeyi  əlavə  edək  ki, 
institusional  mexanizmlər
 
digər beynəlxalq sənədlərdə, məsələn, beynəlxalq orqan və ya təşkilatların 
qətnamələrində də nəzərdə tutula bilər. 
İnsan  hüquqlarının  bcynəlxalq-hüquqi  müdafiəsi  sahəsində  mövcud 
olan  mexanizmlər  müxtəlif  xarakterə  malikdir.  Bu  mexanizmlər  həm 
universal, həm də regional səviyyədə mövcuddur. 
170 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə