Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə63/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   114

i)
 
mədəni  mülkiyyətin,  tarixi  və  digər  abidələrin,  ibadət  edilən 
yerlərin məhv edilməsi və ya onlardan hərbi əməliyyatlarda uğur qazanmaq 
üçün istifadə edilməsi və b. 
qadağan edilmiş vasitələr: 
a)
 
insan bədənində asanlıqla dönən və ya yastılanan güllələr
b)
 
yeganə təyinatı boğucu və ya zərərli qazlar yaymaqdan ibarət olan 
mərmilər; 
c)
 
400 qramdan az çəkisi olan, partlama xassəsinə malik olan və ya 
yanar tərkiblə təchiz edilmiş mərmilər; 
ç) zəhərlər, zəhərlənmiş silahlar, boğucu, zəhərli vo digər belə qazlar, 
bakterioloji və kimyəvi silah
d)
 
genişmiqyaslı  və  ya  uzunmüddətli  və  ya  ciddi  nəticələr  törədən 
ətraf mühitə təsir vasitələri; 
e)
 
bədəndə aşkar edilməyən qəlpələr, mina-tələlər, yandıncı silahlar 
və adi silahların hodsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik 
ola bilən digər növləri
ə) nüvə silahı. 
Nüvə silahının tətbiqinin beynəlxalq humanitar hüquqa zidd olmasını 
BMT-nin Beynəlxalq Məhkəməsi 
Nüvə silahı ilə hədələməyin və ya onun 
tətbiqinin  qanunauyğunluğu  haqqında  iş
  üzrə  1996-cı  il  8  iyul  tarixdə 
verdiyi məsləhət xarakterli rəydə təsdiq etmişdir. 
8.
 
Hərbi işğal rejimi 
Hərbi işğal rejimi 
Müharibə zamanı mülki əhalinin müdafiəsinə dair 
1949-cu  il  Cenevrə  Konvensiyasında  (IV  Konvensiyada) 
nəzərdə 
tutulmuşdur. Bu rejimin əsas ünsürləri aşağıdakılardır:
 
a)
 
bir  dövlətin  silahlı  qüvvələri  digər  dövlətin  ərazisini  müvəqqəti 
olaraq tutur və özündə saxlayır; 
b)
 
işğal  edən  dövlət  yeni  müvəqqəti  xarakterli  hüquq  normaları 
müəyyən  etmək  yolu  ilə  həmin  ərazidə  hərbi  nəzarət  və  mülki  idarəçilik 
funksiyaları həyata keçirir; 
192 


c)
 
işğal  olunmuş  ərazidə  ictimai  qayda  və  əhalinin  həyatı  təmin 
edilməli, burada qüvvədə olan qanunlara hörmət edilməlidir; 
ç) işğal olunmuş ərazidən mülki şəxslərin işğal edən dövlətin ərazisinə 
və ya hər hansı üçüncü dövlətin ərazisinə deportasiya olunması, habelə öz 
mülki  əhalisinin  bir  hissəsinin  işğal  olunmuş  əraziyə  köçürülməsi 
qadağandır; 
d)
 
nəinki xüsusi, habelə dövlət mülkiyyətinin dağıdılmasına və məhv 
edilməsinə yol verilmir
e)
 
işğal  edən  və  işğal  olunan  dövlətlər  arasında  müharibə  vəziyyəti 
davam edir; 
ə) işğal olunmuş ərazi üzərində suverenlik işğalçıya keçmir və onun 
əvvəlki hüquq sistemini tam ləğv etmək hüququ yoxdur; 
f)
 
işğal  olunmuş  ərazidə  dövlətlərarası  münasibətlər  beynəlxalq 
humanitar hüququn normalan ilə nizama salınır; 
g)
 
müharibə sona yetdikdən sonra işğalla bağlı münasibətlər müqavilə 
qaydasında ləğv edilməlidir. 
9.
 
Mədəni mülkiyyətin mühafizəsi 
Müharibə  dövründə  mədəni  mülkiyyətin  mühafizəsi məsələləri,  əsas 
etibarilə,  xüsusi  beynəlxalq  sazişlə  - 
Silahlı  münaqişə  zamanı  mədəni 
mülkiyyətin  qorunması  haqqında  1954-cü  il  Haaqa  Konvensiyası
  ilə 
nizama  salmır.  Konvensiyanın  1-ci  maddəsi  mədəni  mülkiyyətə  bunlan 
daxil edir: 
a)
 
hər  bir  xalqın  mədəni  irsi  üçün  böyük  əhəmiyyətə  malik  olan 
daşınar  və  daşınmaz  mülkİ
3
^ət,  məsələn,  həm  dini,  həm  də  dünyəvi 
memarlıq, incəsənət abidələri, tarixi abidələr; arxeoloji sahələr; bütövlükdə 
tarixi  və  ya  bədii  maraq  kəsb  edən  bina  qruplan;  incəsənət  əsərləri; 
əlyazmalar, kitablar və bədii, tarixi və ya arxeoloji maraq kəsb edən digər 
obyektlər;  habelə  elmi  məcmuələr  və  ya  arxivlər,  yaxud  yuxarıda 
göstərilmiş əmlakın repro- duksiyalan
b)
 
başlıca  məqsədi  yuxanda  sadalanmış  daşmar  mülkiyyəti  qoruyub 
saxlamaq və nümayiş etdirmək olan binalar, məsələn, mu- 
193 


/cylor,  böyük  kitabxanalar  vo  arxiv  binaları,  habelə  həmin  mülkiyyəti 
silahlı münaqişə zamanı gizlətmək üçün istifadə olunan sığınacaqlar; 
c)
 
yuxarıda sadalanmış külli miqdarda mədəni mülkiyyəti əhatə edən 
mərkəzlər. 
Mədəni mülkiyyəti qorumaq istiqamətində Konvensiya aşağıdakı lan 
nəzərdə tutur: 
1)
 
göstərilən  mədəni  mülkiyyətdən,  onlan  qoruyub  saxlamaq  üçün 
nəzərdə  tutulmuş  binalardan  və  bitişik  sahələrdən  bu  mülkiyyətin 
dağıdılmasına və ya zədələnməsinə gətirib çıxara bilən məqsədlərlə istifadə 
olunması qadağandır; 
2)
 
mədəni  mülkiyyətin  hər  hansı  bir  formada  qanunsuz 
mənimsənilməsi,  habelə  bu  mülkiyyətə  qarşı  istənilən  vandalizm  aktları 
qadağandır və bu cür hərəkətlərin qarşısı alınmalıdır; 
3)
 
mədəni mülkiyyətin rekvizisiyası və ona qarşı yönəlmiş istənilən 
əks tədbirlərin görülməsi qadağandır. 
Ən  əhəmiyyətli  mədəni  mülkiyyət  xüsusi  mühafizəyə  götürülür  və 
YUNliSKO-nun  I3aş  direktoru  tərəfindən  apanlan  Beynəlxalq  mədəni 
mülkiyyət 
reyestrinə
  daxil  edilir.  Reyestrin  nüsxəsi  BMT-nin  Baş 
katibində və münaqişənin tərəfi olan hər bir dövlətdə saxlanılır. Beynəlxalq 
reyestrə daxil edilmiş mülkiyyət hərbi immunitet qazanır. 
Xüsusi  mühafizəyə  götürülmüş  mədəni  mülkiyyətin  üzərində 
fərqləndirmə nişanı olmalıdır. 
10.
 
Müharibənin sona yetməsinin 
hüquqi nəticələri 
Hər  şeydən  öncə  qeyd  edək  ki,  müharibənin  sona  yetməsi  iki 
mərhələni əhatə edir: 
1.
 
Hərbi  əməliyyatların  bitməsi.
  Bu  mərhələ  aşağıdakı  beynəl- 
xalq-hüquqi formalarda rəsmiləşdirilir: 
a)
 
barışıq
 (müddətli və ya müddətsiz ola bilər); 
b)
 
təslim olma. 
194 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə