Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə62/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   114

3)
 
düşmən dövlətə məxsus olan mülkiyyət (səfirlik və konsulluqların 
əmlakından başqa) müsadirə edilir; 
4)
 
düşmən dövlətin vətəndaşlarına qarşı müxtəlif məhdudiyyətlərdən 
ibarət  xüsusi  rejim  tətbiq  edilir  (o  cümlədən 
internləş-  dirmə
  və  ya 
müəyyən bir zonada yaşamağa məcbur etmə); 
5)
 
dinc  dövr  münasibətləri  üçün  nəzərdə  tutulmuş  müqavilələrin 
qüvvəsinə  xitam  verilir  və  ya  müvəqqəti  dayandırılır  və  beynəlxalq 
humanitar hüququn normaları tətbiq edilir. 
6.
 
Silahlı münaqişənin iştirakçıları 
Beynəlxalq humanitar hüquq üçün ən mühüm məsələlərdən biri mülki 
şəxslərlə  vuruşan  şəxslər,  yəni 
komhatantlar
  arasında  fərqin  dəqiq 
müəyyən  edilməsidir.  Humanitar  hüquq  nonnalarına  görə,  yalnız 
komhatantlar  döyüş  əməliyyatlarında  bilavasitə  iştirak  etmək  hüququna 
malikdirlər və onlara qarşı silah işlədilməsi mümkün sayılır. 
Kombatanlara və ya kombatant statusuna malik olanlara aşağıdakılar 
aiddir: 
a)
 
silahlı  qüvvələrin  tərkibinə  daxil  olan  şəxslər  (tibbi  və  ruhani 
heyətdən başqa); 
b)
 
ordunu müşayiət edən, lakin silahlı qüvvələrin tərkibinə bilavasitə 
daxil  olmayan  şəxslər:  hərbi  təyyarələrin  ekipajına  daxil  edilmiş  mülki 
şəxslər, hərbi müxbirlər, silahlı qüvvələrin məişət xidməti ilə məşğul olan və 
bununla bağlı müvafiq icazəsi və sənədi olan şəxsi heyət
c)
 
yığma  qoşun,  partizan  və  müqavimət  dəstələrinin  üzvləri  olan 
şəxslər, bu şərtlə ki: 1) onların başında, tabeliyində olanlara görə məsuliyyət 
daşıyan  bir  şəxs  durur;  2)  uzaqdan  aydın  seçilən  müəyyən  fərqləndirmə 
nişanları  olur;  3)  açıq  surətdə  silah  gəzdirirlər;  4)  öz  hərəkətlərində 
müharibənin qanun və adətlərinə riayət edirlər. 
Xüsusi  qeyd  edilməlidir  ki, 
muzdlu  əsgərlər
  kombatant  və  ya  hərbi 
əsir statusuna malik deyillər və beynəlxalq hüquq normaları 
189 


tərəfindən müdafiə olunmurlar. I Əlavə Protokolun 47-ci maddəsinə görə, 
muzdlu o şəxs sayılır ki: 
a)
 
silahlı  münaqişədə  vuruşmaq  məqsədilə  xüsusi  olaraq  cəlb 
edilmişdir; 
b)
 
hərbi əməliyyatlarda faktik olaraq bilavasitə iştirak edir
e)
 
əsasən,  şəxsi  qazanc  əldə  etmək  arzusu  ilə  hərbi  əməliyyatlarda 
bilavasitə iştirak edir; 
d)
 
nə  münaqişədə  olan  tərəfin  vətəndaşı,  nə  də  münaqişədə  olan 
tərəfin öz nəzarəti altında saxladığı ərazidə daimi yaşayan şəxs deyildir; 
e)
 
münaqişənin  tərəfi  olmayan  dövlət  tərəfindən,  onun  silahlı 
qüvvələrinin tərkibinə daxil olan şəxs kimi rəsmi vəzifələr yerinə yetirmək 
üçün göndərilməmişdir. 
Mülki şəxslər və kombalantlar arasında mövcud  olan fərqli cəhətlər 
bunlardır: 
/. 
Davranış: 
1)
 
mülki şəxs döyüş əməliyyatlarında iştirak etmir; 
2)
 
kombatant döyüş əməliyyatlarında iştirak edir. 
//. 
Hüquqları: 
1) əlinə silah götürmək və onu düşmənə qarşı işlətmək hüququ yoxdur; 
1) beynəlxalq humanitar hüququn müddəaları çərçivəsində öldürmək 
hüququ var. 
III.
 
Məsuliyyət: 
1)
 
təkcə əlinə silah götürdüyünə görə məsuliyyətə və cəzaya məruz 
qala bilər; 
2)
 
hərbi əməliyyatlarda iştirak etməsinə və humanitar hüquqa uyğun 
silah tətbiq etməsinə görə təqibə məruz qala bilməz. 
IV.
 
Hücumlardan müdafiə: 
1)
 
onu hücuma məruz qoymaq qadağandır; 
2)
 
onu hücuma məruz qoymaq olar, o, hərbi hədəfdir. 
V.
 
Düşmən tərəfdən rəftar necə olmalıdır: 
1)
 
beynəlxalq  humanitar  hüquq  ona  hörmət  etməyi  və  istənilən 
şəraitdə onunla humanist rəftar etməyi tələb edir; 
2)
 
əsir götürüldükdə, hərbi əsir statusuna malik olur. 
190 


7.
 
Döyüş aparılmasının qadağan edilmiş 
metod və vasitələri 
Beynəlxalq humanitar hüquq («Haaqa hüququ») döyüş aparılmasının 
aşağıdakı metod və vasitələrini qadağan edir: 
qadağan olunmuş metodlar: 
a)
 
düşmən qoşunlanna mənsub olan şəxsləri xaincəsinə öldürmək və 
ya yaralamaq
b)
 
milli  və  beynəlxalq  emblem,  siqnal  və  bayraqların  təyinatı  üzrə 
istifadə edilməməsi; 
c)
 
işgəncələr, xəyanət, soyqırım, aparteid və girov götürmənin tətbiq 
edilməsi
ç) parlamentyoru və onu müşayiət edən şəxsləri öldürmək; 
d)
 
şəhər  və  ya  digər  yerlərin  talana  verilməsi,  yerli  əhaliyə 
münasibətdə terrora əl atılması, əhali arasında aclıqdan istifadə edilməsi; 
e)
 
sanitar  müəssisələrinin,  hospital  gəmilərinin  və  təyyarələrinin, 
sanitar işçilərinin hücuma məruz qalması, onlann bombardman edilməsi və 
ya məhv edilməsi; 
ə) düşmənin silahı yerə qoymuş və ya əsir kimi təslim olmuş şəxslərini 
öldürmək və ya yaralamaq; 
f)
 
düşmən  tərəfə  mənsub  olan  şəxsləri,  onlann  öz  ölkəsinə  qarşı 
yönəlmiş hərbi əməliyyatlarda iştiraka məcbur etmək
g)
 
sıradan çıxmış, eləcə də fəlakətə düçar olmuş uçuş aparatını tərk 
etmiş şəxslərə hücum etmək; 
ğ) hərbi zərurət hallanndan başqa, düşmən mülkiyyətinin tələf və ya 
zəbt edilməsi; 
h)
 
sahil  balıqçılıq  və  ya  yerli  dənizçilik  gəmilərinin,  hospital 
gəmilərinin, elmi və ya dini funksiyalar yerinə yetirən digər gəmilərin zəbt 
edilməsi; 
x) müdafiəsiz şəhərlərin, limanlann, kəndlərin və hərbi məqsədlər üçün 
istifadə olunmayan mənzillərin, tarixi abidələrin, məbədlərin, hospitalların 
bombardman edilməsi; 
ı)  heç  kimi  sağ  qoymamaq  haqqında  əmr  vermək  və  ya  bununla 
hədələmək, yaxud bu yönümdə hərbi əməliyyatlar aparmaq; 
191 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə