Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə59/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   114

kəmə  orqanı  kimi  fəaliyyət  göstərməsi  nəzərdə  tutulan  Afrika 
Məhkəməsinin əsasında bir məhkəmə orqanı təsis edilsin. Hazırda Afrika 
İttifaqının Nazirlər Şurası müvafiq layihəni nəzərdən keçirir. 
İnsan 
hüquqlarının 
müdafiəsi 
sahəsində 
qeyri-müqavilə
 
mexanizmlərinə  aşağıdakılar  aiddir:  BMT  sistemində  köməkçi  təsisatlar; 
İnsan  hüquqlan  üzrə  BMT  Ali  Komissan;  «1503  proseduru»;  tematik 
mexanizmlər və b. 
Bu  mexanizmlər  içərisində  ən  əhəmiyyətlisi 
BMT-nin  İnsan 
Hüquqlan Şurasıdır.
 
İnsan Hüquqları Şurası BMT sistemində Baş Məclisin köməkçi orqanı 
statusuna  malikdir.  O,  BMT  Baş  Məclisinin  2006-cı  il  15  mart  tarixli 
qətnaməsi  əsasında  keçmiş  İnsan  Hüquqları  Komissiyasının  əvəzində 
yaradılmışdır.  Şuranın  əsas  funksiyası  bütün  dövlətlərin  insan  hüquqları 
sahəsindəki  öhdəliklərini  yerinə  yetirmələrini  vaxtaşırı  yoxlamaqdan 
ibarətdir.  Şura  əvəz  etdiyi  İnsan  Hüquqları  Komissiyasının  ayrı-ayrı 
ölkələrdə  insan  hüquqlan  pozuntularını  müəyyənləşdirmək  və  ya  insan 
hüquqlan  ilə  bağlı  qlobal  məsələləri  öyrənmək  məqsədi  güdən  bütün 
prosedurlardan istifadə etməkdə davam edir. 
İnsan Hüquqları Şurası 47 üzv-dövlətdən ibarətdir. Şuraya üzv olmaq 
üçün  dövlət  «insan  hüquqlarının  təşviqi  və  müdafiəsində  ən  yüksək 
standartlara əməl etməlidin). 
Siyasi orqan olan İnsan Hüquqları Şurasının işinə yardım göstərmək, 
onun sorğusu əsasında tədqiqatlar aparmaq və rəylər hazırlamaq məqsədi ilə 
18 müstəqil ekspertdən ibarət 
Məsləhətçi komitə
 yaradılmışdır. Bu orqan 
İnsan hüquqlannm təşviqi və müdafiəsi üzrə Altkomissiyam əvəz etmişdir. 
Komitənin  üzvləri  üç  il  müddətinə  seçilir  və  onlar  bir  dəfə  təkrar  seçilə 
bilərlər. 
1993-cü ildə BMT Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli 48/141 
nömrəli  qətnaməsi  ilə  İnsan  hüquqlan  üzrə 
BMT-nin  Ali  Komissarı
 
institutu təsis edilmişdir. Ali Komissar BMT-nin Baş Katibi tərəfindən 4 il 
müddətinə  təyin  olunur.  İnsan  hüquqlan  sahəsində  BMT-nin  fəaliyyətinə 
görə  başlıca  məsuliyyət  onun  üzərinə  qoyulmuşdur.  Ali  Komissar  insan 
hüquqlan sahəsində təbliğat və təhsil proqramlannı əlaqələndirir, dövlətlərə 
konsultativ xid 
180 


mətlər  təklif  edir,  onlara  müvafiq  problemlərin  həlli  ilə  bağlı  maliyyə 
yardımı göstərir və s. 
«1503  prosedurm
  öz  adını  EKOSOK-un  1970-ci  il  27  may  tarixli 
1503 nömrəli qətnaməsindən götürmüşdür. Bu, kifayət qədər geniş istifadə 
olunan fərdi şikayət prosedurudur. Göstərilən qətnaməyə əsasən, BMT-nin 
İnsan  Hüquqları  Şurasına  səlahiyyət  verilir  ki,  insan  hüquqlarının 
sistematik və kütləvi pozuntuları haqqında şəxslərdən, şəxslər qrupundan 
və  qeyri-hökumət  təşkilatlanndan  şikayətlər  (daha  doğrusu,  məlumatlar  - 
communieations)  alsın  və  lazım  gəldikdə,  onları  Şuranın  sessiyalarında 
müzakirəyə çıxarsın. Bu məlumatlar heç də pozuntunun qurbanı tərəfindən 
deyil, istənilən fərd və ya təşkilat tərəfindən təqdim oluna bilər (Amerika- 
arası və Afiika komissiyalannda olduğu kimi). İnsan Hüquqları Şurasının 
illik  sessiyalarının  gündəliyinə,  adətən,  konkret  ölkələrdə  olan  situasiya 
(yalnız 
sistematik
  və 
kütləvi
  pozuntularla  bağlı)  ayrıca  bənd  kimi  daxil 
edilir. 
Tematik  mexanizmlər
  dedikdə,  konkret  insan  hüquqlannın  praktik 
problemlərini  və  ya  ayrı-ayrı  ölkələrdə  insan  hüquqlarının  vəziyyətini 
öyrənmək məqsədi ilə BMT İnsan Hüquqları Şurası tərəfindən təyin olunan 
xüsusi  məruzəçilər
  və  yaxud 
işçi  qrupları
  başa  düşülür.  Xüsusi 
məruzəçilər  və  işçi  qruplan  öz  vəzifələrini  yerinə  yetirərkən,  adətən, 
müxtəlif mənbələrdən məlumat alırlar. Dövlətin razılığı ilə onlar yerlərdə 
təhqiqat  apara  bilərlər.  Öz  tədqiqat  və  ya  təhqiqatlannm  nəticələrini 
müvafiq tövsiyələrlə birgə məruzə şəklində onlar İnsan Hüquqları Şurasına 
təqdim edirlər. 
181 


XVI
 FƏSIL
 
BEYNƏLXALQ HUMANİTAR HÜQUQ 
1.
 
Beynəlxalq humanitar hüququn 
anlayışı və mənbələri 
Beynəlxalq humanitar hüquq - silahh münaqişələr zamanı tətbiq 
olunan,  döyüş  aparılmasının  müəyyən  üsul  və  metodlarının  tətbiqini 
qadağan  edən  və  ya  məhdudlaşdıran  və  silahh  münaqişə  dövründə 
fərdin  hüquqlarının  qorunmasına  yönəlmiş  bcynəlxalq-hüquqi 
normaların məcmusuna deyUir. 
«Beynəlxalq  humanitar  hüquq»  görkəmli  alim 
Jan  Pikte
  tərəfindən 
beynəlxalq-hüquqi  leksikona  daxil  edilmiş  nisbətən  yeni  termindir. 
Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif mənbələrdə müxtəlif cür 
adlandırılır: «silahlı münaqişələr dövründə tətbiq edilən hüquq»; «müharibə 
hüququ» («jus in bello»); «silahlı münaqişələr hüququ»; «müharibə qanun 
və adətləri» və s. 
Xüsusi  vurğulamaq  lazımdır  ki,  beynəlxalq  humanitar  hüquq 
müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir 
və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, - onun 
xarakterindən  və  başlama  səbəblərindən  asılı  olmayaraq,  -  müəyyən 
normativ  çərçivəyə  salmağa  can  atır.  Bundan  irəli  gələrək,  beynəlxalq 
humanitar hüququn iki başlıca 
məqsədini
 göstərmək olar: 
1.
 
Kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi 
qulluqçuları  müdafiə  etmək  və  onlarla  humanist  rəftan  təmin  etmək.  Bu 
məqsədi  beynəlxalq  humanitar  hüququn  bir  hissəsi  olan 
((Cenevrə 
hüququ»
  həyata  keçirir.  «Cenevrə  hüququ»  termini,  əsas  etibarilə, 
Müharibə  qurbanlannm  müdafiəsinə  dair  1949-cu  il  Cenevrə 
Konvensiyalanna istinad edilərək götürülmüşdür. 
182 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə