Yaradılması əsasına göro institusional mcxanizmlor
müqavilə
və
qeyri-müqavilə mexanizmlərinə
bölünür.
Müqavilə mexanizmləri
beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuşdur. Bu mexanizmlər, bir qayda olaraq, aşağıdakı səlahiyyətlərə
malik olur: a) dövlətlərin müvafiq müqavilədən irəli gələn öhdəliklərinin
yerinə yetirilməsi haqqında məruzələrinin dinlənil- məsi; b) yerlərdə ümumi
situasiyanın öyrənilməsi və ya konkret problemin həlli ilə bağlı təhqiqatlann
apanlması; v) insan hüquqla- nnın pozulmasını iddia edən fərdi və ya
dövlətlərarası şikayətlərə baxılması.
Universal səviyyədə mövcud olan müqavilə mexanizmləri
aşağıdakılardır:
İnsan hüquqları komitəsi: İrqi ayrı-seçkiliyin ləğvi üzrə
komitə; İşgəncə əleyhinə komitə; İşgəncənin qarşısının alınması üzrə
Altkomitə; Qadınlara qarşı irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə: Bütün
miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə
Komitə; Uşaq hüquqları komitəsi; Üçlər qrupu; Əlillərin hüquqları üzrə
Komitə; Məcburi yoxa çıxmalar üzrə Komitə.
Buraya habelə İqtisadi,
sosial və mədəni hüquqlar haqqında Paktın yerinə yetirilməsinə nəzarət
edən, amma əslində Paktın əsasında deyil, EKOSOK-un qətnaməsinə uyğun
olaraq 1985-ci ildə təsis olunmuş
İqtisadi, sosial və mədəni hüquqlar üzrə
komitəni,
Beynəlxalq Əmək Təşkilatı və YUNESKO çərçivəsində fəaliyyət
göstərən insan hüquqlannm müdafiəsi mexanizmlərini əlavə etmək olar.
Yuxarıda sadalanan orqanlardan ilk beşi fərdi və dövlətlərarası şikayətlərə
baxmaq səlahiyyətinə malikdir.
İnsan hüquqları komitəsi
Vətəndaş və siyasi hüquqlar haqqında
Paktın 28-ci maddəsi əsasında yaradılmışdır. Komitə Paktın iştirakçıları
tərəfindən 4 il müddətinə seçilən, amma öz dövlətlərini təmsil etməyən 18
ekspertdən ibarətdir. Paktın 40-cı maddəsinə görə. Komitə işirakçı
dövlətlərdən öz öhdəliklərini yerinə yetirməkləri barədə vaxtaşın (5 ildən
bir) məruzələr alır və bu məruzələrlə bağlı öz irad və tövsiyələrini irəli
sürür.
Paktın 41-ci maddəsinə müvafiq olaraq, İnsan hüquqlan komitəsi bir
iştirakçı dövlətin digər iştirakçı dövlətə qarşı verdiyi və həmin dövlətin
Paktdan irəli gələn öhdəliklərini pozduğunu iddia edən şikayətə baxmaq
səlahiyyəti vardır.
Lakin bu prosedurdan
171
yalnız onu qəbul edən, yəni 41-ci maddənin əsasmda xüsusi bəyanat təqdim
edən dövlətlər istifadə edə bilərlər. Pakta görə, belə bir şikayəti qəbul edən
Komitə əwəleə vasitəçilik cəhdi edir, bir nəticə hasil olmadıqda isə, o,
tərəflərin razılığı ilə məsələni
ad hoc
razılaşma komissiyasına göndərə
bilər. Komitənin axır mərhələdə çıxardığı qərar məcburi xarakter daşımır.
Qeyd edək ki, siyasi mülahizələr ucbatından dövlətlərarası şikayət
proseduru bir dəfə də olsun istifadə olunmamışdır.
İnsan hüquqları komitəsinin daha bir səlahiyyəti 1966-cı ildə qəbul
olunmuş
Fakültativ Protokolla
müəyyən olunmuşdur. Protokolun 1-ci
maddəsinə görə. Komitə özünü Paktda təsbit olunmuş hər hansı bir
hüququn qurbanı hesab edən şəxsdən müvafiq dövlətə qarşı şikayət qəbul
edə bilər və ona baxa bilər. Protokolun adından göründüyü kimi, fərdi
şikayət proseduru məcburi deyildir və
0
, yalnız Protokolu ratifikasiya etmiş
Paktın iştirakçılanna (hazırda - 110 dövlət) şamil edilir. Şübhəsiz ki, İnsan
hüquqlan komitəsinin yuxanda göstərilmiş ilk iki səlahİ
30
^ətinə nisbətən,
fərdi şikayət proseduru daha əhəmiyyətli və daha səmərəlidir. Şəxsin onun
hüququnu pozan dövlətə qarşı çıxış edə bilməsi və beynəlxalq səviyyəyə
çıxması dövlət üzərində mühüm nəzarət vasitəsidir. Komitənin fərdi
şikayəti qəbul etməsi üçün müə
5
^ən şərtlər mövcuddur: a) şəxs yalnız
dövlətdə olan bütün səmərəli hüquq müdafiə vasitələrindən (məsələn, bütün
məhkəmə instan- siyalanndan) istifadə etdikdən və müsbət nəticə əldə
etmədikdən sonra şikayət vermək hüququ qazanır; əks halda ərizə baxılmaq
üçün qəbul edilməyəcəkdir; b) dövlətdaxili orqanın çıxardığı qəti qərardan
sonra altı aydan artıq müddət keçməməlidir; c) ərizə anonim olmamalıdır;
ç) ərizə abstrakt olmamalıdır: şəxs Paktın konkret maddəsinin pozulması
nəticəsində bilavasitə ona zərər dəydiyini göstərməlidir və s. Adətən,
Komitədə ərizəyə baxılması, daha doğrusu, ərizə verildiyi andan Komitə öz
qərannı çıxarana qədər xeyli müddət çəkir (bəzən 5-6 il).
Dövlət tərəfindən
insan hüquqlanmn pozulduğunu müəyyən etdiyi hallarda Komitə onun
qarşısında aşağıdakı tələbləri qoya bilər: hüquqa zidd əməlin
dayandıniması; bu cür pozuntuları gələcəkdə təkrar etməmək barədə
təminat verilməsi; əvvəlki vəziyyətin (status quo ante-nin)
172
bərpa edilməsi (məsələn, qanunsuz həbsdə saxlanılan şəxsin buraxdın
İması; əmlakın iddiaçıya geri qaytarılması və s.); şəxsə dəyən zərərin
ödənilməsi və s.
Lakin İnsan hüquqları komitəsinin çıxardığı qərarlar
hüquqi cəhətdən məcburi deyildir.
Dövlət bu qəran yerinə yetirməyə də
bilər və təəssüf ki, praktikada belə hallar az deyildir; bu halda həmin dövlətə
qarşı Komitənin elə bir səmərəli tədbir görmək imkanı yoxdur. Bununla
belə, əksər qərarlar dövlətlər tərəfindən icra olunur, gələcəkdə belə
pozuntulara yol verməmək üçün lazımi qanunvericilik, inzibati, təşkilati və
s. tədbirlər görülür.
İşgəncə əleyhinə komitə
İşgəncə və qəddar, qeyri-insani və ya
ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 1984-cü il Konvensiyasının
əsasında (17-ci maddə) təsis olunmuşdur. Konvensiyanın iştirakçı dövlətləri
tərəfindən 2 il müddətinə seçilən 10 ekspertdən ibarətdir. Dövlətlərin
vaxtaşırı məruzələrini qəbul etmək və insan hüquqlarının pozulması hallan
ilə bağlı fərdi və dövlətlərarası şikayətlərə baxmaqla yanaşı, İşgəncə
əleyhinə komitəyə daha bir səlahiyyət verilmişdir; belə ki, dövlətin
ərazisində sistematik işgəncə tətbiq olunduğu barədə əsaslı məlumat
aldıqda, o öz üzvlərindən birini və ya bir neçəsini konfıdensial təhqiqat
aparmaq üçün (dövlətin razılığı olduqda, habelə onun ərazisində) təyin edə
bilər və bu təhqiqatın
nəticələrinə uyğun olaraq,
dövlətə müvafiq tövsiyələr
verə bilər.
2002-ci il dekabnn 18-də İşgəncə əleyhinə Konvensiyaya Fakültativ
Protokol qəbul olunmuşdur. Hazırda 61 dövlətin iştirakçısı olduğu Protokol
2006-cı il iyunun 22-də qüvvəyə minmişdir. Protokol əsasında yeni bir
orqan -
İşgəncənin qarşısının alınması üzrə Altkomitə
yaradılmışdır.
Altkomitə Avropa Şurası çərçivəsində fəaliyyət göstərən
İşgəncənin
va
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının
alınması üzrə Avropa komitəsinin
universal səviyyədə analoqu kimi
nəzərdə tutulmuşdur. O, Protokolun iştirakçı dövlətlərinə mütəmadi əsasda
səfərlər edir və orada azadlıqdan məhrum edilmiş şəxslərin saxlandığı
yerləri müayinə edir. Hazırda 25 ekspertdən ibarət olan Komitə 2007-ci ilin
fevralında öz fəaliyyətinə başlamışdır.
173