Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə58/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   114

irəli  sürülə  bilər.  Məhkəmə  fərdi  şikayətləri  yalnız  müəyyən  şərtlər 
daxilində öz icraatına qəbul edə bilər: a) bütün dövlətdaxili hüquq müdafiə 
vasitələri  tükəndikdən  sonra;  b)  müvafiq  dövlətdaxili  orqanın  qəti  qəran 
qəbul edildiyi tarixdən altı ay ərzində; e) ərizə anonim olmadıqda; ç) ərizə 
Məhkəmə tərəfindən artıq baxılmış şikayət ilə mahiyyətcə eyni olmadıqda 
və ya digər beynəlxalq orqan tərəfindən baxılmamış olduqda və s. 
Avropa  İnsan  Hüquqlan  Konvensiyasının  41-ci  maddəsinə  uyğun 
olaraq,  dövlət  tərəfindən  Konvensiyada  nəzərdə  tutulan  hər  hansı  insan 
hüququnun pozulduğunu aşkar etdikdə, Məhkəmə öz qəran ilə zərərçəkmiş 
tərəfə  «ədalətli  satisfaksiya»  təqdim  edir.  Bu,  əsasən,  o  deməkdir  ki, 
Məhkəmə dövlətin üzərinə şəxsə dəymiş maddi və ya mənəvi zərəri ödəmək 
vəzifəsini  qoya  bilər.  Lakin  Məhkəmə  dövlətin  üzərinə  belə  bir  vəzifə 
qoymaya  da  bilər;  məsələn,  bəzi  hallarda  fərdin  hüququnun  pozulması 
faktının Məhkəmə tərəfindən bəyan edilməsinin özü «ədalətli satisfak- siya» 
hesab olunur. Qeyd edək  ki, Avropa  İnsan Hüquqlan Məhkəməsi dövlətə 
müəyyən qanunu və ya inzibati aktı dəyişmək və ya onu ləğv etmək, habelə 
hər  hansı  məhkəmə  qərannı  ləğv  etmək  göstərişi  verə  bilməz.  Lakin 
praktikada  dövlətlər  gələcəkdə  analoji  pozuntulara  yol  verməmək  üçün 
özləri bu cür qanun və ya qərar- lan dəyişdirir və ya ləğv edirlər. 
Məhkəmənin  iş  üzrə  çıxardığı  qərar  qətidir  və  dövlətlər  onu  icra 
etməlidirlər. Qərarlann icrası üzərində nəzarəti Avropa Şurasının Nazirlər 
Komitəsi həyata keçirir. 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  insan  hüquqlarının  bey- 
nəlxalq-hüquqi  müdafiəsinə,  insan  hüquqlarının  düzgün  təfsirinə 
əhəmiyyətli  töhfə  vermişdir.  Formal  olaraq  presedent  sayılmasa  da,  bu 
qərarlara  həm  Məhkəmənin  Ö
2
üinün  və  digər  müvafiq  beynəlxalq 
orqanlann, həm də milli məhkəmələrin praktikasında bu və ya digər işlərin 
həllində geniş istinad edilir. 
İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın 
qarşısının alınması üzrə Avropa komitəsi
 
İşgəncənin və qeyri-insani və ya 
ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında 1987-ci il 
Avropa  Konvensiyasının  əsasında  yaradılmışdır.  Onun  üzvlərinin  sayı 
iştirakçı dövlətlərin sayına bəra 
177 


bərdir.  Komitənin  mühüm  xüsusiyyətlərindən  biri  ondan  ibarətdir  ki,  o, 
dövlətin razılığı olmadan
 onun ərazisində yerləşən polis məntəqələrində, 
penitensiar müəssisələrdə və ya digər azadlıqdan məhrum etmə yerlərində 
yoxlamalar apara bilər. Komitə iştirakçı dövlətlərin ərazisində vaxtaşırı və 
ad  hoc
  yoxlamalar  həyata  keçirir.  Yoxlamaların  nəticəsi  olaraq  Komitə 
məruzələr  hazırlayır  və  dövlətlərə  təqdim  edir.  Məruzələrdə  azadlıqdan 
məhrum  edilmiş  şəxslərlə  rəftarın  və  onlann  saxlanma  şəraitinin 
yaxşılaşdınlma- sına yönəlmiş tövsiyələr öz əksini tapır. 
Amerikaarası  İnsan  Hüquqları  Komissiyası  və  Amerikaarası  İnsan 
Hüquqları Məhkəməsi
 
Amerikaarası İnsan Hüquqlan Komissiyası 1959-cu 
ildə Amerika Dövlətləri Təşkilatının (ADT) orqanlarından birinin -- Xarici 
işlər  nazirlərinin  Məsləhət  görüşünün  qətnaməsi  əsasında  yaradılmışdır. 
Lakin  1967-ci  ildə  ADT-nin  Nizamnaməsinə  edilmiş  dəyişikliklə  o. 
Təşkilatın  müstəqil  orqanına  çevrildi.  Komissiyaya  insan  hüquqlarının 
müdafiəsinə dəstək vermək və bu məsələlərdə Təşkilatın məsləhətçi orqanı 
kimi  çıxış  etmək  funksiyası  həvalə  olundu.  1969-cu  ildə  qəbul  edilmiş 
Amerika  İnsan  Hüquqlan  Konvensiyasında  Komissiyanın  səlahiyyətləri 
genişləndirildi:  insan  hüquqlan  sahəsində  tədqiqatlar  aparmaq;  insan 
hüquqlanna aid tədbirlər barədə dövlətlərdən zəruri məlumat xahiş etmək; 
dövlətlərin razılığı və ya dəvəti ilə yerlərdə təhqiqatlar aparmaq və nəhayət, 
fərdi  və  dövlətlərarası  şikayətlərə  baxmaq.  Komissiya  ADT-nin  Baş 
Məclisi  tərəfindən  dörd  il  müddətinə  seçilən  7  üzvdən  ibarətdir.  Fərdi 
şikayətlər  üzrə  Komissiya  məruzə  hazırlayır  və  zəruri  hesab  etdikdə,  işi 
Amerikaarası  Məhkəməyə  təqdim  edir.  O,  fərdin  hüququnu  pozmuş 
dövlətin  üzərinə  hər  hansı  vəzifə  (əvvəlki  vəziyyətin  bərpa  edilməsi, 
kompensasiya edilməsi və s.) qoymaq səlahiyyətinə malik deyildir. 
Amerikaarası  İnsan  Hüquqlan  Məhkəməsi,  Komissiyadan  fərqli 
olaraq,  bilavasitə  Amerika  İnsan  Hüquqlan  Konvensiyasmın  əsasında 
yaradılmışdır.  Onun  iki  əsas  fiınksiyası  vardır:  şikayətlərə  baxmaq  və 
Konvensiyanın müddəalarının təfsiri və tətbiqi ilə bağlı məsləhət xarakterli 
rəylər vermək. Məhkəmə altı il müddətinə seçilən yeddi hakimdən ibarətdir. 
Avropa Məhkəməsindən fərqli olaraq, fərdlərə Amerikaarası Məhkəməyə 
birbaşa müraciət etmək 
178 


hüququ  verilməmişdir  (yəni  onlar  Məhkəmə  qarşısında  locus  standi-  yə 
malik deyillər). Məhkəməyə yalnız Komissiya və Konvensiyanın iştirakçı 
dövlətləri  müraciət  edə  bilər.  Konvensiyanın  63-cü  maddəsinin  1-ci 
hissəsinə  uyğun  olaraq,  Məhkəmə  insan  hüququnun  pozulduğunu  aşkar 
etdikdə, müvafiq dövlətdən tələb edə bilər ki, pozuntunun bütün nəticələrini 
aradan qaldırsın və zərərçəkmiş tərəfə ədalətli kompensasiya təmin etsin. 
Məhkəmənin  çıxardığı  qərar  qətidir  və  müvafiq  dövlət  tərəfindən  icra 
olunmalıdır. 
İnsan  və  xalqların  hüquqları  üzrə  Afrika  komissiyası
  İnsan  və 
xalqların  hüquqlan  haqqında  1981-ci  il  Afrika  Xartiyasının  əsasında 
yaradılmışdır.  O  öz  fəaliyyətinə  1987-ci  ildən  başlamışdır.  Komissiya  11 
üzvdən  ibarətdir.  Onun  başlıca  funksiyası  Afrika  qitəsində  insan 
hüquqlannın müdafiəsinə dəstək verməkdir. Bununla yanaşı, Komissiyaya 
insan hüquqlannın pozulmasını iddia edən şikayətlərə baxmaq səlahiyyəti 
verilmişdir.  Komissiya  fərdlərdən  və  təşkilatlardan,  habelə  digər  iştirakçı 
dövlətlərdən  şikayətlər  qəbul  edə  bilər.  Fərdi  şikayət  proseduru, 
Amerikaarası  İnsan  Hüquqlan  Komissiyasında  olduğu  kimi,  burada  da 
məcburidir. Yenə də Amerikaarası sistemdə olduğu kimi, burada da ərizəçi 
təşkilat  və  ya  fərd  işdə  öz  marağını  göstərməyə  də  bilər  və  ona  görə  də 
üçüncü  şəxslərin  adından  da  Komissiyaya  şikayət  təqdim  edə  bilər. 
Komissiya,  əsas  etibarilə,  insan  hüquqlannın  pozulması  faktlannı  bəyan 
etməklə kifayətlənir. Lakin bir sıra hallarda o, dövlət qarşısında qanunsuz 
həbsdə  saxlanılan  şəxslərin  buraxdırılması,  Afrika  Xartiyasına  zidd  olan 
qanunların ləğv olunması və s. bu kimi məsələlər qoymuşdur. Komissiyanın 
çıxardığı qərarlar hüquqi baxımdan məcburi deyildir. 
1998-ci  il  iyunun  9-da  Afrika  birliyi  təşkilatının  dövlət  və  hökumət 
başçılannm  Assambleyasında  İnsan  və  xalqlann  hüquqları  üzrə  Afrika 
məhkəməsinin  yaradılması  haqqında  Afrika  Xartiyasına  Protokol  qəbul 
edilmişdir.  15  dövlət  tərəfindən  ratifikasiya  olunduqdan  sonra  Protokol 
2004-cü  il  yanvarın  25-də  qüvvəyə  minmişdir.  Lakin  Afrika  İttifaqı  bu 
məhkəmə  orqanının  yaradılmasını  məqsədəuyğun  saymamış  və  qərara 
gəlmişdir  ki,  İnsan  və  xalqlann  hüquqlan  üzrə  Afrika  məhkəməsinin  və 
Nizamnaməsi 2003-cü ilin iyununda qəbul olunmuş. Afrika İttifaqının əsas 
məh 
179 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə