Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə60/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   114

2.
 
Seçimsiz zorakılığın və artıq əzab-əziyyətin qarşısını almaq üçün, 
döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya 
qadağan  etmək.  Beynəlxalq  humanitar  hüququn  bu  məqsədin  həyata 
keçirilməsinə  yönəlmiş  hissəsi 
«Haaqa  hüququ»
  adlandınlır  (1899  və 
1907-ci  illərdə  Haaqa  sülh  konfranslarında  qəbul  olunmuş  müvafiq 
sənədlərə istinadən). 
Beynəlxalq humanitar hüquq, əsas etibarilə, müqaviləyə
 
söykənir. Bu 
sahədə aşağıdakı sazişləri göstərmək olar: 

 
Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında 
Sankt-Peterburq Bəyannaməsi (11 dekabr 1868); 

 
Asanlıqla  dönə  bilən  və  yastılanan  güllələrin  istifadə  olunmaması 
haqqmda Haaqa Bəyannaməsi (29 iyul 1899); 

 
Quru  müharibəsinin  qanun  və  adətləri  haqqında  IV  Haaqa 
Konvensiyası (Quru müharibəsinin qanun və adətləri haqqında Əsasnamə 
ilə birgə) - 18 oktyabr 1907; 

 
Boğucu, zəhərli və ya digər belə qazlann və bakterioloji vasitələrin 
müharibədə tətbiqinin qadağan olunması haqqında Cenevrə Protokolu (17 
iyun 1925); 

 
Soyqırım  einayətinin  qarşısının  alınması  və  cəzalandırılması 
haqqmda Konvensiya (9 dekabr 1948); 

 
Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensi- yalan 
(12 avqust 1949); 
-
 
Quruda  döyüşən  silahlı  qüvvələrdəki  yaralı  və  xəstələrin 
vəziyyətinin yaxşılaşdırılması haqqında Cenevrə Konvensiyası (I 
Konvensiya); 
-
 
Dənizdəki  silahlı  qüvvələrin  yaralı,  xəstə  və  gəmi  qəzasına 
uğramış  üzvlərinin  vəziyyətinin  yaxşılaşdıniması  haqqında 
Cenevrə Konvensiyası (II Konvensiya); 
-
 
Hərbi  əsirlərlə  rəftara  dair  Cenevrə  Konvensiyası  (III 
Konvensiya); 
-
 
Müharibə  zamanı  mülki  şəxslərin  müdafiəsinə  dair  Cenevrə 
Konvensiyası (IV Konvensiya); 

 
Silahlı  münaqişə  zamanı  mədəni  mülkiyyətin  qorunması  haqqında 
Haaqa Konvensiyası (14 may 1954); 

 
Bakterioloji  (bioloji)  və  zəhərli  (toksinli)  silahlann  işlənib 
hazırlanması, istehsal edilməsi və ehtiyat yığılmasının qadağan 
183 


olunması və onların məhv olunması haqqında Konvensiya (10 aprel 1972); 

 
Ətraf  mühiti  dəyişikliyə  uğradan  vasitələrdən  hərbi və  ya  istənilən 
digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 
Konvensiya (10 dekabr 1976); 

 
1949-cu  il  12  avqust  tarixli  Cenevrə  Konvensiyalanna  Əlavə 
Protokollar: 
-
 
Beynəlxalq  silahlı  münaqişə  qurbanlarının  müdafiəsinə  dair 
Protokol (1 Protokol) - 8 iyun 1977; 
-
 
Qeyri-beynəlxalq  xarakterli  silahlı  münaqişə  qurbanlanmn 
müdafiəsinə dair Protokol (II Protokol) - 8 iyun 1977; 

 
Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən 
müəyyən  adi  silah  növlərinin  istifadəsinə  qoyulan  qadağalar  və  ya 
məhdudiyyətlər haqqında Konvensiya (10 oktyabr 1980). 
Konvensiyaya 3 Protokol əlavə olunmuşdur: 
-
 
Aşkar edilməyən qəlpələr haqqında Protokol (I Protokol). 
-
 
Minalann, mina-tələlərin və digər qurğularm tətbiqinə qoyulan 
qadağalar və ya məhdudiyyətlər haqqmda Protokol (II Protokol). 
-
 
Yandırıcı  silahların  tətbiqinə  qoyulan  qadağalar  və 
məhdudiyyətlər haqqında Protokol (III Protokol); 

 
Kimyəvi  silahların  işlənib  hazırlanması,  istehsal  edilməsi,  ehtiyat 
yığılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv olunması 
haqqmda Konvensiya (1993). 
Sadalanmış  bu  beynəlxalq  müqavilələr  içərisində  beynəlxalq 
humanitar  hüquq  üçün  ən  əhəmiyyətlisi,  şübhəsiz  ki. 
Müharibə 
qurbanlarının  müdafiəsinə  dair  1949-cu  il  Cenevrə  Konvensiyaları 
və 
onlara 1977-ci il Əlavə Protokollarıdır. 
Beynəlxalq  humanitar  hüquqda  adət  normaları
 
da  əhəmiyyətli  rol 
oynayır.  Bu  normaların  əksər  hissəsi  ümumi  beynəlxalq  hüququn  bir 
hissəsidir və bütövlükdə beynəlxalq birlik tərəfindən jus cogcns normaları 
kimi  tanınmışdır.  Bu  cür  normalar,  yuxarıda  göstərilən  hər  hansı 
konvensiyanın iştirakçısı olub-olmadığından asılı olmayaraq, dünyanın hər 
bir dövləti üçün məcburidir. 
Məsələn,  Yuqoslaviya  tribunalı 
Duşko  Tadiç  işində
  (1995)  qeyd 
etmişdir ki, daxili silahlı münaqişələr dövründə müharibə 
184 


qurbanları ilə rəftara aid normalar mövcud beynəlxalq adət hüququnun bir 
hissəsi kimi hamılıqla tanınmışdır. 
Bundan  əlavə,  bir  mühüm  məqamı  qeyd  etmək  lazımdır  ki,  pozitiv 
hüquq  normalarının  əhatə  etmədiyi  hallarda,  «mülki  əhali  və  vuruşan 
qüvvələr... insanlıq qanunlarının və ictimai şüurun tələblərinin... mühafizəsi 
altında qalırlan>. Bu prinsip, 1899-cu ildə onu irəli sürmüş alimin soyadına 
istinadən 
Martens  klauzulası 
(qeyd-şərti)
 
kimi  məşhurdur  və  IV  Haaqa 
Konvensiyasında və 1 Əlavə Protokolda öz əksini tapmışdır. 
2.
 
Beynəlxalq humanitar hüququn tətbiq sferası 
Beynəlxalq  humanitar  hüquq 
yalnız  silahlı  münaqişə  zamanı 
və 
istənilən  silahlı  münaqişə  zamanı
  tətbiq  olunur.  Buna  görə  də  silahlı 
münaqişəyə nəyin aid edildiyini bilmək olduqca zəruridir. 
Beynəlxalq humanitar hüququn əsas tətbiq sferası  beynəlxalq silahlı 
münaqişələrdir.
 
Belə  ki,  1949-cu  il  Cenevrə  Konvensiyala-  nnın  1977-ci 
ildə qəbul olunmuş Əlavə Protokollarla bir yerdə cəmisi 20 müddəası əgər 
daxili  silahlı  münaqişələrə  aiddirsə,  500-ə  yaxın  maddəsi  beynəlxalq 
müharibələrə  həsr  olunmuşdur.  Beynəlxalq  silahlı  münaqişƏf  — 
müharibənin  elan  olunub-olunmamasından,  xarakterindən  və  tərəflərin 
müharibə vəziyyətini tanıyıb-tanımamasın- dan asılı olmayaraq, - iki və ya 
daha  artıq  dövlət  arasında  baş  verən  silahlı  hərbi  münaqişə  kimi  başa 
düşülür. 
Cenevrə  Konvensiyaları  üçün  ümumi  olan  2-ci  maddədə  deyilir: 
«Dinc dövrdə qüvvəyə minməli olan müddəalardan başqa, bu Konvensiya 
iki və ya daha artıq Razılığa gələn Yüksək Tərəflər arasında meydana çıxan 
elan  olunmuş  müharibə  və  ya  istənilən  digər  silahlı  münaqişə  zamanı,  - 
həmin Tərəflərdən biri müharibə vəziyyətini tanımadığı halda belə, - tətbiq 
olunur.  Konvensiya  habelə  Razılığa  gələn  Yüksək  Tərəfin  ərazisinin 
bütövlükdə və ya qismən işğal olunduğu bütün hallarda ~ bu işğal heç bir 
silahlı müqavimətə rast gəlmədikdə belə - tətbiq olunur». 
185 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə