Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə57/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   114

irqi  ayrı-seçkiliyin  ləğvi  üzrə  komitə
 
İrqi  ayn-seçkiliyin  bütün 
formalannm ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq Konvensiyasının 
əsasında  yaradılmışdır.  O,  iştirakçı  dövlətlər  tərəfindən  seçilən  18 
ekspertdən ibarətdir. Komitənin səlahiyyətləri İnsan hüquqları komitəsinin 
səlahiyyətləri ilə üst-üstə düşür. Mühüm fərq ondan ibarətdir ki, 1965-ci il 
Konvensiyasında  nəzərdə  tutulmuş  dövlətlərarası  şikayət  proseduru 
məcburi  xarakter  daşıyır.  Bu  o  deməkdir  ki.  Komitənin  müvafiq 
səlahiyyətini  tanımaq  barədə  heç  bir  ilkin  bəyanat  vermədən  istənilən 
iştirakçı dövlət, öz ərazisində irqi ayn-seçkiliyə yol verən başqa bir iştirakçı 
dövlətə qarşı Komitəyə ərizə ilə müraciət edə bilər. 
Qadınlara  qarşı  ayrı-seçkiliyin  ləğv  edilməsi  üzrə  komitə
 
Qadınlara 
qarşı ayn-seçkiliyin bütün formalannm ləğv edilməsi haqqında 1979-cu il 
Konvensiyasına  (17-ci  maddə)  müvafiq  olaraq  təsis  olunmuşdur. 
Konvensiyanın  iştirakçı  dövlətləri  tərəfindən  4  il  müddətinə  seçilən  23 
ekspertdən  ibarətdir.  Komitə  qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün 
məsələlərini  nəzərdən  keçirir,  müxtəlif  təşkilatlardan  və  ya  ayrı-ayrı 
fərdlərdən daxil olan müraciətlərə baxır və burada göstrilən problemlərin 
həllində  dövlətlərlə  əməkdaşlıq  edir.  Bundan  əlavə,  1999-cu  il  oktyabrın 
6-da  qəbul  olunmuş  Fakültativ  Protokolla  Komitəyə  Konvensiyada  təsbit 
olunmuş  hüquqların  pozulması  ilə  bağlı  fərdi  şikayətlərə  baxmaq 
səlahiyyəti  verilmişdir.  Azərbaycan  Respublikası  bu  Protokolun 
iştirakçısıdır. 
Uşaq  hüquqları  komitəsi
 
Uşaq  hüquqlan  haqqında  1989-cu  il 
Konvensiyasının  43-cü  maddəsi  əsasında  yaradılmışdır.  Konvensiyanın 
iştirakçı dövlətləri tərəfindən 4 il müddətinə seçilən 10 ekspertdən ibarətdir. 
Başlıca  səlahiyyəti  Konvensiyada  iştirak  edən  dövlətlərin  vaxtaşırı 
məruzələrinə  baxmaqdan  ibarətdir.  Komitə  habelə  müxtəlif  ölkələrdə 
uşaqlann  vəziyyəti  barədə  məlumat  toplayır  və  təhlil  edir,  müvafiq 
tövsiyələr işləyib hazırlayır. 
İqtisadi,  sosial  və  mədəni  hüquqlar  üzrə  komitə
 
İqtisadi,  sosial  və 
mədəni  hüquqlar  haqqında  Paktın  iştirakçı  dövlətlərinin  təqdimatı  ilə 
EKOSOK tərəfindən seçilən 18 ekspertdən ibarətdir. Komitə dövlətlərdən 
Paktın  həyata  keçirilməsi  barədə  vaxtaşın  məruzələr  alır,  habelə  Paktın 
ayrı-ayn müddəaları ilə bağlı mühüm əhəmiyyət kəsb edən Ümumi Şərhlər 
(General Comments) verir. 
174 


Başlıca  monitorinq  mexanizmi  kimi  məruzo  etmə  habelə  Bütün 
miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlannın müdafiəsi haqqında 
1990-cı  il  Beynəlxalq  Konvensiyasında  nəzərdə  tutulmuşdur.  Konvensiya 
2003-cü ilin iyulun 1-də qüvvəyə minmişdir. Konvensiyanın əsasında Bütün 
miqrant  işçilərin  və  onların  ailə  üzvlərinin  hüquqlarının  müdafiəsi  üzrə 
Komitə
 
yaradılmışdır.  Komitə  hazırda  Konvensiyanın  iştirakçı  dövlətləri 
tərəfindən  dörd  il  müddətinə  seçilən,  şəxsi  keyfiyyətdə  çıxış  edən  14 
ekspertdən ibarətdir. Konvensiyaya görə, iştirakçı dövlətlər Konvensiyanın 
iştirakçısı olduqlan andan sonra bir il ərzində, sonralar isə hər beş ildən bir 
məruzələr təqdim etməlidirlər. Komitə tərəfindən baxılana qədər məruzələr 
müvafiq  qeydlər  alınması  üçün  Beynəlxalq  Əmək  Təşkilatına  təqdim 
olunmalıdır.  Komitə  habelə  BMT-nin  ixtisaslaşdınimış  təsisatlannı, 
hökumətlərarası  təşkilatları  və  digər  maraqlı  tərəfləri  (qeyri-hökumət 
təşkilatları da daxil olmaqla) ona yazılı məlumat verməyə dəvət edə bilər. 
Komitənin  BMT  Baş  Məclisinə  onun  «mülahizə  və  tövsiyələrini»  əks 
etdirən illik məruzələr təqdim edir. 
Bütün  miqrant  işçilərin  və  onlann  ailə  üzvlərinin  hüquqlarının 
müdafiəsi haqqında Konvensiyada nəzərdə tutulmuş fərdi şikayət proseduru 
Konvensiyanın  77-ci  maddəsinə  əsasən  10  dövlət  tərəfindən  tanındıqdan 
sonra  (hazırda  cəmi  iki  dövlət  bu  proseduru  tanımışdır)  Komitə  iştirakçı 
dövlətlərin  vaxtaşırı  məruzələrinə  baxmaqla  yanaşı,  habelə  fərdi  və 
dövlətlərarası şikayətlər qəbul etmək səlahiyyətini həyata keçirəcəkdir. 
Üçlər  qrupu
 
Aparteid  cinayətinin  qarşısının  alınması  və 
cəzalandırılması  haqqında 1973-cü  il  Beynəlxalq Konvensiyasının  həyata 
keçirilməsinə nəzarət edir. 
Əlillərin hüquqları üzrə Komitə
 
Əlillərin hüquqlan haqqında 2006-cı il 
Konvensiyasının həyata keçirilməsinə nəzarət edən, 18 müstəqil ekspertdən 
ibarət  orqandır.  Komitə  Konvensiyaya  iştirakçı  olan  dövlətlərin  təqdim 
etdikləri  məruzələri  yoxlamaq  və  həmin  məruzələr  üzrə  təklif  və  ümumi 
tövsiyələr  vermək,  habelə  Konvensiyanın  Fakültativ  Protokoluna  əsasən 
fərdi şikayətlərə baxmaq səlahiyyətinə malikdir. 
175 


Məcburi yoxaçıxmalar
 .. 
*'*ı7a Bütün şəxslərin məcburi 
yoxaçıxmalardan 
müdafiəsi 
haqqında 
2006-cı 
il 
Beynəlxalq 
Konvensiyasının həyata keçirilməsinə nəzarət etmək üçün yenicə yaradılan 
qurumdur.  Komitə  10  ekspertdən  ibarət  təşkil  olunmuşdur.  O, 
Konvensiyaya iştirakçı olan dövlətlərdən məruzələr qəbul etmək  və fərdi 
şikayətlərə baxmaq səlahiyyətinə malikdir. 
Regional  səviyyədə  mövcud  olan  müqavilə  mexanizmlərinə 
aşağıdakılar  daxildir; 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi;  Ameri- 
kaarası İnsan Hüquqları Komissiyası və Amerikaarası İnsan Hüquqları 
Məhkəməsi;  İnsan  və  xalqların  hüquqları  üzrə  Afrika  komissiyası; 
İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın 
qarşısının alınması üzrə Avropa komitəsi
 və b.
 
Avropa İnsan Hüquqları Məhkəməsi
 1998-ci il noyabnn 1-ə qədər, 
yəni  11  saylı  Protokolun  qüvvəyə  minməsinə  qədər  Avropa  İnsan 
Hüquqları Məhkəməsi ilə yanaşı daha bir orqan - Avropa İnsan Hüquqları 
Komissiyası da mövcud idi. Göstərilən andan isə daimi və vahid orqan kimi 
Avropa  İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir. Qeyd edək  ki, bu 
məhkəmə insan hüquqlannm müdafiəsi sahəsində mövcud olan beynəlxalq 
mexanizmlərin ən səmərəlisidir. O, insan hüquqlarının pozulması ilə bağlı 
şikayətlərə baxan və fərdin bilavasitə beynəlxalq məhkəməyə müraciətini 
təmin edən ilk beynəlxalq məhkəmə orqanıdır. 
Avropa  İnsan  Hüquqlan  Konvensiyasının  19-cu  maddəsinə  görə, 
dövlətlərin bu Konvensiyada və Protokollarda təsbit olunmuş öhdəliklərini 
yerinə yetirməsini təmin elmək üçün Avropa İnsan Hüquqları Məhkəməsi 
yaradılır. Məhkəmənin tərkibinə daxil olan hakimlərin sayı Konvensiyanın 
iştirakçı  dövlətlərinin  sayına  bərabərdir;  lakin  onlann  içərisində  eyni 
dövlətin bir nəfərdən artıq vətəndaşı ola bilməz. Hakimlər öz dövlətlərini 
təmsil  etmirlər.  Onlar  Parlament  Assambleyası  tərəfindən  Avropa  Şurası 
üzvlərinin  irəli  sürdüyü  şəxslərin  siyahısından  səs  çoxluğu  ilə  seçilir. 
Hakimlər altı il müddətinə seçilirlər. Onlar yenidən seçilə bilərlər. 70 yaşına 
çatdıqda hakimin vəzifə müddəti qurtarır. 
Məhkəmənin yurisdiksiyasına fərdi və dövlətlərarası şikayətlər aiddir. 
Hər iki prosedur məcburidir; Konvensiyanın iştirakçısı olan hər bir dövlətə 
qarşı həm fərdi, həm də dövlətlərarası şikayət 
176 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə