Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə54/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   114

dafiə vasitəsi veırdır (ubi jus ibi remcdium). İkinci bir tərəfdən, bu hüquqlar, 
prinsip etibarilə, ayrıca götürülmüş bir dövlətdə tam həyata keçirilə bilməz. 
İnsan  hüquqlan  içərisində  habelə 
mütləq  hüquqlar
  və 
dövlətlərin 
müəyyən  hallarda  geri  çəkilə  bildiyi  hüquqlar
  fərqləndirilir.  Mütləq 
hüquqlar o insan hüquqlandır ki, dövlət heç bir halda, o cümlədən fövqəladə 
vəziyyət  şəraitində  onlardan  geri  çəkilə  bilməz.  Avropa  İnsan  Hüquqlan 
Konvensiyasına görə, bu, aşağıdakı hüquqlardır: yaşamaq hüququ (maddə 
2); işgəncələrə məruz qalmamaq hüququ (maddə 3); köləlikdə və ya asılı 
vəziyyətdə  saxlanılmamaq  hüququ  (maddə  4)  və  qanunsuz  cəzaya  yol 
verilməməsi (maddə 7). 
4.
 
İnsan hüquqları sahəsində 
dövlətlərin beynəlxalq öhdəliklərinin təsnifatı 
Yuxarıda  qeyd  etdik  ki,  beynəlxalq  səviyyəyə  çıxmaqla,  insan 
hüquqlan  dövlətlərin  beynəlxalq  öhdəlikləri  şəklində  təsbit  olunur.  Yəni 
«hər  kəsin...  hüququ  vardır»  konstruksiyasında  əks  tərəf  istənilən  halda 
müvafiq  öhdəlik  daşıyan  dövlətdir.  Beynəlxalq-  hüquqi  təhlil  üçün 
«medalm bu ikinci tərəfı» daha böyük maraq kəsb edir. Başqa sözlə, həm 
konkret insan hüququna, həm də bütövlükdə insan hüquqlarının müdafiəsi 
ideyasına  dövlətlərin  beynəlxalq  öhdəlikləri  prizmasından  baxmaq  daha 
məqsədəuyğun  sayıla  bilər.  Biz  aşağıda  görəcəyik  ki,  dövlətlərin  insan 
hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri ilə fərdin hüquq və azadlıqları 
onlann hüquqi məzmunu baxımından heç də üst-üstə düşmür. 
İnsan hüquqlan sahəsində dövlətlər öz üzərlərinə müxtəlif xarakterli 
beynəlxalq  öhdəliklər  götürürlər.  Hər  şeydən  əvvəl,  onlann  iki  qrupunu 
fərqləndirmək  lazımdır:  1)  maddi  öhdəliklər  və  2)  imple-  mentasiya 
öhdəlikləri.  İkinci  qrup  öhdəliklər  -  beynəlxalq  müqavilələrdə  nəzərdə 
tutulmuş  mexanizmlərin  fəaliyyəti  ilə  bağlı  dövlətlərin  həyata  keçirməli 
olduqlan  vəzifələrdir:  bejməlxalq  orqana  (məsələn.  Vətəndaş  və  siyasi 
hüquqlar haqqında Paktın 40-cı mad- 
165 


dosi  əsasında  İnsan  hüquqlan  komitəsinə)  müntəzəm  məruzələr  təqdim 
edilməsi;  beynəlxalq  orqanın  (məsələn,  Avropa  İnsan  Hüquqlan 
Məhkəməsinin) fərdi şikayət üzrə çıxardığı qərann icra edilməsi və s. 
Maddi  öhdəliklər,  əlbəttə  ki,  əsas  kütləni  təşkil  edir  və  çox  zaman 
dövlətlərin  insan  hüquqları  sahəsindəki  beynəlxalq  öhdəlikləri  dedikdə, 
məhz  onlar  nəzərdə  tutulur.  Bu  öhdəliklər  həm  bütövlükdə  insan 
hüquqlarını,  həm  də  ayn-ayn  hüquq  və  azadlıqlan  əhatə  edir.  Müxtəlif 
meyarlar tətbiq etməklə, göstərilən öhdəlikləri aşağıdakı 
növlərə
 ayırmaq 
olar: 
1)
 
müqavilə  öhdəlikləri
  və 
beynəlxalq  adətdən  irəli  gələn 
öhdəliklər: 
2)
 
ümumi
  və 
konkret  öhdəliklər;
  konkret  öhdəliklər  öz  növbəsində 
əsas
 və 
törəmə öhdəliklərə
 bölünür; 
3)
 
nəticə öhdəlikləri
 və 
davranış öhdəlikləri; 
4)
 
pozitiv
 və 
neqativ öhdəliklər; 
5)
 
«dərhal»
 və 
«tədricən» yerinə yetirilməli olan öhdəliklər. 
Ümumi və konkret öhdəliklər.
 Bu və ya digər müqavilənin
 
iştirakçısı  olmaqla,  dövlət  öz  üzərinə  konkret  insan  hüquqlan  ilə  bağlı 
öhdəliklərlə yanaşı, həmin müqavilədə təsbit olunmuş bütün hüquqlara aid 
olan 
ümumi  öhdəliklər
  də  götürür;  məsələn,  insan  hüquqlarına  hörmət 
etmək;  insan  hüquqlannın  tədricən  həyata  keçirilməsinə  səy  göstərmək; 
insan  hüquqlannı  təmin  etmək;  insan  hüquqlarını  həyata  keçirərkən 
ayrı-seçkiliyə  yol  verməmək;  qanunvericilik  və  digər  tədbirləri  həyata 
keçirmək; səmərəli dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etmək və s. 
(bax;  Vətəndaş  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  2-ci 
maddəsi; İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 
2-ci maddəsi; Avropa İnsan Hüquqlan Konvensiyasının 1-ci maddəsi və s.). 
Ayrı-ayrı  insan  hüquqlanna  uyğun  olan 
konkret  öhdəlikləri
  öz 
növbəsində əsas və törəmə öhdəliklərə ayırmaq olar. 
Əsas  öhdəlik 
insan 
hüququnun bilavasitə məzmununu təşkil edir. İnsan hüququnun pozulması - 
ilk  növbədə,  əsas  öhdəliyin  pozulmasıdır.  Məsələn,  yaşamaq  hüququnun 
pozulması,  hər  şeydən  əvvəl,  dövlət  tərəfindən  şəxsin  özbaşına  və  ya 
qanunsuz öldürülməsində ifadə olunur. 
Törəmə öhdəliklər
 isə birbaşa və ya 
dolayı  yolla  əsas  öhdəliklərin  məzmunundan  irəli  gəlir  və  onlan 
tamamlayır.  Məsələn,  yaşamaq  hüququ  ilə  bağlı  olan  aşağıdakı  törəmə 
öhdəlikləri göstər 
166 


mək olar: insan həyatının qorunmasına yönəlmiş qanunvericilik aktlannm 
qəbul edilməsi; qəsdən adamöldürmə aktının istintaqının apaniması; təqsirli 
şəxslərin cəzalandınlması və s. Təbii ki, bu öhdəliklər pozulanda dä dövlət 
məsuliyyət daşıyır. 
Nəticə öhdəlikləri və davranış öhdəlikləri
 
Nəticə öhdəlikləri dövlətdən 
müəyyən nəticənin və  ya  məqsədin əldə olunmasını tələb  edir; dövlət bu 
nəticəyə nail olmaq üçün özü istədiyi davranış variantını seçə bilər. Əslində 
insan  hüquqlan  sahəsindəki  öhdəliklərin  böyük  əksəriyyəti  nəticə 
öhdəlikləridir, belə ki, qanunvericilik, inzibati və özünün lazım bildiyi digər 
tədbirləri görməklə, dövlət son nəticədə
 
fərdin hüququnu təmin etməlidir. 
Məsələn, əgər polis hər hansı şəxsi özünə yaşayış yeri seçmək azadlığından 
qanunsuz  olaraq  məhrum  edirsə,  yuxarı  inzibati  orqan  və  ya  məhkəmə 
vasitəsilə dövlət hələ bu vəziyyəti düzəldə bilər və həmin qadağanı ləğv edə 
bilər. Yalnız əks halda dövlətin beynəlxalq məsuliyyəti ortaya çıxa bilər. 
Davranış  öhdəlikləri  isə  dövlətdə  müvafiq  normada  konkret  müəyyən 
olunmuş əməlin həyata keçirilməsini tələb edir. Bunu etməməklə, dövlət öz 
beynəlxalq öhdəliyini pozmuş olur. Misallara müraciət edək. Vətəndaş və 
siyasi  hüquqlar  haqqında  Paktın  25-ci  maddəsində  deyilir  ki,  «müharibə 
təbliğatı  qanunla
 
qadağan  edilir».  Avropa  Sosial  Xartiyasının  7-ci 
maddəsinin 2-ci hissəsində dövlətlərin üzərinə belə bir vəzifə qoyulur ki, 
qanunvericilik  qaydasında
 
uşaqların  təhlükəli  və  zərərli  işlərə 
buraxılmasının  minimal  yaş  həddini  müəyyən  etsinlər.  Avropa  İnsan 
Hüquqlan  Konvensiyasının  2-ci  maddəsinin  1-ci  hissəsində  göstərilir  ki, 
«hər bir kəsin həyatı qanunla
 
qorunur». Bütün gətirilən misallarda davranış 
öhdəliyi  müvafiq  qanunun  qəbul  olunmasıdır.  Belə  bir  qanunun  qəbul 
edilməməsi dövlətin beynəlxalq öhdəliyinin pozulması deməkdir. 
«Pozitiv» və «neqativ» öhdəliklər.
 
Mühüm praktik əhəmiyyətə malik 
olan  bu  bölgünün  əsasında  bu  və  ya  digər  insan  hüququnun  həyata 
keçirilməsi  üçün  dövlətdən  tələb  olunan  davranışın  xarakteri  dayanır. 
Əgər.fərdin  hüququnun  təmin  olunması  üçün  dövlətdən  yalnız  müəyyən 
hərəkətləri  etməkdən  (şəxsi  özbaşına  öldürməkdən,  işgəncə  tətbiq 
etməkdən,  şəxsi  həyata  müdaxilə etməkdən  və  i.a.),  yəni şəxsi azadlıqlar 
sferasına müdaxilə etməkdən 
167 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə