Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə50/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   114

«Ştatdankonar  konsulların  funksiyalanm  Azərbaycan  Respublikasının 
Xarici  İşlər  Nazirliyi  müə)^ənləşdirir»  (96-cı  maddə);  «Ştat-  dankənar 
konsullar Azərbaycan Respublikasının dövlət qulluğunda olmurlar» (97-ci 
maddə). Azərbaycan Respublikası yalnız ştatlı konsullardan istifadə edir. 
Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasına 
görə, konsulluqlar aşağıdakı 
funksiyaları
 həyata keçirir: 
1)
 
öz  dövlətinin,  onun  hüquqi  şəxslərinin  və  vətəndaşlarının 
mənafelərini qorumaq; 
2)
 
öz dövləti ilə qəbul edən dövlət arasında ticarət, iqtisadi, mədəni, 
elmi və digər əlaqələrin inkişafına yardım göstərmək; 
3)
 
konsulluq  dairəsinin  iqtisadi,  hüquqi  və  siyasi  həyatına  dair 
məlumat toplamaq və öz dövlətinin xarici işlər nazirliyinə çatdırmaq; 
4)
 
öz  dövlətinin  vətəndaşları  üçün  inzibati  və  notariat  funksi-  yalan 
həyata keçirmək
5)
 
öz dövlətinin dəniz və hava gəmilərinə, digər nəqliyyat növlərinə 
və onların heyətinə münasibətdə müəyyən vəzifələr yerinə yetirmək
6)
 
öz dövlətinə səfər edən əcnəbilərə vizalar vernıək və s. 
1963-cü  il  Konvensiyasına  görə,  konsulluq  idarəsinin  heyəti 
üç 
kateqoriyaya
 bölünür: 
1)
 
konsulluq  xidmətində  olan  və  konsulluq  funksiyalanm  yerinə 
yetirən vəzifəli şəxslər; 
2)
 
inzibati-texniki iş yerinə yetirən konsul qulluqçuları; 
3)
 
xidmətçi heyət. 
Azərbaycan  Respublikası  konsulluqlarının  heyəti,  funksiyaları, 
funksiyalann  həyata  keçirilməsi  qaydası  və  digər  məsələlər  Azərbaycan 
Respublikasının  1994-cü  il  8  fevral  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
Azərbaycan  Respublikasının  Konsul  Nizamnaməsində 
öz  əksini 
tapmışdır. 
153 


12.
 
Konsulun təyin olunması və 
onun funksiyalarının xitam olunması 
Konsullar, bir qayda olaraq, xarici işlər idarəsi tərəfindən təyin olunur. 
Təyin  olunmuş  şəxsə  onun  səlahiyyətlərini  təsdiq  edən  xüsusi  sənəd  - 
konsul patenti
 verilir. Bu sənəddə həmin şəxsin adı, rütbəsi, tutduğu vəzifə, 
konsul  dairəsi  və  konsulluğun  yerləşdiyi  yer  göstərilir.  Konsul  patenti 
diplomatik  kanallar  vasitəsilə  qəbul  edən  dövlətin  hökumətinə  göndərilir. 
Həmin dövlət (adətən, xarici işlər idarəsi), əgər təyin olunmuş şəxsə etirazı 
yoxdursa, onun öz vəzifələrinin icrasına başlamasına icazə  - 
ekzekvatura
 
verir. Ek- zekvatura ya aynca sənəd, ya da konsul patentinin üzərində təs- 
diqləyici  yazı  şəklində  olur.  Ekzekvaturanm  verildiyi  andan  konsul 
missiyası başlanmış sayılır. 
Konsulluq dairəsinin hüdudlan və ya konsulluq idarəsinin başçısının 
dərəcəsi dəyişərkən, o, yeni patent və ekzekvatura almalıdır. Konsulluğun 
heyətinin digər üzvləri üçün bu, tələb olunmur; lakin qəbul edən dövlətin 
xarici işlər idarəsi onlarm təyinatı barədə məlumatlandırılmalıdır. 
Diplomatik nümayəndəliklərin konsul şöbələrinin müdirləri üçün, bir 
qayda  olaraq,  konsul  patentinin  göndərilməsinə  və  ekzek-  vaturanın 
alınmasına ehtiyac yoxdur. Diplomatik heyətin digər üzvləri kimi, onlann 
təyin  olunması  haqqında  qəbul  edən  dövlətin  müvafiq  orqanına,  sədəcə 
olaraq, məlumat verilir. 
Konsulun missiyası aşağıdakı hallarda 
sona yetir:
 
a)
 
onu təyin etmiş dövlət tərəfindən konsulun geri çağmlması; 
b)
 
konsulun persona non grata elan olunması; 
c)
 
konsul patentinin müddətinin başa çatması; 
ç)  konsulluq  dairəsinin  yerləşdiyi  ərazinin  qəbul  edən  dövlətin 
suverenliyindən çıxması; 
d)
 
konsulluq idarəsinin bağlanması; 
e)
 
konsulluq münasibətlərinin xitam olunması; 
ə)  təmsil  olunan  dövlət  ilə  qəbul  edən  dövlət  arasında  müharibə 
başlaması. 
154 


13. Konsulluqların vo onların heyətinin 
imtiyaz və immunitetləri 
Konsul imtiyaz və immunitetləri, 1963-cü il Vyana Konvensiya- smm 
preambulasmda göstərildiyi kimi, «ayn-ayn şəxslərin mənfəəti üçün deyil, 
konsulluq  idarələri  tərəfmdən  öz  fiınksiyaianmn  səmərəli  həyata 
keçirilməsini təmin etmək üçün verilir». Konvensiyaya gÖrə, konsulluqlar 
aşağıdakı imtiyaz və immunitetlərə malikdirlər: 
a)
 
konsulluğun  binalanmn  toxunulmazlığı  («təxirəsalmmaz  müdafiə 
tədbirlərinin  görülməsini  tələb  edən  yanğın  və  ya  digər  təbii  fəlakət 
hallan»ndan başqa); 
b)
 
arxivlərin, sənədlərin və rəsmi yazışmaların toxunulmazlığı; 
c)
 
konsulluğa  mənsub  olan  əmlakın  və  nəqliyyat  vasitələrinin 
toxunulmazlığı; 
ç) bütün vergi və rüsumlardan azad olunma
d)
 
öz dövlətinin hökuməti, diplomatik və konsulluq nümayəndəlikləri 
ilə  sərbəst  və  maneəsiz  əlaqə  saxlanılması  (o  cümlədən  diplomatik  və 
konsul kuryer və şifrlərindən istifadə etmək hüququ); 
e)
 
bayraq və emblemdən istifadə etmək hüququ. 
Konsulluqların heyəti üçün hansı imtiyaz və immunitetlərin nəzərdə 
tutulması  ikitərəfli  konsulluq  konvcnsiyalannda  müxtəlif  cür  həll  olunur. 
Bir sıra bu cür konvensiyalarda, 1963-cü il Vyana Konvensiyasının əksinə 
olaraq, konsulluqlarm əməkdaşlan üçün, demək olar ki, bütün diplomatik 
imtiyaz və immunitetlər nəzərdə tutulur. Vyana Konvensiyanın özündə isə 
bəzi məhdudiyyətlər əks olunmuşdur. Məsələn, 41-ci maddədə deyilir «1. 
Konsulluğun  vəzifəli  şəxsləri,  ağu*  cinayətlər  törətdiklərinə  görə 
səlahiyyətli məhkəmə orqanlannın qəran ilə mümkün olan hallardan başqa, 
həbs edilə və ya həbsdə saxlanıla bilməzlər. 2. Bu maddənin 1-ci bəndində 
göstənlən hallar istisna olmaqla, yalnız qanuni qüvvəyə minmiş məhkəmə 
qərannm  icra  edildiyi  hallardan  başqa,  kon^uğun  vəziüıli  şəxslərinin 
azadlığı  heç  bir  formada  məhdudlaşdınla  büməz».  Konvensiyanın  44-cü 
maddəsinə  əsasən,  göstərilən  şəxslər  ifadə  vermək  üçün  məhkəməyə 
çağınla bilər. Doğmdur, məhkəməyə gəlməkdən imtinaya görə onlara cəza 
tədbirləri  tətbiq  oluna  bilməz.  Qeyd  edUənlərdən  başqa,  konsulluqların 
əməkdaşlan  və  onlann  ailə  üzvləri  aşağıdakı  imtiyaz  və  immunitetlərdən 
istifadə edirlər a) müəyyən veıgi güzəştləri; b) gömrük imtiyazlan; c) həıbi 
və digər şəxsi mükəUəfiyyətlərdən azad olunma və b. 
155 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə