Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə46/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   114

cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qanlısının alınması 
və  cəzalandırılması  haqqında  1973-cü  il  Konvensiyası;
  5) 
Dövlətlərin 
universal 
xarakterli 
beynəlxalq 
təşkilatlarla 
münasibətlərdə 
nümayəndəliyi haqqında 1975-ci il Vyana Konvensiyası. 
Diplomatiya və konsulluq hüququ sahəsində bir sıra digər sənədlər də 
mövcuddur. Məsələn, beynəlxalq təşkilatların imtiyaz və immunitetləri ilə 
bağlı  iki  mühüm  konvensiyanı  göstərmək  olar:  1) 
BMT-nin  imtiyaz  və 
immunitetləri  haqqında  1946-cı  il  Konvensiyası
  və  2) 
BMT-nin 
ixtisaslaşmış təsisatlarının imtiyaz və immunitetləri haqqında 1947-ci il 
Konvensiyası.
  Bundan  əlavə,  müvafiq  normalar  beynəlxalq  təşkilatların 
nizamnamələrində  və  habelə  yerləşdikləri  dövlətlərlə  bağladıqları  imtiyaz 
və  immunitet  məsələləri  üzrə  ikitərəfli  müqavilələrdə  təsbit  olunmuşdur. 
Diplomatiya  və  konsulluq  hüququnun  mənbələri  sırasında  ikitərəfli 
konsulluq konvensiyalarını da qeyd etmək lazımdır. 
2.
 
Xarici əlaqələri həyata keçirən 
dövlət orqanları 
Dövlətin digər dövlətlərlə və beynəlxalq təşkilatlarla xarici əlaqələrini 
həyata keçirən orqanlar 
dövlətdaxili
 və 
xarici
 orqanlara ayrılır. 
Dövlətdaxili  orqanlar
  daim  həmin  dövlətin  ərazisində  fəaliyyət 
göstərən  xarici  əlaqə  orqanlarıdır.  Bu  orqanlar  öz  növbəsində  iki  növə 
ayrılır: 
1)
 
dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar: 
2)
 
dövləti hər hansı bir sahə üzrə təmsil edən orqanlar. 
Birinci qrupa dövlət başçısı, hökumət və xarici işlər nazirliyi 
daxildir.  Dövlətin  başçısı,  hökumətin  başçısı  və  xarici  işlər  naziri  həmin 
dövləti  onun  xarici  əlaqələrində  bütün  məsələlər  üzrə 
ex  offıcio
  (yəni 
vəzifəsinə görə) təmsil edirlər. 
Azərbaycan  Respublikasının  Konstitusiyasına  görə,  Azərbaycan 
Respublikasının 
Prezidenti
  «ölkənin  daxilində  və  xarici  münasibətlərdə 
Azərbaycan dövlətini təmsil edir» (8-ci maddənin 
141 


I hissəsi). 109-cu maddəyə əsasən, Prezident «Azərbayean Respublikasının 
xarici 
ölkələrdə 
və 
beynəlxalq 
təşkilatlarda 
diplomatik 
nümayəndəliklərinin  təsis  edilməsi  haqqında  Azərbaycan  Respublikası 
Milli  Məclisinə  təqdimat  verir,  Azərbaycan  Respublikasının  xarici 
ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir 
və geri çağırır (15-ci bənd); xarici ölkələrin diplomatik nümayəndələrinin 
etimadnamə və övdətnamə- lərini qəbul edir (16-cı bənd); dövlətlərarası və 
hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq 
müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  təqdim  edir;  təsdiqnamələri  imzalayır  (17-ci  bənd); 
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və 
sülh bağlayır (30-cu bənd). 
Azərbaycan  Respublikasının 
Hökuməti
  xarici  siyasətin  həyata 
keçirilməsinin  təmin  edilməsi  üzrə  tədbirlər  həyata  keçirir.  Höku- 
mətlərarası  və  idarələrarası  müqavilələr  müvafiq  olaraq  baş  nazir  və 
nazirlik  və  ya  idarə  başçısı  tərəfindən  imzalanır  və  Hökumət  tərəfindən 
təsdiq olunur. 
Azərbaycan  Respublikasının 
Xarici  İşlər  Nazirliyi
  bilavasitə  xarici 
əlaqələri  həyata  keçirən  əsas  orqandır.  Azərbaycan  Respublikası 
Prezidentinin  2004-cü  il  29  yanvar  tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş 
«Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  haqqın-  da» 
Əsasnamədə
  göstərilir  ki,  «Azərbaycan  Respublikasının  Xarici  İşlər 
Nazirliyi  Azərbaycan  Respublikasının  xarici  siyasətini  həyata  keçirən 
mərkəzi icra hakimiyyəti orqanıdır» (maddə 1). 
Parlamentə  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  xarici  siyasət 
məsələlərində bu orqan əslində mühüm rol oynayır. Parlamentlər bu və ya 
digər aktual beynəlxalq məsələlərə öz münasibətini bildirir, digər ölkələrin 
parlamentlərinə müraciətlər qəbul edir, beynəlxalq parlament təşkilatlarının 
(məsələn, 
Avropa 
Parlamentinin, 
Avropa 
Şurası 
Parlament 
Assambleyasının və b.) işində iştirak edirlər. Buna baxmayaraq, parlament 
dövlətin beynəlxalq münasibətlərdə təmsilçisi kimi çıxış etmir. O, dövlət 
adından  müqavilələr  bağlamaq  səlahiyyətinə  malik  deyildir.  Parlament 
nümayəndələrinin  verdikləri  bəyanatlar  müvafiq  dövlət  üçün  beynəlxalq 
öhdəliklər doğunnur. 
142 


Xarici əlaqələr həyata keçirən dövlətdaxili orqanların ikinci qrupuna 
milli qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində dövləti 
onun xarici əlaqələrində təmsil edən nazirlik və komitələr aiddir. 
Xarici  orqanlar
  dövlətin  ərazisindən  kənarda  yerləşən  və  dövlətin 
özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərini 
həyata  keçirən  dövlət  orqanlarıdır.  Bu  orqanlar  öz  növbəsində  aşağıdakı 
növlərə bölünür: 
daimi:
 
dövlətin 
diplomatik 
nümayəndəlikləri, 
konsulluq 
nümayəndəlikləri, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri
müvəqqəti:
 təntənəli tədbirlərdə, danışıqlar aparılmasında və s. iştirak 
etmək  üçün  digər  dövlətlərə  göndərilən  xüsusi  missiyalar,  beynəlxalq 
konfranslarda  və  ya  beynəlxalq  orqanların  işində  iştirak  etmək  üçün 
göndərilən nümayəndə heyətləri və b. 
3.
 
Diplomatik nümayəndəliyin 
anlayışı və funksiyaları 
Diplomatik  nümayəndəlik  dövlətin  başqa  bir  dövlətin  ərazisində 
yerləşən,  həmin  dövlətlə  diplomatik  münasibətləri  həyata  keçirən 
orqanıdır.
  Diplomatik  nümayəndəliklər  müvafiq  iki  dövlət  arasında 
razılaşmaya  əsasən  təsis  olunur.  Çox  hallarda  belə  bir  razılaşmanın  əldə 
olunması həmin dövlətlər arasında diplomatik münasibətlərin qurulması ilə 
eyni vaxta düşür. 
Beynəlxalq  praktikada  diplomatik  nümayəndəliklərin  iki  növü 
məlumdur: 
səfirliklər:
  ən  yüksək  səviyyəli  diplomatik  nümayəndəliklərdir; 
onların başında fövqəladə və səlahiyyətli səfir dayanır. 
missiyalar:
  daha  aşağı  səviyyəli  diplomatik  nümayəndəlik  hesab 
olunur;  onlara  fövqəladə  və  səlahiyyətli  elçi  və  ya  müvəqqəti  işlər 
müvəkkili rəhbərlik edir. 
Diplomatik  nümayəndəlik  öz  dövlətinin  qəbul  edən  dövlətdə  bütün 
məsələlər üzrə rəsmi təmsilçisidir. Diplomatik münasibətlər 
143 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə