Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə45/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   114

qəbul edir. Müəyyən məsələlər üzrə Nazirlər Komitəsinin qərarları məcburi 
xarakter daşıyır. 
Parlament  Assambleyası
  məşvərətçi  orqandır  və  qanunvericilik 
səlahiyyətinə malik deyildir. O, hər bir üzv dövlətin parlamentindən seçilən 
(təyin  olunan)  nümayəndələrdən  ibarətdir.  Hər  bir  nümayəndə  heyəti  öz 
ölkəsinin müxtəlif siyasi dairələrinin, o cümlədən müxalifət partiyalanmn 
mənafelərini  ifadə  etməlidir.  Dövlətlərin  Parlament  Assambleyasmdakı 
nümayəndələrinin sayı eyni deyildir (2-dən 18-ə kimi); məsələn, Almaniya, 
Böyük  Britaniya,  İtaliya  və  Rusiyadan  -  18,  İspaniya,  Türkiyə  və 
Ukraynadan  -  12,  Yunanıstan  və  Belçikadan  -  7,  Azərbaycan 
Respublikasından  -  6,  Moldovadan  -  5  və  s.  Parlament  Assambleyası  öz 
plenar  iclaslannı  ildə  üç  dəfə  keçirir.  O,  Nazirlər  Komitəsinə  və  üzv 
dövlətlərin  hökumətlərinə bu  və  ya  digər  məsələlər  üzrə  tövsiyələr  verir, 
konfranslar,  kollokviumlar  təşkil  edir,  Avropa  Şurasının  Baş  Katibini  və 
Avropa İnsan Hüquqlan Məhkəməsinin hakimlərini seçir. 
Avropa  yerli  və  regional  hakimiyyətlər  Konqresi
  üzv  dövlətlərin 
müvafiq ərazi qummlannm nümayəndələrindən ibarətdir. Nümayəndələrin 
sayı Parlament Assambleyasmdakı kvotaya uyğundur. 
Katiblik  Avropa  Şurasının  inzibati  orqanıdır.  Ona  Parlament 
Assambleyası tərəfindən 5 il müddətinə seçilən Baş Katib rəhbərlik edir. 
İslam  Əməkdaşlıq  Təşkilatı  (İƏT).  Bu  təşkilat  regional  təşkilatlar 
çərçivəsindən  kənara  çıxır,  çünki  dünyanın  dörd  qitəsində  yerləşən 
müsəlman dövlətlərini özündə birləşdirir. 2011-ci ilin iyununa qədər İslam 
Konfransı Təşkilatı adlanan bu qurum 1969- cu ildə yaradılmışdır. Onun 
Nizamnaməsi 1972-ci ildə qəbul olunmuşdur. Hazırda 57 ölkə bu təşkilatın 
üzvüdür.  Onlann  içərisində  Azərbaycan  da  vardır  (1992-ci  ildən). 
Qeyri-müsəlman  ölkələrindəki  müsəlman  azlıqları  öz  nümayəndələrini 
müşahidəçi qismində göndərə bilərlər. Yalnız müsəlman dövlətləri İƏT-in 
üzvü ola bilər. Lakin İƏT-i qətiyyən dini təşkilat hesab etmək olmaz. Onun 
başlıca  vəzifəsi  ən  mühüm  beynəlxalq  problemlər  üzrə  müsəlman 
dövlətlərinin 
mövqeyini 
yaxınlaşdırmaq, 
onlann 
siyasətini 
əlaqələndirməkdir. İƏT-in BMT yanında daimi müşahidəçi statusu vardır. 
138 


İƏT-in  aşağıdakı  moqsodləri  vardır:  müsolman  homroyliyinin 
möhkəmləndirilməsi; iqtisadi, sosial, mədəni, elmi sahələrdə əməkdaşlığın 
inkişafı; irqçiliyin və müstəmləkəçiliyin ləğvinə dəstək vermək; beynəlxalq 
təşkilatlarda üzv dövlətlər arasında məsləhətləşmələr apannaq; müsəlman 
xalqlannı onların milli müstəqillik uğrunda mübarizəsində birləşdirmək; öz 
ərazisinin azad edilməsi uğrunda mübarizə aparan Fələstin xalqına kömək 
göstərmək. 
İƏT-in  ali  orqanı  İslam  Sammitidir.  Sammit  üç  ildən  bir  çağırılır. 
Təşkilatın  fəaliyyətinin  cari  problemlərini  müzakirə  etmək  üçün  hər  il 
Xarici işlər nazirləri Şurası
 çağırılır. 1980-ci ildə daimi fəaliyyət göstərən 
Nazirlər  Komitəsi
  yaradılmışdır.  Onun  tərkibinə  11  nazir  və  İƏT-in  Baş 
Katibi  daxildir.  Komitənin  başlıca  funksiyası  üzv  dövlətlərin  birində  baş 
vermiş fövqəladə situasiyanı və ya böhranı nəzərdən keçirmək, müsəlman 
ölkələri  arasında  olan  münaqişə  və  mübahisələri  nizamlamaqdır.  İƏT 
çərçivəsində bir sıra 
daimi komitə və komissiyalar
 fəaliyyət göstərir. 
Baş 
Katibliyə
 iki il müddətinə seçilən Baş Katib rəhbərlik edir. 
GUAM  1997-ci  ilin  oktyabnnda  dörd  dövlətin  (Azərbaycan 
Respublikası,  Gürcüstan,  Ukrayna  və  Moldova)  məşvərətçi  forumu  kimi 
fəaliyyətə  başlamışdır.  Özbəkistan  1999-cu  ildə  GUAM-a  qoşulsa  da, 
2005-ci  ilin  mayında  birlikdən  çıxmışdır.  2006-cı  ilin  mayında  qəbul 
olunmuş  Nizamnaməyə  uyğun  olaraq,  birlik  «GUAM  -  Demokratiya  və 
İqtisadi İnkişaf Naminə Təşkilat» adlanan regional təşkilata çevrilmişdir. 
GUAM-ın əsas orqanları aşağıdakılardır: 
Prezidentlərin
 ildə bir dəfə 
keçirilən 
zirvə  görüşləri
  (ali  orqan); 
Xarici  işlər  nazirləri  şurası
  (icra 
orqanı); 
Milli  koordinatorlar  komitəsi
  (işçi  orqan); 
Parlament 
Assambleyası
  və 
Katiblik.
  Kiyev  şəhərində  yerləşən  Katiblik  GUAM-a 
təşkilati-tcxniki yardım göstərir. Ona Baş katib rəhbərlik edir. Bunlardan 
əlavə, 'fəşkilat çərçivəsində müxtlif məsələlər (enerji, nəqliyyat, ticarət və 
iqtisadiyyat,  mədəniyyət,  elm  və  təhsil;  turizm;  terrorçuluğa,  mütəşəkkil 
cinayətkarlığa və narotik- lərin yayılmasına qarşı mübarizə və s. məsələlər) 
üzrə işçi qrupları fəaliyyət göstərir. 
139 


XIV
 
FƏSIL
 
DİPLOMATİYA VƏ KONSULLUQ HÜQUQU 
1.
 
Diplomatiya və konsulluq hüququnun anlayışı 
və mənbələri 
Diplomatiya vo konsulluq hüququ - dövləti beynəlxalq ünsiyyətdə 
təmsil  edən  dövlət  orqanlarının  statusunu  və  funksiyalarını 
tənzimləyən beynəlxalq hüquq normalarının məcmusuna deyilir. 
Beynəlxalq  hüququn  bu  ən  qədim  və  ənənəvi  sahəsinin  məzmunu 
indiki  dövrdə  xeyli  genişlənmişdir;  diplomatiya  və  konsulluq  hüququna 
hazırda bir sıra digər yeni məsələləri, o cümlədən dövlətlərin beynəlxalq 
təşkilatlardakı  nümayəndəliklərinin,  təntənəli  tədbirlərdə,  danışıqlar 
aparılmasında və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi 
missiyaların  funksiyalarını,  beynəlxalq  təşkilatların  və  onlann 
əməkdaşlarının  imtiyaz  və  immunitetlərini  nizama  salan  normalar  da 
daxildir. 
Diplomatiya və konsulluq hüququnun əsas mənbələri kimi beynəlxalq 
müqavilə  və  beynəlxalq  hüquqi  adət  çıxış  edir.  Dövlətlər  arasında 
diplomatik və konsulluq münasibətləri uzun tarixi dövr ərzində beynəlxalq 
adət  normalarına  söykənmişdir.  İkinci  dünya  müharibəsindən  sonrakı 
illərdə 
bu  normalar  bir  neçə  universal  konvensiya  şəklində 
məcəllələşdirilmişdir.  Diplomatiya  və  konsulluq  hüququ  sahəsində  əsas 
beynəlxalq  konvensiyalar  aşağıdakılardır:  1) 
Diplomatik  münasibətlər 
haqqında  1961-ci  il  Vyana  Konvensiyası;
  2) 
Konsulluq  münasibətləri 
haqqında  1963-cü  il  Vyana  Konvensiyası;
  3) 
Xüsusi  missiyalar 
haqqında  1969-cu  il  Konvensiyası;
  4) 
Beynəlxalq  səviyyədə  müdafiə 
olunan şəxslər, o
 
140 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə