6.
Diplomatik korpus
«Diplomatik korpus» ifadosi dar monada vo geniş mənada işlədilir.
Dar mənada diplomatik korpus dövlətdə olan bütün diplomatik
nümayəndəliklərin başçılannm cəmi kimi başa düşülür. Geniş mənada isə
bu termin dövlətdoki xarici diplomatik nümayəndəliklərin diplomatik
heyətinin üzvlərini və habelə onlann ailə üzvlərini əhatə edir. Diplomatik
korpus, əsasən, qəbul edən dövlətdə müəyyən təntənələr zamanı birgə
çıxışlar edir.
Diplomatik korpusa diplomatik nümayəndələrdən öz dərəcəsinə və
akkreditə vaxtına
görə ən böyüyü -
duayen
rəhbərlik edir.
7.
Diplomatik imtiyaz vo immunitetlər
Diplomatik nümayəndəliklər öz fiınksiyalannı normal həyata
keçirmək üçün qəbul edən dövlətin nəzarətindən kənarda olmalıdırlar.
Dövlətin malik olduğu immunitet, təbii ki, onu
rəsmi təmsil edən orqanlara
və ya şəxslərə də təmin olunmalıdır. Bu baxımdan, xarici diplomatik
nümayəndəliklərə və onların əməkdaşlanna beynəlxalq hüquq normaları
əsasında xüsusi güzəşt və üstünlüklər verilir ki, bunlara diplomatik imtiyaz
və immunitetlər deyilir. Tərifdən göründüyü kimi, diplomatik imtiyaz və
immunitetlər
iki qrupa
ayrılır: 1) diplomatik nümayəndəliklərin imtiyaz və
immunitetləri və 2) şəxsi imtiyaz və immunitetlər.
Diplomatik nümayəndəliklər aşağıdakı imtiyaz və immunitetlərə
malikdir:
1,
Nümayəndəliyin binalarının toxunulmazlığı
Qəbul edən dövlətin hakimiyyət orqanlan diplomatik nümayəndəliyin
başçısının icazəsi olmadan nümayəndəliyin ərazisinə və onun binalanna
daxil ola bilməzlər. Binalann özü, onlann içində olan əmlak, habelə
nəqliyyat vasitələri axtanşa, rekvizisiyaya, həbsə və icra hərəkətlərinə
məruz qala bilməz. 1961-ci il Konven-
147
siyasında (22-ci maddə) göstərilir ki, qəbul edən dövlət diplomatik
nümayəndəliyin binalarını istənilən müdaxilədən və ya zərər
yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması
hallarının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün
bütün müvafiq tədbirləri görməlidir.
2.
Fiskal immuniteti
Nümayəndəliyin binaları bütün dövlət və bələdiyyə vergi və
rüsumlarından (konkret xidmətlərə görə ödəniş haqqından başqa) azaddır.
3.
Arxiv V3 sənədlərin toxunulmazlığı
Nümayəndəliyin bütün arxivləri, sənədləri və habelə rəsmi yazışmaları
toxunulmazdır.
4.
Nümayəndəliyin öz dövlətinin hökuməti və digər diploma^- tik
nümayəndəlikləri ilə əlaqədə olmaq azadlığı
Bu əlaqələri həyata keçirmək üçün nümayəndəlik bütün müvafiq
vasitələrdən, o cümlədən diplomatik kuryerlərdən sərbəst və maneəsiz
istifadə edə bilər. 1961-ci il Vyana Konvensiyası habelə diplomatik poçtu
təyinatı üzrə çatdırdığı ana qədər immunitetə malik olan müvəqqəti (ad hoc)
kuryerlərin təyin olunmasını mümkün sayır.
5.
Gömrük imtiyazları
Diplomatik nümayəndəlik öz rəsmi istifadəsi üçün ölkəyə gətirdiyi və
ölkədən çıxardığı mallara görə gömrük rüsumları ödəməkdən azaddır.
6» Bayraq və emblemdən istifadə hüququ
Diplomatik nümayəndəlik və onun başçısı nümayəndəliyin binalan
üzərində və nəqliyyat vasitələrində öz dövlətinin bayraq və emblemindən
sərbəst istifadə edə bilər.
Şəxsi imtiyaz və immunitetlər, yəni
diplomatik nümayəndəliyin
başçısının və diplomatik heyətinin digər üzvlərinin
(habelə onların ailə
üzvlərinin) imtiyaz və immunitetləri aşağıdakılardan ibarətdir:
1)
şəxsi toxunulmazlıq;
2)
mənzil toxunulmazlığı;
3)
yurisdiksiya immuniteti;
4)
fiskal immuniteti;
148
5)
gömrük imtiyazları;
6)
hərbi və digər şəxsi mükəlləfiyyətlərdən azad olunma.
İnzibati-texniki heyətin üzvləri
də,
demək olar ki,
eyni imtiyaz
və immunitetlərdən istifadə edirlər. Bu şəxslərin mülki-hüquqi və inzibati
yurisdiksiyadan immuniteti onlar yalnız öz xidməti vəzifələrini icra etdiyi
zaman qüvvədə olur.
Xidmətçi heyətin üzvləri
xidməti vəzifələrini icra etdikləri zaman
törətdikləri hərəkətlərlə bağlı immunitetə malikdirlər və onlar aldıqları
məvacibdən vergi və rüsum ödəməkdən azaddırlar.
8.
Dövlətlərin beynəlxalq təşkilatlar
yanında nümayəndəlikləri
Dövlətlərin beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri
diplomatiya və konsulluq hüququnun nisbətən yeni institutu hesab edilir.
Bu institutun yaranması və inkişafı müxtəlif səpkili beynəlxalq təşkilatlann
meydana gəlməsi və beynəlxalq məsələlərin həllində onlann artan rolu,
dövlətlərlə həmin beynəlxalq təşkilatlar arasındakı əlaqələrin səmərəli
qurulması zərurəti ilə əlaqədardır. Dövlətlərin Birləşmiş Millətlər
Təşkilatında, BMT-nin ixtisaslaşmış təşkilatlarında, regional təşkilatlarda
daimi nümayəndəlikləri vardır. Təşkilatın nizamnaməsi bunu nəzərdə
tutursa, həmin təşkilatın yanında onun üzvü olmayan dövlətlərin daimi
müşahidəçi missiyalan olur.
Beynəlxalq
təşkilat
yanında
nümayəndə
təşkilatın
mənzil-qərargahının yerləşdiyi dövlətdə akkreditə olunmur, o öz
dövlətini beynəlxalq təşkilatda (onun orqanında) təmsil edir.
Bu faktın
özündən aşağıdakı hüquqi nəticələr ortaya çıxır: a) həmin nümayəndənin
təyin olunması üçün beynəlxalq təşkilatdan və ya təşkilatın yerləşdiyi
dövlətdən aqreman alınması tələb olunmur; b) bu nümayəndələr ikitərəfli
diplomatiyada tətbiq olunan qaydalar əsasında persona non grata elan oluna
bilməzlər; c) təşkilatın yerləşdiyi dövlət onlara münasibətdə qarşılıqlı
əsasda hər hansı tədbir görə bilməz.
149