Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə49/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   114

Beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərin 
funksiyaları
 
bunlardır:  a)  nümayəndəliyi  göndərən  dövlətin  təmsil  olunması;  b) 
təşkilatda həmin dövlətin mənafelərinin qorunması; 
c)
 
təşkilatla  əlaqələr  saxlanılması;  ç)  öz  dövlətinə  təşkilatın  fəaliyyəti 
haqqında məlumat verilməsi və s. 
Beynəlxalq  təşkilatlar  yanında  nümayəndəliklərin  və  onlann 
əməkdaşlarının imtiyaz və immunitetləri diplomatik nümayəndəliklərin və 
onlann  diplomatik  heyətinin  malik  olduğu  imtiyaz  və  immunitetlərlə 
ümumən üst-üstə düşür. 
9.
 
Xüsusi missiyalar 
Xüsusi  missiya  dedikdə,  müəyyən  məsələlər  üzrə  danışıqlar 
aparmaq və ya hər hansı konkret vəzifəni yerinə yetirmək məqsədilə 
(məsələn, yubiley təntənələrində və ya dəfn mərasimlərində iştirak 
etmək  üçün)  başqa  bir  dövlətə  onun  razılığı  ilə  göndərilən  rəsmi 
nümayəndə  heyəti  başa  düşülür.
 
Beynəlxalq  konfmnslarm  və  ya 
beynəlxalq  təşkilatlann  orqanlannın  işində  iştirak  etmək  üçün  göndərilən 
nümayəndə heyətləri buraya aid edilmir.
 
Xüsusi missiyalann hüquqi statusu beynəlxalq adət normalan ilə və az 
sayda iştirakçısı olan Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası 
ilə nizama salınır. Konvensiyada prinsip etibarilə qəbul edilir ki, diplomatik 
nümayəndəliklərin və onlann diplomatik heyətinin malik olduğu imtiyaz və 
immunitetlər xüsusi missiyalara və onlann heyətinə şamil edilir. Bununla 
belə,  Konvensiyada  bir  sıra  məhdudiyyətlər  öz  əksini  tapmışdır.  Belə  ki, 
25-ci  maddəyə  görə,  yerli  hakimiyyət  nümayəndələri,  yanğm  və  ya  digər 
təbii  fəlakət  olduqda,  xüsusi  missiyanın  yerləşdiyi  binalara  missiyanın 
başçısının razılığı olmadan daxil ola bilərlər. 
Konvensiyada  (21-ci  maddə)  nəzərdə  tutulur  ki,  xüsusi  missiyaya 
dövlət  başçısı,  hökumət  başçısı,  xarci  işlər  naziri  və  ya  dövlətdə  yüksək 
mövqe  tutan  digər  şəxs  rəhbərlik  etdiyi  və  ya  onun  işində  iştirak  etdiyi 
hallarda bu şəxslər qəbul edən dövlətdə və ya hər hansı üçüncü dövlətdə, 
beynəlxalq  hüquqla  (yəni  faktik  olaraq  beynəbcalq  adət  normalan  ilə) 
tanınan imtiyaz və immunitetlərə malik olurlar. 
150 


10. Beynəlxalq təşkilatların və onların 
əməkdaşlarının imtiyaz və immunitetləri 
Beynəlxalq təşkilatlar və onlann əməkdaşları öz fıınksiyalannı normal 
həyata  keçirmək  üçün  müvafiq  dövlətin  (və  ya  dövlətlərin)  hakimiyyət 
orqanlannın  nəzarətindən  kənarda  qalmalıdırlar.  Bununla  əlaqədar 
beynəlxalq  hüquq  normalannda  onlar  üçün  diplomatik  imtiyaz  və 
immunitetlər müəyyən olunmuşdur. 
Beynəlxalq təşkilatlann, məsələn. Birləşmiş Millətlər Təşkilatının və 
BMT-nin  ixtisaslaşmış  təsisatlannm  imtiyaz  və  immunitetləri  diplomatik 
nümayəndəliklərin yuxanda şərh etdiyimiz imtiyaz və immunitetləri ilə tam 
üst-üstə düşür. 
Beynəlxalq  təşkilatlann  əməkdaşlanmn  imtiyaz  və  immunitetlərinə 
gəlincə  isə,  diplomatik  imtiyaz  və  immunitetlər  tam  həcmdə  yalnız  bu 
təşkilatlann  on  yüksək  icraçı  şəxsləri  üçün  nəzərdə  tutulmuşdur.  Qalan 
əməkdaşların  imtiyaz  və  immunitetlərinin  əsasında  funksional  zərurət 
prinsipi  durur.  Öz  xidməti  vəzifələrini  yerinə  yetirərkən  onlar  yerli 
yurisdiksiyadan  immunitetə  malikdirlər,  habelə  vergi  immunitetindən, 
gömrük imtiyazlanndan və s. istifadə edirlər. 
Birləşmiş Millətlər Təşkilatı üçün müəyyən missiyanı həyata keçirən 
ekspertlər  tapşınğın  yerinə  yetirilməsi  müddətinə  bir  sıra  imtiyaz  və 
immunitetlərə  malik  olurlar:  a)  həbsə  alınmaqdan  və  ya  tutulub 
saxlanmaqdan  immunitet;  b)  törətdikləri  istənilən  hərəkətə  görə 
məhkəmə-prosessual  immuniteti;  c)  sənədlərin  toxunulmazlığı;  ç)  şifrdən 
istifadə etmək  və  kuryer  vasitəsilə  rəsmi  yazışmalar aparmaq  hüququ;  d) 
şəxsi baqajla bağlı diplomatik nümayəndələrə verilən eyni güzəştlər və b. 
151 


11. Konsulluqlar: anlayışı və funksiyaları 
Səfirliklər (və ya daimi missiyalar) kimi konsulluqlar da dövləti onun 
sərhədlərindən  kənarda  təmsil  edən  daimi  nümayəndəliklərdir,  Lakin 
konsulluqlar  aşağıda  şərh  edəcəyimiz  funksiyalarına  görə  diplomatik 
nümayəndəliklərdən  fərqlənir.  Bundan  əlavə,  onlar  qəbul  edən  dövlətin 
bütün  ərazisində  deyil,  onun  yalnız  bir  hissəsini  əhatə  edən  və  qarşılıqlı 
razılıq  əsasında  müəyyən  olunan  konsulluq  dairəsində  fəaliyyət  göstərir. 
Beləliklə,  bir  dövlətin  ərazisində  başqa  bir  dövlətin  bir  neçə  konsulluq 
idarəsi  ola  bilər.  Konsulluq  münasibətləri  müvafiq  dövlətlər  arasında 
diplomatik münasibətlər olmadığı halda da qurula bilər və digər tərəfdən, 
diplomatik münasibətlərin kəsilməsi hələ konsulluq münasibətlərinin xitam 
olunması  demək  deyildir.  Konsulluq  idarələrinə  konsullar  rəhbərlik  edir. 
Diplomatik nümayəndədən fərqli olaraq, konsul öz dövlətinin qəbul edən 
dövlətdə səlahiyyətli nümayəndəsi sayılmır. O öz dövlətini yalnız müəyyən 
məsələlər üzrə və yalnız öz konsulluq dairəsində təmsil edir. 
Konsulluq  funksiyalan  xüsusi  konsulluq  idarələri  tərəfindən  və  ya 
tərkibində konsulluq şöbələri olan diplomatik nümayəndəliklər tərəfindən 
həyata  keçirilir.  Konsulluq  idarələrinin  dörd 
növü 
vardır:  1)  baş 
konsulluqlar;  2)  konsulluqlar;  3)  vitse-konsulluqlar  və  4)  konsul 
agentlikləri. Buna uyğun olaraq, dörd konsul dərəcəsi mövcuddur: 1) baş 
konsul; 2) konsul; 3) vitse-konsul və 4) konsul agenti. 
Bəzi  dövlətlər  öz  praktikasında 
fəxri  və  ya  ştatdankənar 
konsullardan
 istifadə edir. Adətən, fəxri konsullar konsulluğun yerləşdiyi 
dövlətdə daimi yaşayan şəxslərin sırasından təyin olunur. Onlar təyin edən 
dövlətin  dövlət  qulluqçulam  ştatında  hesab  olunmurlar  və  bu  işə  görə 
məvacib almırlar. 
Azərbaycan  Respublikasının  Konsul  Nizamnaməsinin  XIII  fəsli 
ştatdankənar  konsullara  həsr  olunmuşdur.  Burada  deyilir:  «Azərbay-  can 
Respublikasının  Xarici  İşlər  Nazirliyi  konsulluğun  yerləşdiyi  dövlətin 
razılığına  əsasən  ayn-ayn  konsul  flınksiyalanmn  yerinə  yetirilməsini 
ştatdankənar konsullara tapşıra bilən> (95-ci maddə); 
152 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə