Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə52/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   114

səs  vermiş,  8  dövlət,  o  cümlədən  SSRİ  bitərəf  qalmışdı  (iki  dövlət  isə, 
ümumiyyətlə,  iştirak  etməmişdi).  30  maddədən  ibarət  olan  bu  sənəddə 
vətəndaş  və  siyasi  hüquqlardan  başqa,  bir  sıra  iqtisadi,  sosial  və  mədəni 
hüquqlar da (məsələn, işləmək hüququ, təhsil hüququ, istirahət hüququ və 
b.) təsbit olunmuşdur. Bəyannamə beynəlxalq insan hüquqlan hüququnun, 
habelə bütövlükdə beynəlxalq hüququn inkişahnda misilsiz rol oynamışdır. 
Onun  başlıca  müddəalan  bir  çox  konstitusiya  və  digər  qanunvericilik 
aktlannda öz əksini tapmış, xeyli sayda milli məhkəmə qərarlarının əsasını 
təşkil  etmişdir.  Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsinin  hüquqi 
xarakteri  barədə  müxtəlif  fikirlər  mövcuddur.  Bununla  bağlı  ilk  növbədə 
qeyd  edək  ki.  Bəyannamə  BMT  Baş  Məclisinin  qəma-  məsidir  və  onun 
bilavasitə  hüquqi  qüvvəsi  yoxdur;  müqavilə  əvəzinə  qətnamə  qəbul 
etməklə, dövlətlər öz üzərlərinə məcburi öhdəliklər götürmək istəməmişlər. 
Lakin  Bəyannamənin  əksər  müddəalan  bu  gün  adət  kimi  hamılıqla 
tanınmışdır. Bilavasitə olmasa da, dövlətlərin ümumi praktikası 
vasitəsilə
 
(müvafiq müqavilələrdə iştirak. Bəyannamənin milli qanunvericiliyə bu və 
ya digər şəkildə daxil edilməsi, məhkəmə qərarlannda Bəyannaməyə istinad 
edilməsi  və  s.)  bu  müddəalar  ümumi  beynəlxalq  adət  hüququnun  bir 
hissəsini  təşkil  edir.  Lakin  Ümumdünya  İnsan  Hüquqlan  Bəyannaməsi 
bütövlükdə beynəlxalq adət hüququna çevrilməmişdir; məsələn, sığınacaq 
hüququnu (14-cü maddə), işsizlikdən müdafiə hüququnu (23-cü maddənin 
1-ci hissəsi), asudə vaxt hüququnu (24-cü maddə) və bir sıra digər hüquqlan 
heç də bütün dövlətlər üçün məcburi olan normalar kimi qəbul etmək olmaz. 
Əsas  insan  hüquq  və  azadlıqlannı 
hüquqi  sənəd
  çərçivəsində  təsbit 
etmək məqsədilə 1966-cı ildə iki universal müqavilə imzalandı - 
iqtisadi, 
sosial və mədəni hüquqlar haqqında 1966-ct il Beynəlxalq Paktı
 (1976-cı 
il  yanvarın  3-də  qüvvəyə  minmişdir)  və 
Vətəndaş  və  siyasi  hüquqlar 
haqqında  1966-cı  il Beynəlxalq  Paktı 
(1976-cı  il  martın  23-də  qüvvəyə 
minmişdir).  Adlanndan  göründüyü  kimi,  birinci  Paktda  iqtisadi, sosial  və 
mədəni  hüquqlar, ikinci  Paktda  isə  vətəndaş  və  siyasi  hüquqlar  öz  əksini 
tapmışdır. Formal-hüquqi baxımdan Vətəndaş və siyasi hüquqlar haqqında 
Pakt daha mükəmməldir və o, iştirakçı dövlətlər üçün daha aydın və 
159 


dəqiq müəyyən olunmuş öhdəliklər nəzərdə tutur. Paktda nəzərdə tutulmuş 
başlıca  öhdəlik  ondan  ibarətdir  ki,  dövlət  öz  ərazi  hüdud-  lannda  və 
yurisdiksiyası  çərçivəsində  olan  hər  bir  şəxsin  bu  Paktda  təsbit  olunmuş 
hüquqlanna 
hörmət etməli
 və onlan 
təmin etməlidir
 (2- ci maddənin 1-ci 
hissəsi).  Paktdan  irəli  gələn  öhdəliklərini  həyata  keçirmək  üçün  dövlət 
zəruri qanunvericilik, inzibati və digər tədbirlər görməli (2-ci maddənin 2-ci 
hissəsi), habelə pozulmuş hüquqların müdafiəsi və bərpası məqsədilə şəxsə 
səmərəli  dövlətdaxili  hüquqi  müdafiə  vasitələri  təmin  etməlidir  (2-ci 
maddənin 3-cü hissəsi). Vətəndaş və siyasi hüquqlar haqqında Paktın daha 
bir üstün cəhəti ondadır ki, o, iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə 
yetirmələrinə nəzarət etmək məqsədilə xüsusi mexanizm nəzərdə tutur. Bu, 
28-ci  maddənin  əsasında  təsis  olunmuş  tnsan  hüquqlan  komitəsidir  (bu 
barədə  aşağıda  bəhs  ediləcəkdir).  Pakta  iki  protokol  əlavə  olunmuşdur: 
İnsan  hüquqlan  komitəsinə  fərdi  şikayətlərə  baxmaq  səlahiyyəti  verən 
1966-cı  il  Fakültativ  Protokolu
  və 
Ölüm  cəzasının  ləğvinə  yönəlmiş 
İkinci Fakültativ Protokol
 (1989-cu il). 
Beynəlxalq  insan  hüquqları  hüququnun  sonrakı  inkişafı  ayn-  ayrı 
insan  hüquqlarına  həsr  olunmuş  müqavilələrin  bağlanması  və  insan 
hüquqlan  sahəsində  beynəlxalq  mexanizm  və  prosedurlann  inkişaf 
etdirilməsi və təkmilləşdirilməsi ilə əlamətdardır. Bu gün beynəlxalq insan 
hüquqları  hüququ  beynəlxalq  hüququn  ən  intensiv  inkişaf  edən  və 
dövlətdaxili hüquq ilə ən sıx «əməkdaşlıq edən» sahələrindən biridir. 
2.
 
Beynəlxalq insan hüquqları 
hüququnun mənbələri 
İnsan  hüquqlan  sahəsindəki  beynəlxalq  öhdəliklər,  əsas  etibarilə, 
müqavilə  mənşəlidir.  Müqavilənin  üstünlüyü  ondadır  ki,  o,  dövlətlərin 
konkret insan hüquqlannın müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq müəyyən 
edir  və  ən  əsası,  bu  öhdəliklərin  yerinə  yetirilməsini  təmin  etməli  olan 
xüsusi mexanizm və prosedurlar nəzərdə tutur. 
160 


Hazırda insan hüquqları sahəsində 70-dən artıq beynəlxalq müqavilə 
vardır. Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) çərçivəsində bəzən 
sosial  ədalətin 
corpııs  jurisA
  adlanan  çoxlu  sayda  konvensiyalar  qəbul 
olunmuşdur. 
İnsan  hüquqlan  sahəsindəki  mövcud  beynəlxalq  müqavilələri  dörd 
kateqoriyaya bölmək olar: 
1)
 
Ümumi müqavilələr.
 Bu müqavilələrdə, demək olar ki, bütün əsas 
insan  hüquqlan  və  ya  onlann  böyük  bir  hissəsi  təsbit  olunur.  Ümumi 
müqavilələr  həm  universal,  həm  də  regional  səviyyədə  mövcuddur. 
Universal  müqavilələrə 
İqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında 
1966-cı  il  Beynəlxalq  Paktı
  və 
Vətəndaş  və  siyasi  hüquqlar  haqqında 
1966-cı  il  Beynəlxalq  Paktı
  aiddir.  Ümumi  regional  müqavilələr 
aşağıdakılardır: 
İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi 
haqqında  1950-ci  il  Konvensiyası  (Avropa  İnsan  Hüquqları 
Konvensiyası);  Avropa  Sosial  Xartiyası;  Amerika  İnsan  Hüquqları 
Konvensiyası;  İqtisadi,  sosial  və  mədəni  hüquqlar  sahəsində  Amerika 
İnsan Hüquqları Konvensiyasına 1988-ci il Əlavə Protokolu; İnsan və 
xalqların hüquqları haqqında 1981-ci il Afrika Xartiyası. 
2)
 
Xüsusi müqavilələr.
  Bu  müqavilələr  konkret insan  hüquqla-  nmn 
müdafiəsinə  yönəlmişdir.  Xüsusi  müqavilələr  də  universal  və  regional 
səviyyədə  bağlanır.  Universal  müqavilələr,  əsasən,  bunlardır: 
Soyqırım 
cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il 
Konvensiyası; 1926-cı il Köləlik Konvensiyası; Köləliyin, qul ticarətinin 
və köləliyə oxşar institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il 
Əlavə  Konvensiyası;  İcbari  əməyin  ləğv  olunması haqqında  1957-ci  il 
105 nömrəli BƏT Konvensiyası; İşgəncə və qəddar, qeyri-insani və ya 
ləyaqəti  alçaldan  rəftar  və  ya  cəza  əleyhinə  1984-cü  il  Konvensiyası.
 
Regional səviyyədə bağlanmış xüsusi müqavilələrə bir sıra misallar gətirək: 
İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın 
qarşısının  alınması  haqqında  1987-ci  il  Avropa  Konvensiyası; 
İşgəncənin qarşısının alınması və cəzalandırılması haqqında 1985-ci il 
Amerika  Konvensiyası;  Sosial  təminat  haqqında  1972-ci  il  Avropa 
Konvensiyası, 
3)
 
Ayrı-ayrı  qrupların  müdafiəsinə  yönəlmiş  müqavilələr.
 
Cəmiyyətin ayrı-ayrı təbəqələrinin hüquqlarını qorumaq məqsədi gü 
161 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə