Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə42/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   114

EKOSOK beynəlxalq iqtisadi və sosial problemləri müzakirə etmək və 
müvafiq tövsiyələr işləyib hazırlamaq üçün mərkəzi forum rolunu oynayır. 
O,  iqtisadi,  sosial,  mədəni,  təhsil,  səhiyyə  və  yanaşı  sahələrdə  beynəlxalq 
məsələlərə aid tədqiqatlar və məruzələr edir və ya istənilən belə məsələlərə 
aid Baş Məclisə, Birləşmiş Millətlərin Üzvlərinə və maraqlı ixtisaslaşmış 
təsisatlara  tövsiyələr  edir.  Baş  Məclisə  təqdim  etmək  üçün  konvensiya 
layihələri hazırlayır, beynəlxalq konfranslar çağırır. 
EKOSOK-un 
ən  mühüm  səlahiyyətlərindən  biri  BMT-nin 
ixtisaslaşmış təsisatlarının fəaliyyətini əlaqələndirməkdən biridir. EKOSOK 
bu  təşkilatlarla  xüsusi  sazişlərə  girir,  onlarla  məsləhətləşmələr  apanr  və 
tövsiyələr edir, onlardan müntəzəm məruzələr alır. 
EKOSOK  iqtisadi  və  sosial  sahələrdə  və  insan  hüquqlarına  dəstək 
vermək üçün komissiyalar təsis edir. Hazırda onun 9 funksional komissiyası 
vardır:  Statistika  komissiyası,  Sosial  inkişaf  üzrə  komissiya,  Əhali  və 
inkişaf  üzrə  komissiya.  Qadınların  vəziyyəti  üzrə  komissiya, 
Cinayətkarlığın  qarşısının  alınması  və  cinayət  ədalət  mühakiməsi  üzrə 
komissiya,  Narkotik  vasitələr  üzrə  komissiya,  Elm  və  texnologiya  üzrə 
komissiya.  Davamlı  inkişaf  üzrə  komissiya,  Meşələr  üzrə  BMT  Forumu. 
Bundan  əlavə,  köməkçi  orqan  kimi  EKOSOK-un  5  regional  komissiyası 
vardır: Afrika üzrə İqtisadi komissiya, Asiya və Sakit okean üzrə İqtisadi və 
sosial  komissiya,  Avropa  iqtisadi  komissiyası,  Latın  Amerikası  və  Karib 
hövzəsi  üzrə  İqtisadi  komissiya  və  Qərbi  Asiya  üzrə  İqtisadi  və  sosial 
komissiya. 
EKOSOK öz səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan 
qeyri-hökumət təşkilatlan ilə məsləhətləşmələr apanr. 
EKOSOK  BMT-yə  üzv  olan  hər  hansı  dövləti,  həmin  dövlət  üçün 
xüsusi maraq kəsb edən istənilən məsələnin müzakirəsində iştirak etməyə 
(səsvermə  hüququ  olmadan)  dəvət  edir.  EKOSOK-  un  hər  üzvü  bir  səsə 
malikdir. Onun qərarları iştirak edən və səs verən üzvlərin səs çoxluğu ilə 
qəbul olunur. 
Qəyyumluq  Şurası  BMT  Nizamnaməsində  fonnal  qalsa  da,  artıq 
fəaliyyət  göstərmir.  O,  beynəlxalq  qəyyumluq  sisteminə  daxil  olan 
ərazilərin  siyasi,  iqtisadi  və  sosial  tərəqqisinə,  onların  özünüidarəyə  və 
müstəqilliyə doğru inkişafına dəstək venuək üçün 
129 


yaradılmışdı.  Şuranın  fəaliyyəti  dövründə  11  qəyyumluq  altında  olan 
ərazinin  hamısı  müstəqillik  qazanmışdır  (Qana,  Somali,  Kamerun,  Toqo, 
Ruanda,  Burundi,  Tanzaniya,  Samoa,  Nauru,  Papua-  Yeni  Qvineya  və 
Palua). 1994-cü ildə axırıncı  belə ərazi kimi Paluanın BMT-yə üzv qəbul 
edilməsi  vo  Qəyyumluq  haqqında  Sazişin  qüvvədə  olma  müddətinin 
bitməsi ilə Qəyyumluq Şurası öz vəzifəsini tam yerinə yetirmişdir. Həmin il 
qəbul olunmuş qərara görə. Qəyyumluq Şurası gələcəkdə yalnız vəziyyət 
tələb etdikdə, yığışa bilər. 
Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə 
orqanıdır. O, BM'f Nizamnaməsinə əlavə olunan və onun ayrılmaz tərkib 
hissəsini  təşkil  edən  Statuta  uyğun  olaraq  fəaliyyət  göstərir.  Beynəlxalq 
Məhkəmə dövlətlər arasındakı mübahisələri həll edir və hüquqi məsələlər 
üzrə məsləhət xarakterli rəylər çıxarır. Hər bir dövlət tərəf kimi çıxış etdiyi 
işdə Beynəlxalq Məhkəmənin qərarına əməl etməlidir. 
BMT-nin  bütün  üzvləri 
ipso  facto
  Beynəlxalq  Məhkəmənin 
Statutunun  iştirakçılarıdır.  BMT-nin  üzvü  olmayan  dövlət  Təhlükəsizlik 
Şurasının  tövsiyəsi  əsasında  Baş  Məclis  tərəfindən  müəyyən  olunan 
şərtlərlə. Beynəlxalq Məhkəmənin Statutunun iştirakçısı ola bilər. 
Beynəlxalq  Məhkəməyə  15  hakim  daxildir;  onlar  Baş  Məclis  və 
Təhlükəsizlik  Şurası  tərəfindən  seçilir.  Məhkəmənin  yerləşdiyi  yer 
Niderlandın Haaqa şəhəridir. 
BMT Katibliyinin başlıca vəzifəsi bütün Təşkilatın normal fəaliyyətini 
təmin etməkdən ibarətdir. 
Katiblik Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir 
(Nizamnamənin  97-ci  maddəsi).  Baş  Katib  tərəfindən  Baş  Məclisin 
müəyyən etdiyi qaydalara əsasən təyin olunan Katibliyin işçiləri beynəlxalq 
vəzifəli  şəxslər  hesab  olunur.  Katibliyin  əməkdaşlarını  işə  qəbul  edərkən 
əsas tələblər kimi onlann yüksək iş qabiliyyəti səviyyəsi, səlahiyyətliliyi və 
təmizliyi  ön  plana  çəkilir.  Heyətin  mümkün  qədər  geniş  coğrafi  əsasda 
seçilməsinin  vacibliyinə  lazımi  diqqət  yetirilməlidir.  Öz  vəzifələrini  icra 
edərkən Baş Katib və Katibliyin əməkdaşlan hər hansı hökumətdən və ya 
BMT  üçün  kənar  olan hər hansı  digər  orqandan  göstəriş  istəyə  və  ya  ala 
bilməzlər. 
130 


BMT-nin  hər  bir  Üzvü  Baş  Katibin  və  Katibliyin  əməkdaşlannın 
vəzifələrinin  sırf  beynəlxalq  xarakterinə  hönnət  etməli  və  onlara  öz 
vəzifələrini yerinə yetirərkən heç bir təsir göstərməməlidir. 
BMT-nin  Baş  Katibi  Təşkilatın  baş  inzibati  vəzifəli  şəxsidir.  O, 
Təhlükəsizlik  Şurasının  tövsiyəsi  əsasında  Baş  Məclis  tərəfindən  5  illik 
müddətə  təyin  olunur.  O,  əsasən  icra-sərəncam  funksi-  yalannı  yerinə 
yetirir. 
İndiyə qədər aşağıdakı şəxslər BMT-nin Baş katibi olmuşlar: Trüq- ve 
Li  (Norveç)  -  1945-1953;  Daq  Hammerşcld  (İsveç)  -  1953-1961;  U  Tan 
(Birma) - 1961-1971; Kurt Valdhaym (Avstriya) - 1971-1981; Xavyer Peres 
de  Kuelyar  (Peru)  -  1982-1991;  Butros  Butros  Qali  (Misir)  -  1992-1996, 
Kofi Annan (Qana) - 1997-2006; Ban Ki-mun (Cənubi Koreya) - 2007-ci il 
yanvann 1-dən (2011-ci ilin iyununda yenidən bu vəzifəyə seçilmişdir). 
Baş Katib Baş Məclisin, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial 
Şuranın bütün iclaslarında fəaliyyət göstərir və bu orqanlar tərəfindən ona 
həvalə  olunan  digər  funksiyaları  icra  edir.  O,  Təşkilatın  işi  barədə  Baş 
Məclisə illik məruzə təqdim edir. 
Baş  Katibin  mühüm  səlahiyyətlərindən  biri  ondan  ibarətdir  ki, 
0

beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanmasına  qorxu  törədə 
bilən istənilən məsələni Təhlükəsizlik Şurasının nəzərinə çatdıra bilər. Baş 
Katib beynəlxalq mübahisələrin və situasiyaların nizamlanmasında mühüm 
rol oynayır. 
8.
 
BMT-nin ixtisaslaşmış təsisatları 
BMT-nin ixtisaslaşmış təsisatları  - beynəlxalq əməkdaşlığın bu və 
ya digər konkret sahəsində (iqtisadi^ sosial, mədəni, təhsil, səhiyyə və s.) 
fəaliyyət  həyata  keçirən.  Birləşmiş  Millətlər  Təşkilatı  üə  əlaqəsi  olan 
universal xarakterli beynəlxalq hökumətlərarası təşkilatlardır. 
İxtisaslaşmış  təsisatların  BMT  ilə  əlaqəsi  BMT-nin  əsas  orqanlann- 
dan biri olan EKOSOK vasitəsilə həyata keçirilir. EKOSOK: ixtisaslaşmış 
təsisatlarla saziş bağlayır, məsləhətləşmələr aparmaq və tövsiyələr vermək 
yolu ilə ixtisaslaşmış təsisatlann fəaliyyətinin ümumi koordina- 
131 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə