Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə39/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   114

1)
 
universal  təşkilatlar  (Birləşmiş  Millətlər  Təşkilatı,  Beynəlxalq 
Əmək Təşkilatı, YUNESKO və b.). 
2)
 
regional  təşkilatlar  (Avropa  Şurası,  Afrika  İttifaqı,  Amerika 
Dövlətləri Təşkilatı və b.). 
II
 
~ malik olduqlan səlahiyyətlərin həcminə və xarakterinə görə: 
1)
 
ümumi səlahiyyətə malik təşkilatlar (Birləşmiş Millətlər 'Fəşkilatı, 
ATƏT, Amerika Dövlətləri Təşkilatı və b.). 
2)
 
xüsusi səlahiyyətə malik təşkilatar (Ümumdünya Ticarət Təşkilatı, 
Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və b.). 
III
 
- təşkilata daxil olma qaydasına görə: 
1)
 
açıq təşkilatlar (istənilən dövlət onların üzvü ola bilər) 
2)
 
qapalı təşkilatlar (bu təşkilatın üzvlüyünə qəbul təsisçi dövlətlərin 
dəvəti ilə həyata keçirilir; məsələn, NATO). 
3.
 
Beynəlxalq təşkilatların funksiyaları 
Beynəlxalq təşkilatlar, bir qayda olaraq, aşağıdakı funksiyaları həyata 
keçirir: 
1)
 
normayaratma funksiyası: 
-
 
beynəlxalq  hüquq  normalarının  yaradılmasında  bilavasitə  iştirak 
edir; 
-
 
dövlətlərin normayaratma prosesində iştirak edir. 
2)
 
məcəlhləşdirmə  funksiyası 
(bax, 

cümlədən: 
BMT 
Nizamnaməsinin 13-cü maddəsi). 
3)
 
informasiya funksiyası: 
-
 
təşkilatın  fəaliyyətinin  məqsədləri  və  əsas  istiqamətlərinə  aid 
sənədlərin nəşrini təşkil edir; 
-
 
aktual  beynəlxalq  məsələlərə  dair  xüsusi  materiallar  (məruzələr, 
icmallar, referatlar) nəşr edir. 
4)
 
nəzarət funksiyası: 
-
 
müvafiq beynəlxalq hüquq normalannm dövlətlər tərəfindən yerinə 
yetirilməsinə  -  bəzi  hallarda  bu  məqsədlə  yaradılmış  xüsusi  orqanlar 
vasitəsilə - nəzarət edir. 
120 


5)
 
operativ  funksiyalar
  (öz  sorəncamında  olan  insan  vo  maddi 
resursların  köməyi  ilə  müəyyən  vəzifələri  özü  həyala  keçirir:  məsələn, 
beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üzrə BMT əməliyyatları; 
BMT  vo  onun  ixtisaslaşmış  təsisatları  tərəfindən  inkişaf  etməkdə  olan 
ölkələrə  texniki  yardım  göstərilməsi;  kommersiya-istismar  fəaliyyəti, 
maliyyə əməliyyatları və s.). 
Hər  bir  beynəlxalq  təşkilat  öz  təşkilatdaxili  münasibətlərini,  yəni 
təşkilatla heyət arasmdakı və ləşkilatm orqanlan arasındakı münasibətləri 
nizama  salmaq  məqsədilə  müəyyən  hüquqi  normalar  qəbul  edir.  Bu 
normalann məcmusuna 
beynəlxalq təşkilatın daxili hüququ
 deyilir. 
4.
 
Beynəlxalq təşkilatda üzvlük 
Beynəlxalq təşkilatın üzvləri iki cür olur: 
1.
 
ilkin üzvlər
 (beynəlxalq təşkilatın yaradılmasında əvvəldən iştirak 
etmiş və ya onun təsis aktını imzalamış dövlətlər); 
2.
 
qoşulmuş  dövlətlər.
  BMT-nin  ixtisaslaşmış  təsisatlarında  iki 
kateqoriya fərqləndirilir: 
1)
 
BMT  üzvü  olan  dövlətlər:  bu  dövlətlər  üçün  müvafiq  təşkilatın 
nizamnaməsinə qoşulmağm sadələşdirilmiş qaydası nəzərdə tutulmuşdur
2)
 
BMT  üzvü  olmayan  dövlətlər:  onlar  üçün  daha  sərt  üzv  olma 
qaydaları müəyyən edilmişdir. 
Hər  hansı  dövlətin  BMT  üzvlüyünə  qəbul  edilməsi  BM'f 
Nizamnaməsinin  4-cü  maddəsinin  l-ci  bəndinə  əsasən  həyata  keçirilir. 
Həmin  maddəyə  görə,  «Təşkilatın  üzvlüyünə  qəbul  bu  Nizamnamədə 
göstərilmiş  öhdəlikləri  öz  üzərinə  götürməyə  hazır  olan  bütün  sülhsevər 
dövlətlər üçün açıqdın>. 4-cü maddənin 2-ci bəndinə görə, BMT üzvlüyünə 
qəbul Təhlükəsizlik Şurasının təqdimatına əsasən Baş Məclisinin qəran ilə 
həyata keçirilir ( bax habelə: BMT Beynəlxalq Məhkəməsinin 1950-ci il 3 
mart tarixli məsləhət xarakterli rəyi). 
Bundan  əlavə,  bir  sıra  beynəlxalq  təşkilatlarda 
daimi  müşahidəçi 
missiyası
  mövcuddur.  Dövlətlərin  universal  xarakterli  beynəlxalq 
təşkilatlarla münasibətlərdə nümayəndəlikləri haqqında 1975-ci il 
121 


Vyana Konvensiyasının 5-ci maddəsinə görə, daimi müşahidəçi missiyası 
aşağıdakı fiınksiyalan həyata keçirir; a) Təşkilatla əlaqələr saxlanması; b) 
Təşkilatın  fəaliyyətinin  bilavasitə  öyrənilməsi  və  bu  barədə  göndərən 
dövlətin hökumətinə xəbər verilməsi; c) Təşkilatla əməkdaşlığa və onunla 
danışıqlar apanimasına kömək göstərilməsi. 
Beynəlxalq təşkilatda üzvlüyə iki üsulla 
xitam verilir:
 
1)
 
təşkilatdan  çıxma.
  Bu,  yazılı  ərizə  əsasmda  həyata  keçirilir. 
Ərizənin  qüvvəyə  minməsi  üçün  müəyyən  müddət  nəzərdə  tutulur. 
Təşkilatdan çıxmazdan əvvəl maliyyə öhdəlikləri yerinə yetirilməlidir. 
2)
 
təşkilatdan  xaric  etmə.
  Bu,  təşkilatın  nizamnamə  müddəalanm 
kobud və ya sistematik qaydada pozan dövlətlərə qarşı sanksiya kimi tətbiq 
oluna  bilər  (məsələn,  BMT  Nizamnaməsinin  6-cı  maddəsi:  «Bu 
Nizamnamədə  göstərilmiş  prinsipləri  sistematik  qaydada  pozan  Təşkilat 
üzvü.  Təhlükəsizlik  Şurasının  təqdimatı  əsasında  Baş  Məclis  tərəfindən 
Təşkilatdan xaric edilə bilən>). Misallar: OAPEK-dən (Neft ixrac edən ərəb 
ölkələri  Təşkilatı)  Misirin  1979-cu  ildə  çıxanl-  ması;  Ümumdünya  Poçt 
İttifaqından Cənubi Afrika Respublikasının 1979-cu ildə çıxaniması. 
Beynəlxalq  təşkilatda  üzvlük  aşağıdakı  hallarda 
müvəqqəti 
dayandırıla
 bilər: 
1)
 
sanksiya kimi
 (əsasən, maliyyə öhdəliklərini pozmağa görə tətbiq 
edilir. Məsələn, 1968-ci ildə Haiti və Dominikan Respublikasının BMT-də 
üzvlüyü dayandınimışdı); 
2)
 
üzv  olan  dövlətin  iradəsi  ilə
  (məsələn,  İndoneziya  1964-1966-cı 
illərdə BMT ilə faktik əməkdaşlığı kəsmişdi). 
5.
 
Beynəlxalq təşkilatların sanksiyaları 
Beynəlxalq təşkilatlar üzv dövlətlərə qarşı müəyyən sanksiyalar tətbiq 
edə bilər: 
I. Maddi normaların pozulmasına görə: 
(Məsələn:  təşkilatın  nizamnaməsində  təsbit  olunmuş  məqsəd  və 
prinsiplərin pozulması; aralannda əməkdaşlıq haqqında saziş 
122 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə