Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə41/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   114

Baş  Moclis  beynolxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 
saxlanmasına  aid  olan,  Təhlükəsizlik  Şurası  və  ya  hər  hansı  dövlət 
tərəfindən  ona  təqdim  olunmuş  istənilən  məsələni  müzakirə  edə  bilər  və 
müvafiq tövsiyələr edə bilər. Barəsində tədbir görülməli olan hər hansı belə 
məsələ Baş Məclis tərəfindən Təhlükəsizlik Şurasına verilir. Təhlükəsizlik 
Şurası, hər hansı bir mübahisə və ya situasiya ilə bağlı bu Nizamnamənin 
onun üçün nəzərdə tutduğu funksiyaları yerinə yetirdiyi zaman. Baş Məclis, 
əgər Təhlükəsizlik Şurası ondan bu barədə xahiş etmirsə, həmin mübahisə 
və ya situasiya ilə bağlı heç bir tövsiyə verə bilməz. 
Baş  Məclis  BM'f-nin  büdcəsini  nəzərdən  keçirir  və  təsdiq  edir.  O, 
l'əhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvlərini,  İqtisadi  və  Sosial  Şuranın 
üzvlərini seçir, köməkçi orqanlar yaradır. Təhlükəsizlik Şurasının təqdimatı 
əsasında Baş Məclis BMT-yə  yeni üzvlərin qəbul edilməsi və üzvlükdən 
çıxarılması, BMT üzvlərinin öz hüquq və imtiyazlarını həyata keçirməsinin 
müvəqqəti  dayandırılması  məsələlərini  həll  edir.  Baş  Katibi  təyin  edir. 
Təhlükəsizlik Şurası ilə paralel Beynəlxalq Məhkəmənin üzvlərini seçir. 
Baş Məclis öz müntəzəm illik sessiyalarına və vəziyyət tələb etdikdə, 
xüsusi  sessiyalara  yığışır.  Müntəzəm  sessiyalar  hər  il  sentyabr  ayının 
üçüncü  çərşənbə  axşamı  açılır.  Xüsusi  sessiyalar  Baş  Katib  tərəfindən 
Təhlükəsizlik  Şurasının  və  ya  BMT  üzvlərinin  əksər  hissəsinin  tələbi  ilə 
çağırılır. 
Baş  Məclisin  altı  əsas  komitəsi  vardır:  Birinci  komitə (Tərksilah  və 
beynəlxalq  təhlükəsizlik  məsələləri);  İkinci  komitə  (iqtisadi  və  maliyyə 
məsələləri);  Üçüncü  komitə  (sosial,  humanitar  və  mədəni  məsələlər); 
Dördüncü  komitə  (xüsusi  siyasi  məsələlər  və  müstəmləkəçilikdən  azad 
olma  məsələləri);  Beşinci  komitə  (inzibati  və  büdcə  məsələləri);  Altıncı 
komitə (hüquqi məsələlər). 
Baş  Məclisin  mühüm  məsələlər  üzrə  qərarları  onun  sessiyada  və 
səsvermədə iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu 
məsələlərə  aşağıdakılar  daxildir:  beynəlxalq  sülhün  və  təhlükəsizliyin 
qorunub  saxlanması  ilə  əlaqədar  tövsiyələr,  1’əhlükəsizlik  Şurasının 
qeyri-daimi  üzvlərinin  seçilməsi,  İqtisadi  və  Sosial  Şuranın  üzvlərinin 
seçilməsi.  Birləşmiş  Millətlərə  yeni  Üzvlərin  qəbul  olunması.  Təşkilat 
Üzvlərinin hüquq və imtiyazla- 
126 


nnın müvəqqəti dayandın iması. Üzvlərin Təşkilatdan çıxarılması və büdcə 
məsələləri. 
Digər məsələlər üzrə qərarlar sessiyada və səsvermədə iştirak edən üzv 
dövlətlərin sadə səs çoxluğu ilə qəbul edilir. 
Təhlükəsizlik  Şurası  BMT  orqanları  sistemində  xüsusi  yer  tutur. 
Beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunmasında  başlıca  məsuliyyət 
məhz onun üzərinə qoyulmuşdur. Bu məqsədlə müəyyən tədbirlər görərkən 
Təhlükəsizlik Şurası bütün üzv dövlətlərin adından çıxış edir. 
Təhlükəsizlik  Şurası  15  üzvdən  ibarətdir.  Onlardan  beşi 
daimi 
üzvlərdir -
 ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin. Qalan on dövlət 
isə - bunlar 
qeyri-daimi üzvlərdir -
 Baş Məclis tərəfindən iki il müddətinə 
seçilir.  2011-ci  ilin  oktyabrında  Azərbaycan  Respublikası  155  dövlətin 
dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 
Təhlükəsizlik  Şurasının  geniş  səlahiyyətləri  vardır.  O,  beynəlxalq 
ixtilafa  gətirib  çıxara  bilən  və  ya  beynəlxalq  mübahisəyə  səbəb  ola  bilən 
istənilən  mübahisəni  və  ya  situasiyanı,  həmin  mübahisənin  və  ya 
situasiyanın davam etməsinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub 
saxlanmasına təhlükə yarada biləcəyini müəyyən etmək məqsədi ilə tədqiq 
edə bilər. 
Sülhə təhlükənin, sülhün pozulmasının və ya təeavüz aktının olmasının 
müəyyən  edilməsi  Təhlükəsizlik  Şurasının  müstəsna  səlahiyyətinə  aiddir. 
Belə  bir  faktı  müəyyən  etdikdən  sonra  Təhlükəsizlik  Şurası  iki  cür  qərar 
qəbul  edə  bilər: l)  silahlı  qüvvələrin istifadəsi ilə  bağlı  olmayan  tədbirlər 
(41-ci  maddə);  2)  silahlı  tədbirlər  (42-ci  maddə).  Silahlı  qüvvələrin 
istifadəsi  ilə  bağlı  olmayan  tədbirlər  iqtisadi  münasibətlərin  və  dəmiryol, 
dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya 
qismən  dayandırılmasını  və  diplomatik  münasibətlərin  kəsilməsini  özünə 
daxil  edə  bilər.  Nizamnamənin  42-ci  maddəsinə  görə,  əgər  Təhlükəsizlik 
Şurası  hesab  etsə  ki,  41-ei  maddədə  nəzərdə  tutulmuş  tədbirlər  kifayət 
olmaya  bilər  və  ya  artıq  kifayət  olmamışdır,  o,  hava,  dəniz  və  ya  quru 
qüvvələrinin  vasitəsilə  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 
saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər; həmin 
tədbirlər Birləşmiş Millətlərin 
127 


üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını 
və digər əməliyyatlarını özünə daxil edə bilər. 
Bunlardan  əlavə,  1  ohlükəsizlik  Şurasının  praktikada  geniş  həyata 
keçirdiyi, lakin BMT Nizamnaməsinin özündə birbaşa göstərilməyən daha 
bir mühüm səlahiyyəti vardır: potensial və ya mövcud münaqişə rayonuna 
müvafiq dövlətin razılığı ilə sülhməramlı qüvvələrin göndərilməsi 
(sülhün 
bərpa  edilməsi  və  ya  qorunub  saxlanması  üzrə  əməliyyatlar).
  Hazırda 
dünyanın  4  qitəsində  15  bu  cür  əməliyyat  həyata  keçirən  qüvvələr 
yerləşdirilmişdir  (Kiprdə,  Konqo  Dcmolo-atik  Res-  pubikasında, 
Liberiyada, Livanda, Sudanda və b.). 
Baş  Məclisin  aktlarından  fərqli  olaraq,  'fəhlükəsizlik  Şurasının 
qətnamələri məcburi xarakter daşıyır və bütün dövlətlər tərəfindən yerinə 
yetirilməlidir.  Təəssüf  ki,  onların  xeyli  hissəsinə  praktikada  siyasi 
mülahizələr ucbatından əməl olunmur. Məsələn, hamımıza yaxşı məlumdur 
ki. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının çıxardığı 
dörd qətnamə (822, 853, 874 və 884) indiyə qədər kağız üzərində qalır. 
Təhlükəsizlik  Şurası  elə  təşkil  olunur  ki,  fasiləsiz  fəaliyyət  göstərə 
bilsin, 'fəhlükəsizlik Şurasının hər bir üzvü bu məqsədlə 'fəşkilatm olduğu 
yerdə hər an təmsil olunmalıdır. 
'fəhlükəsizlik Şurasının hər bir üzvü bir səsə malikdir. Təhlükəsizlik 
Şurasının prosedur məsələlər üzrə qərarlan doqquz üzvün lehinə səs vennəsi 
ilə  qəbul  olunur,  'fəhlükəsizlik  Şurasının  bütün  digər  məsələlər  üzrə 
qərarları,  daimi  üzvlərin  uyğun  gələn  səsləri  də  daxil  olmaqla,  doqquz 
üzvün  lehinə  səs  verməsi  ilə  qəbul  olunur.  Şuranın  hər  hansı  bir  üzvü 
qərarın əleyhinə səs verirsə, qərar qəbul olunmur, 'fəhlükəsizlik Şurasının 
daimi  üzvlərinin  bu  müstəsna  hüququ  veto  hüququ  adlanır.  Əgər  daimi 
üzvlərdən  biri  və  ya  bir  neçəsi  səsvermə  zamanı  bitərəf  qalırsa  və  ya 
səsvermədə  iştirak  etmirsə,  doqquz  üzvün  lehinə  səs  verdiyi  qərar  qəbul 
olunmuş sayılır. 
İqtisadi  və  Sosial  Şura  (EKOSOK)  BM'f-nin  və  onun  ixtisaslaşmış 
təsisatlarının iqtisadi və sosial sahələrdə fəaliyyətini əlaqələndirən orqandır. 
O, Baş Məclis tərəfindən üç il müddətinə seçilən 54 üzv dövlətdən ibarətdir; 
bu tərkibin üçdə biri, yəni 18 üzv dövlət hər il yenidən seçilir. 
128 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə