Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə61/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   114

öz  müqəddəratını  təyin  etmək  hüququnu  həyata  keçirmək  üçün 
müstəmləkə hökmranlığına və xarici işğala, habelə irqçi rejimlərə qarşı 
xalqların  apardıqları  silahlı  mübarizə
  də  beynəlxalq  silahlı  münaqişə 
hesab  edilir  (bax:  Cenevrə  Konvensiyalarına  I  Əlavə  Protokolun  1-ci 
maddəsinin 4-cü bəndi).
 
Bundan  əlavə,  beynəlxalq  humanitar  hüquq 
qeyri-beynəlxalq 
xarakterli  (daxili)  silahlı  münaqişələrə
  şamil  edilir.  Bu,  Cenevrə 
Konvensiyaları  üçün  ümumi  olan  3-cü  maddədə  göstərilmişdir.  Cenevrə 
Konvensiyalarına II Əlavə Protokolun 1-ci maddəsinin 1-ci bəndində bu cür 
silahlı münaqişələrin səciyyəvi cəhətləri dəqiqləşdirilmişdir: 
-
 
bir dövlətin ərazisində baş verir; 
-
 
həmin dövlətin silahlı qüvvələri ilə müxtəlif silahlı qüvvələr və ya 
digər mütəşəkkil silahlanmış qruplar arasında olur; 
-
 
hökumət  əleyhinə  olan  qüvvələr  məsul  komandanlıq  altında 
olmaqla, dövlətin ərazisinin bir hissəsi üzərində elə nəzarət həyata keçirirlər 
ki,  bu,  onlara  fasiləsiz  və  razılaşdınlmış  hərbi  əməliyyatlar  aparmağa  və 
müvafiq  beynəlxalq  humanitar  hüquq  normalarını  tətbiq  etməyə  imkan 
verir. 
Cenevrə Konvensiyalan üçün ümumi olan 3-cü maddədə dövlətlərin 
suverenliyi və ərazi bütövlüyü baxımından belə bir mühüm müddəa təsbit 
olunmuşdur  ki, 
müvafiq  beynəlxalq  humanitar  hüquq  normalarının 
tətbiqi  münaqişədə  olan  tərəflərin  hüquqi  statusuna  heç  bir  xələl 
gətirmir.
 
Beynəlxalq humanitar hüquq habelə son onilliklər üçün səciyyəvi olan 
qarışıq silahlı münaqişələr - beynəlxalq münaqişələrin əlamətlərini kəsb 
edən,
  yəni 
digər  dövlətin  birbaşa  hərbi  müdaxilə  etdiyi  daxili  silahlı 
münaqişələr -
 dövründə də tətbiq olunur.
 
Nikaraqua  işində
  BMT-nin  Beynəlxalq  Məhkəməsi,  Amerika 
Birləşmiş  Ştatlannm  Nikaraquadakı  «kontras»lara  yardımı  məsələsini 
nəzərdən  keçirərkən,  nəinki  müdaxilə  edən  dövlətin  özünün  humanitar 
hüquqa  riayət  etməli  olduğunu  qeyd  etmişdi,  həmçinin  göstərmişdi  ki, 
həmin dövlət, - Cenevrə Konvensiyalan üçün ümumi olan 1-ci maddənin 
tələblərindən irəli gələrək, - yardım etdiyi qüvvələr tərəfindən do humanitar 
hüquqa riayət olunmasını təmin etməlidir. 
186 


Beynəlxalq  humanitar  hüquq  normaları  daxili  gərginlik  hallan-  na, 
daxili iğtişaşlara, sporadik zorakılıq aktlarına tətbiq olunmur. Bu cür hallara 
beynəlxalq insan hüquqları standartları şamil edilir. 
3.
 
Beynəlxalq humanitar hüququn prinsipləri 
Beynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən 
bir sıra 
prinsiplərə
 söykənir. Bu prinsiplər aşağıdakılardır: 
a)
 
silahlı  münaqişələrin  humanistləşdirilməsi;
 
bu,  əslində 
beynəlxalq humanitar hüququn başlıca prinsipidir. 
b)
 
döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan 
tərəflərin üzərinə məhdudiyyətlər qoyulması; 
c)
 
müharibə qurbanlarının bcynəlxalq-hüquqi müdafiəsi; 
ç) mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi
d)
 
hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə 
uzlaşdırılması; 
e)
 
düşmən tərəfə, müharibənin məqsədinə (məsələn, düşmənin hərbi 
gücünün məhv edilməsi və ya zəiflədilməsi və s.) uyğun gəlməyən ziyan 
vurulmasının yolverilməzliyi; 
ə) neytral dövlətlərin mənafelərinin qorunması. 
4.
 
Beynəlxalq humanitar hüququn əsas normaları 
Beynəlxalq humanitar hüququ təşkil edən bütün normativ massivi ən 
yığcam formada belə ifadə etmək olar: 
1.
 
Sıradan  çıxmış  şəxslər,  habelə  hərbi  əməliyyatlarda  bilavasitə 
iştirak  etməyən  şəxslər,  xüsusilə  mülki  əhali,  onlann  həyatma  və  fiziki 
toxunulmazlığına  hörmət  edilməsi  hüququna  malikdirlər.  Bütün  hallarda 
onlarla heç bir fərq qoyulmadan, insani rəftar edilməlidir. 
2.
 
Təslim  olan  və  ya  hərbi  əməliyyatlarda  artıq  iştirak  etməyən 
düşməni öldürmək və ya ona xəsarət yetirmək qadağandır. 
3.
 
Yaralılar və xəstələr
 yerdən götürülməli və onlara lazımi yardım 
göstərilməlidir. Tibbi heyət, tibbi müəssisələr və nəqliyyat 
187 


vasitələri də müdafiə altındadır. Qızıl xaç və qızıl aypara nişanına hörmət 
edilməlidir. 
4.
 
Əsir  götürülmüş
  döyüş  iştirakçıları  (kombatantlar)  və  düşmən 
tərəfin  əlində  olan 
mülki  şəxslər
  onların  həyatına,  ləyaqətinə,  şəxsi 
hüquqlarına  və  əqidələrinə  hörmət  edilməsi  hüququna  malikdirlər.  Onlar 
istənilən zorakılıq aktlarından müdafiə olunmalıdırlar. Onlar öz ailələri ilə 
məktublaşmaq və kömək almaq hüququna malik olmalıdırlar. 
5.
 
Hər  kəsin  əsas  məhkəmə  təminatlanna  hüququ  vardır.  Heç  kəs 
törətmədiyi hərəkətlərə görə məsuliyyət daşımır. Heç kəs fiziki və ya psixi 
işgəncələrə,  cismani  cəzalara,  qəddar  və  ya  alçaldıcı  rəftara  məruz 
qalmamalıdır. 
6.
 
Münaqişənin  tərəflərinin  və  onlann  silahlı  qüvvələrinin  döyüş 
apanimasının metod və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir. 
Artıq dağıntılar və ya hədsiz əzab-əziyyət törətməyə qabil olan silahlann və 
döyüş apaniması metodlannm tətbiqi qadağandır. 
7.
 
Münaqişənin tərəfləri, mülki əhalini və mülki obyektləri qorumaq 
məqsədilə mülki əhali və kombatantlar arasında həmişə fərq qoymalıdırlar. 
Nə  bütövlükdə  mülki  əhali,  nə  də  ayn-ayn  mülki  şəxslər  hücuma  məruz 
qalmamalıdır. Hücum yalnız hərbi obyektlərə qarşı yönəlməlidir. 
5.
 
Müharibənin başlamasının hüquqi nəticələri 
Müharibənin  başlaması  ilə,  bir  qayda  olaraq,  aşağıdakı  hüquqi 
nəticələr ortaya çıxır: 
1)
 
dövlətlər  arasında  diplomatik,  konsulluq  və  digər  münasibətlər 
kəsilir; 
2)
 
səfirlik və konsulluq binalarının, onlann əmlakı və arxivləri ilə bir 
yerdə  mühafizəsi 
Himayəçi  Dövlətə
  (vuruşan  tərəflərin  təyin  etdiyi  və 
onların mənafelərini qorumalı olan hər hansı dövlət belə adlanır) və ya onu 
əvəz  edən  hər  hansı  qərəzsiz  təşkilata,  adətən.  Beynəlxalq  Qızıl  Xaç 
Komitəsinə (buna humanitar hüquqda 
«substitut»
 deyilir) etibar edilir. 
188 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə