Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn


 Ayrı-ayrı beynəlxalq cinayətlərin



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə67/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   114

4. Ayrı-ayrı beynəlxalq cinayətlərin 
tərkib ünsürləri 
a)
 
təcavüz 
Təcavüz  ən  ağır  beynəlxalq  cinayət  hesab  olunur.  Təcavüzün 
beynəlxalq  cinayət  «statusu»  və  beynəlxalq  fərdi  cinayət  məsuliyyəti 
doğurması,  hər  şeydən  əvvəl,  beynəlxalq  adət  hüququndan  irəli  gəlir. 
Başlıca maddi-hüquqi əsas kimi 1928-ci il Brian-Kelloq Paktmı, Nümberq 
Tribunalının  Nizamnaməsi  və  Hökmünü  və  müəyyən  mənada,  habelə 
hüquqi  xarakterə  malik  olmayan,  lakin  çox  böyük  əhəmiyyət  daşıyan 
«Təcavüzün  tərifi»  haqqında  BMT  Baş  Məclisinin  1974-cü  il  14  dekabr 
tarixli Qətnaməsini göstərmək olar. Təcavüz haqqında müvafiq müddəalar 
habelə  Sülh  və  bəşəriyyətin  təhlükəsizliyi  əleyhinə  cinayətlər  Məcəlləsi 
Layihəsində  (16-cı  maddə)  öz  əksini  tapmışdır.  Beynəlxalq  Cinayət 
Məhkəməsinin  Statutunda  (5-ci  maddə)  təcavüz  Məhkəmənin  yurisdik- 
siyasına  aid  edilsə  də,  onun  tərifi  verilməmişdir.  Göstərilən  səylərə 
baxmayaraq, iştirakçı dövlətlər təcavüzün elementləri barədə razılığa gələ 
bilməmişlər. 
Ümumi  beynəlxalq  hüquqa  görə, 
dövlət  tərəfindən  törədilən 
təcavüzün planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və ya 
həyata keçirilməsində rəhbər və ya təşkilatçı kimi iştirak edən və ya bu 
barədə əmr verən şəxs təcavüz cinayətinə görə məsuliyyət daşıyır.
 Qeyd 
edək  ki,  təcavüz  aktını  yalnız  müvafiq  hakimiyyət  səlahiyyətlərinə  malik 
olan şəxslər törədə bilərlər. Başqa sözlə, bu halda söhbət «rəhbərlərdən» və 
ya  «təşkilatçılardan»  getməlidir;  bu  terminlər  nəinki  hökumət  üzvlərini, 
habelə  hərbi strukturlarda, diplomatik  korpusda,  siyasi  partiyalarda  və  ya 
işgüzar  dairələrdə  yüksək  vəzifələr  tutan  şəxsləri  əhatə  edir.  Təcavüz 
aktının  törədilməsində  iştirak  qəsdən  olmalıdır  və  təcavüzkar  plan  və  ya 
siyasət çərçivəsində bütün işin dərk edilməsi ilə həyata keçirilməlidir. 
Fiziki  şəxsin  təcavüz  cinayətinə  görə  məsuliyyəti  təcavüzün  dövlət 
tərəfindən törədilməsi ilə üzvi surətdə bağlıdır. Əslində dövlətin törətdiyi 
təcavüz cinayəti şəxsin (şəxslərin) cinayət mə- 
205 


suliyyotinin  yaranması  üçün  zəruri  şərtdir.  Bu,  həm  də  o  deməkdir  ki, 
dövlətin təcavüz törətməsi faktı müəyyən olunmasa, bu və ya digər fiziki 
şəxs  təcavüz  cinayətinə  görə  məsuliyyətə  cəlb  oluna  bilməz.  Digər  bir 
tərəfdən,  məlum  olduğu  kimi,  BMT  Nizamnaməsinin  39-cu  maddəsinə 
görə,  təcavüz  aktının  müəyyən  edilməsi  BMT  Təhlükəsizlik  Şurasının 
müstəsna səlahiyyətinə aiddir. 
'fəcavüz cinayəti özündə bir neçə mərhələni ehtiva edir: 
1)
 
təcavüz aktının törədilməsi haqqında əmr verilməsi
2)
 
təcavüzkar müharibənin planlaşdırılması; 
3)
 
təcavüzkar müharibənin hazırlanması; 
4)
 
müharibənin başlanması; 
5)
 
müharibənin aparılması. 
Praktikada  bu  mərhələlər  bir-birindən  aydın  fərqlənmir.  Bununla 
yanaşı,  qeyd  etmək  lazımdır  ki,  yalnız  bir  mərhələdə  iştirak  cinayət 
məsuliyyətinin yaranması üçün kifayətdir. 
b)
 
soyqırım 
«Soyqırım» («gcnocidc») termini ilk dəfə, əslən polyak olan  Rafael 
Lemkin  tərəfindən  işlədilmişdir.  Soyqırım  cinayətinin  beynəlxalq  fərdi 
cinayət məsuliyyəti yaratması ilk dəfə olaraq BMT Baş Məclisinin 1946-cı 
ildə qəbul etdiyi 97 nömrəli qətnaməsində təsbit olunmuşdur. Bu cinayətin 
hüquqi  əsasını  1951-ci  ildə  qüvvəyə  minmiş  və  prinsipial  müddəaları 
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 
Konvensiya
 təşkil edir. 
Konvensiyanın 2-ci maddəsində soyqınmın tərifi verilmişdir; bu tərif, 
demək olar ki, hamılıqla qəbul edilmişdir və bir neçə mühüm beynəlxalq 
sənəddə  (məsələn,  Yuqoslaviya  və  Ruanda  beynəlxalq  cinayət 
tribunallarının Nizamnamələrində (müvafiq olaraq 4-cü və 3-cü maddələr). 
Sülh  və  bəşəriyyətin  təhlükəsizliyi  əleyhinə  cinayətlər  məcəlləsinin 
Layihəsində  (17-ci  maddə)  və  bir  çox  dövlətlərin  cinayət 
qanunvericiliyində  (o  cümlədən  Azərbaycan  Respublikasının  Cinayət 
Məcəlləsində  (103-cü  maddə))  olduğu  kimi  əks  olunmuşdur.  Məmin 
maddədə deyilir: «Soyqırım 
206 


cinayəti  hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupu  bir  qrup  kimi 
tamamilə  və  ya  qismən  məhv  etmək  niyyəti  ilə  törədilən  aşağıdakı 
əməllərdən biridir: 
a)
 
belə bir qrupun üzvlərinin öldürülməsi
b)
 
belə bir qrupun üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozğunluq 
yetirilməsi; 
e)
 
qəsdən hər hansı belə bir qrup üçün  onun tamamilə və ya qismən 
fiziki məhvinə yönəlmiş həyat şəraitinin yaradılması; 
d)
 
belə bir qrupun içərisində doğumun qarşısının alınmasına yönəlmiş 
tədbirlər; 
e)
 
zorla uşaqların bir qrupdan başqa bir qrupa verilməsi». 
Gördüyümüz kimi, soyqırımın analıyışı iki mühüm ünsürdən 
ibarətdir: 1) niyyət və 2) qadağan olunmuş əməl. 
Soyqırım üçün ən əhəmiyyətli ünsür 
spesifik niyyətin
 olmasıdır. Bu, 
soyqırımı obyektiv cəhətinə görə oxşar olan digər beynəlxalq cinayətlərdən, 
xüsusən insanlıq əleyhinə cinayətlərdən, eləcə də müharibə cinayətlərindən 
(soyqırım  silahlı  münaqişə  şəraitində  törədildikdə)  fərqləndirən  başlıca 
xüsusiyyətdir. Soyqırım cinayətinin tövsifedici əlaməti kimi, niyyət özündə 
bir neçə mühüm aspekti ehtiva edir: 
1)
 
niyyət, təsadüfən bu və ya digər konkret qrupa məxsus olan bir və 
ya  bir  neçə  şəxsin  deyil,  qrupun  məhv  edilməsindən  ibarət  olmalıdır.
 
Fərdin  şəxsiyyəti  yox,  məhz  müəyyən  qrupa  mənsubiyyəti  soyqınmın 
bilavasitə qurbanlarını təyin etmək üçün həlledici meyardır.
 
2)
 
niyyət,  qrupun  bir  qrup  kimi,  özü-özlüyündə,  başqalarından 
fərqlənən bir ayrıca qurum kimi məhv edilməsindən ibarət olmalıdır.
 Bu 
baxımdan,  soyqırım  ilə  adamöldümıə  (homosid)  cinayəti  arasında  fərq 
ondadır  ki,  soyqırım  bütöv  insan  qruplanmn  mövcudluq  hüququnu 
tanımaqdan imtina, adamöldürmə isə ayrı-ayrı insan varlıqlannm yaşamaq 
hüququnu tanımaqdan imtina kimi səciyyələndirilir. 
3)
 
niyyət, qrupun «tamamilə və ya qismən» məhv edilməsindən ibarət 
olmalıdır. 
4)
 
niyyət yuxanda göstərilən qruplardan birinin, məhz milli, etnik, irqi 
və ya dini qrupun məhv edilməsindən ibarət olmalıdır. 
207 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə