Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə32/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   114

namənin  1-ci  maddəsində  belə  ifadə  olunmuşdur:  «Hər  hansı  dövlət 
tərəfindən 
öz  suverenliyini  həyata  keçirməklə
  verilən  sığınacağa  bütün 
digər  dövlətlər  tərəfindən  hörmət  edilməlidir».  Diqqətəlayiq  haldır  ki, 
sözügedən  hüquq  insan  hüquqlan  sahəsində  olduqca  mühüm 
beynəlxalq-hüquqi  akt  olan 
Vətəndaş  və  siyasi  hüquqlar  haqqında 
Beynəlxalq  Paktda
  öz  əksini  tapmamışdır.  Bundan  əlavə,  vaxtilə  BMT 
Beynəlxalq  hüquq  komissiyasının  sığınacaq  hüququna  aid  normalan 
məcəllələşdirmək cəhdləri uğursuz olmuşdu və nəticədə 1967-ci ildə yalnız 
yuxanda adını çəkdiyimiz Bəyannamə qəbul edilmişdi. 
Ümumi  beynəlxalq  hüquqa  görə,  müəyyən  şəxslərə  dövlət  heç  bir 
halda  sığınacaq  verə  bilməz.  Belə  ki,  barələrində  sülh  əleyhinə  cinayət, 
müharibə  cinayəti  və  ya  insanlıq  əleyhinə  cinayət  törətdikləri  haqqında 
kifayət  qədər  ciddi  əsaslar  olan  şəxslər,  habelə  qeyri-siyasi  cinayət 
törətdiklərinə  görə  öz  ölkələrində  təqib  olunan  şəxslər  sığınacaq 
hüququndan istifadə edə bilməzlər. Qeyd edək ki, hansı cinayət əməllərinin 
siyasi cinayətlər kateqoriyasına aid edilməsini sığınacaq verən dövlət özü 
müəyyən edir. 
Bir  qayda  olaraq,  siyasi  sığınacaq  almış  şəxslərin  hüquqi  rejimi 
vətəndaşlığı  olmayan  şəxslərin  statusu  ilə  bərabər  tutulur.  Lakin  bəzi 
dövlətlərin  qanunvericiliyində,  sığınacaq  almış  şəxslər  üçün  mənzil, 
işədüzəlmə və s. ilə bağlı güzəştlər müəyyən edilmişdir. 
Dövlətin  hər  hansı  bir  şəxsə  siyasi  sığınacaq  verməsi  bir  su*a 
beynəlxalq-hüquqi nəticələr doğurur: 
1)
 
dövlət sığınacaq verdiyi şəxsi geri verə bilməz
2)
 
dövlət sığınacaq verdiyi şəxsə onun hər hansı bir ölkədə hüquqlan 
pozulan  zaman  diplomatik  müdafiə  təmin  edə  bilər  (daha  doğrusu, 
kvazidiplomatik  müdafiə,  çünki  diplomatik  müdafiə  dövlətin  yalnız  öz 
vətəndaşlarına göstərilə bilər); 
3)
 
dövlət  sığınacaq  verdiyi  şəxsin  fəaliyyətinə  görə  məsuliyyət 
daşıyır,  yəni  o,  həmin  şəxsin  tərk  etdiyi  dövlətə  qarşı  zorakılıq  aktları 
törətməsinə yol verməməlidir. 
99 


XII
 
FƏSİL 
BEYNƏLXALQ MÜQAVİLƏLƏR HÜQUQU 
L Beynəlxalq müqavilələr hüququnun 
anlayışı və mənbələri 
Beynəlxalq  müqavilələr  hüququ  beynəlxalq  müqavilələrin 
bağlanması,  icrası  və  xitam  olunması  qaydasını  nizama  salan 
beynəlxalq-hüquqi normaların məcmusuna deyUir. 
Beynəlxalq  müqavilələr  hüququ  beynəlxalq  hüququn  apancı  sahəsi 
hesab olunur. Bunu belə izah etmək olar: əgər beynəlxalq hüququn bütün 
həyatı,  əsas  etibarilə,  müqavilə  ilə  nizama  salınırsa,  müqavilənin  özünün 
bütün həyatı isə məhz indi nəzərdən keçirdiyimiz beynəlxalq müqavilələr 
hüququ  ilə  nizama  salınır.  Beynəlxalq  hüququn  istənilən  sahəsində  biz 
müvafiq  müqavilənin  necə  və  nə  vaxt  qüvvəyə  mindiyi,  hansı  ərazidə 
qüvvədə olması, etibarlılığı, təfsiri, hansı əsaslarla xitam oluna bilməsi və s. 
kimi  suallarla  qarşılaşınq.  Bütün  bu  suallara  beynəlxalq  müqavilələr 
hüququ cavab verir. 
Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət 
normalanna  söykənmişdir.  Müqavilələrin  bağlanması,  qüvvədə  olması, 
təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni 
cür  praktikası  nəticəsində  müəyyən  normalar  təşəkkül  tapmışdır.  Bu 
normalann  böyük  əksəriyyəti  bu  gün  də  beynəlxalq  hüquqi  adətlər  kimi 
qüvvədədir.  Sonralar  bu  adət  normaları  bir  yerə  toplanmış  və  məcəllə 
şəklinə  salınmışdır.  Beynəlxalq  müqavilələr  hüququ  sahəsində  ilk  belə 
məcəllələş-  dirilmiş  akt  Müqavilələr  haqqında  Havana  Konvensiyası 
olmuşdur; 
100 


1928-ci  ildə  bağlanmış  bu  Konvensiya  yalnız  Latın  Amerikası  ölkələri 
arasında qüvvədə olmuşdur. 
Beynəlxalq  müqavilolər  hüququ  sahəsində  hazırda  iki  əsas  akt 
mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana 
Konvensiyası
 
və  2)  Dövlətlər  və  beynəlxalq  təşkilatlar  arasında  və 
beynəlxalq  təşkilatlar  arasında  müqavilələr  hüququ  haqqında  1986-cı  il 
Vyana Konvensiyası. 
Əslində bu iki Konvensiyadan yalnız birincisi beynəlxalq müqavilələr 
hüququnun  mənbəyi  sayıla  bilər,  çünki  ikinci  Konvensiya  hələ  qüvvəyə 
minməmişdir. 
Beynəlxalq müqavilələr hüququnun mühüm mənbəyi kimi 
müvafiq beynəlxalq adət normalarını da qeyd etmək lazımdır,
 əvvəla ona 
görə ki, bəzi dövlətlər indiyə qədər 1969-cu il Konvensiyasının iştirakçısı 
deyillər;  ikincisə  isə,  bir  sıra  məsələlər  (müharibələrin  beynəlxalq 
müqavilələrə  təsiri  və  s.)  bu  Konvensiyada  öz  əksini  tapmamışdır.  Yeri 
gəlmişkən, sözügedən Konvensiyalann hər ikisində birbaşa qeyd olunur ki, 
bu  konvensiyalann  müddəalannda  öz  həllini  tapmayan  məsələlər  əvvəlki 
kimi beynəlxalq adət hüququ normaları ilə nizama salınır. 
2.
 
Beynəlxalq müqavilənin anlayışı 
Beynəlxalq müqavilənin tərifini beynəlxalq hüququn mənbələrini şərh 
edərkən  biz  vermişdik.  Lakin  yuxanda  göstərilmiş  hər  iki  konvensiya 
müqaviləyə bir qədər başqa cür tərif verir; yəni beynəlxalq müqavilə hüququ 
ilə  bağlı  aşağıda  nəzərdən  keçirəcəyimiz  bütün  normalar  yalnız  bu  tərifə 
uyğun gələn beynəlxalq müqavilələrə şamil olunur. Hər iki Konvensiyanın 
2-ci maddəsinə görə: 
beynəlxalq müqavilə - dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən 
yazılı  formada  bağlanan  və  beynəlxalq  hüquqla  nizama  salınan 
beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki və yaxud daha çox 
bir-biri  ilə  bağlı  aktlarda  ehtiva  olunması  və  nə  cür  adlandırılması 
əhəmiyyət kəsb etmir. 
BeləlUdə,  şifahi  sazişlərə  («centlmen  sazişləri»)  və  habelə  döv- 
lətdaxili hüquqla nizama salınan müqavilələrə (məsələn, kommer 
101 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə