Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə30/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   114

«Qaçqınların  və  məcburi köçkünlərin  (ölkə  daxilində  köçürülmüş 
şəxslərin)  statusu  haqqında»
  1999-cu  il  21  may  tarixli  Azərbaycan 
Respublikasının  Qanununda  da  bu  tərif  verilmişdir.  Qanunun  1-ci 
maddəsinə görə, «qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, 
irqi  əlamətinə,  milliyyətinə,  dini  etiqadına,  müəyyən  sosial  qrupa 
mənsubluğuna  və  ya  siyasi  əqidəsinə  görə  təqiblərin  qurbanı  olmaq 
barəsində  tam  əsaslı  ehtiyat  üzündən  vətəndaşı  olduğu  ölkədən  kənarda 
qalan  və  eyni  ehtiyat  üzündən  həmin  ölkənin  himayəsindən  istifadə  edə 
bilməyən  və  ya  istifadə  etmək  istəməyən,  yaxud  müəyyən  vətəndaşlığı 
olmayıb  oxşar  hallar  nəticəsində  əvvəl  adətən  yaşadığı  ölkədən  kənarda 
qalan,  ehtiyat  üzündən  oraya  qayıda  bilməyən  və  ya  qayıtmaq  istəməyən 
şəxsdİD). 
Bu  iki  tərcümədə  aydın  görünən  fərqlərə  toxunmadan  bir  məsələyə 
diqqət  yetirmək  istəyirik.  Konvensiyadakı  «nationality»  sözü  Qanunda 
«mılliyyət»  kimi  tərcümə  olunmuşdur;  əslində  isə  bu,  «votəndaşlıq», 
«dövlət mənsubiyyəti» deməkdir. 
Konvensiyada, gördüyümüz kimi, qaçqın statusu almaq üçün cəmi beş 
əsas  göstərilmişdir.  Deməli,  qaçqın,  ərazisinə  gəlmək  istədiyi  və  ya  artıq 
ərazisinə keçdiyi dövlətin müvafiq orqanlarına əsaslandırılmış şəkildə sübut 
etməlidir  ki,  öz  ölkəsində  o,  məhz:  1)  müəyyən  irqi  (etnik,  milli)  qrupa 
mənsub  olduğuna  görə;  2)  öz  dini  əqidəsinə  görə;  3)  hansısa  konkret 
dövlətin vətəndaşı olduğuna və ya öz dövlətinin vətəndaşı olmadığına görə; 
4)  müəyyən  sosial  qrupa  mənsub  olduğuna  görə  (tutaq  ki,  qolçomaq 
olduğuna görə) və 5) siyasi əqidəsinə görə təqiblərə məruz qalır və ya məruz 
qalmaq  qorxusu  var,  yəni  onun  əsas  hüquq  və  azadlıqları  kobud  şəkildə 
pozulur.  Yuxarıda  göstərilən  tərildə  müharibə  və  ya  döyüş  əməliyyatları 
qaçqın  adlanmaq  üçün  əsas  kimi  nəzərdə  tutulmur.  Əlbəttə  ki,  məntiqi 
baxımdan bunu normal hal hesab etmək olmaz, çünki tarix göstərir ki, öz 
yaşayış  yerlərini  məcburən  tərk  edənlər,  əsasən,  müharibədən  qaçan 
adamlardır. Elə qaçqın anlayışının özü beynəlxalq-hüquqi leksikona məhz 
müharibələrdən  (I  və  11  dünya  müharibələrindən)  sonra  daxil  olmuşdur. 
Belə çıxır ki, mövcud beynəlxalq hüquq yalnız fərdi qaçqınlığı qəbul edir, 
kütləvi qaçqınlığa və ya «qaçqın axınına» mənfi yanaşır. 
93 


Bəzi  dövlətlər  bu  məqama  istinad  etməklə,  müharibə  zonasından 
onların  ərazisinə  qaçıb  gəlmiş  şəxsləri  geri  qaytanrlar.  Məsələn,  AFR  və 
İsveçrə  Bosniya  qaçqmIanna  ilk  dövrdə  məhz  bu  eür  yanaşmışdı. 
Diqqətəlayiq  haldır  ki,  analoji  regional  sənədlərdə  - 
Afrikada  qaçqın 
problemlərinin  spesifik  aspektlərini  nizama  salan  1969-cu  il  ABT  (A 
frika  Birliyi  Təşkilatı)  Konvensiyasında
  və  Latın  Amerikası  regionunu 
əhatə  edən 
l984-cü  il  Kartaxena  Bəyannaməsində
  göstərilən  bu  boşluq 
doldurulmuşdur. 
Beynəlxalq  praktikada,  xüsusilə 
Qaçqınlar  üzrə  BMT  Ali 
Komissarının İdarəsi
 çərçivəsində və bir sıra ölkələrin qanunvericiliyində 
bu boşluğu doldurmaq üçün, yəni habelə müharibə, daxili iğtişaşlar, təbii və 
ya texnogen fəlakət nəticəsində öz daimi yaşayış yerini tərk etməyə məcbur 
olmuş şəxsləri əhatə etmək üçün 
«de facto qaçqın»
 anlayışından istifadə 
olunur. 
Bundan  əlavə,  yenə  də  beynəlxalq  praktikada  və  bəzi  ölkələrin 
qanunvericiliyində 
«daxili  məcburi  köçkün»
  («intemally  dis-  plascd 
pcrsons»)  ifadəsinə  rast  gəlinir.  Qeyd  edək  ki,  bu  anlayışın 
bcynəlxalq-hüquqi  əsası  yoxdur,  yəni  bununla  bağlı  universal  səviyyədə 
beynəlxalq  müqavilə  bağlanmamışdır.  Lakin  Qaçqınlar  üzrə  BMT  Ali 
Komissan  öz  ilkin  mandatını  genişləndirmiş  və  o,  hazırda  təkcə 
«konvensiya qaçqınları»nın deyil, habelə «dc facto qaçqınlar»ın və daxili 
məcburi  köçkünlərin  məsələləri  ilə  də  məşğul  olur. 
Daxili  məcburi 
köçkünlər  ~  yuxarıda  göstərilən  səbəblər  üzündən  ölkə  ərazisində  öz 
daimi  yaşayış  yerini  tərk  etməyə  məcbur  olub  başqa  yerə  köçmüş 
şəxslərdir.
 
«Qaçqınların  və  məcburi  köçkünlərin  (ölkə  daxilində  köçürülmüş 
şəxslərin)  statusu  haqqında»  Qanuna  görə,  «məcburi  köçkün  (ölkə 
daxilində  köçürülmüş  şəxs)  -  Azərbaycan  Respublikası  ərazisində  hərbi 
təcavüz,  təbii  və  texnogen  fəlakət  nəticəsində  daimi  yaşayış  yerini  tərk 
etməyə məcbur olub başqa yerə köçmüş şəxs- dir» (1 -ci maddə). 
Hesab edirik ki, «hərbi təcavüz» ifadəsinin əvəzinə «mühari- bə» sözü 
daha  məqsədəuyğun  olardı.  Qanundan  belə  alınır  ki,  vətəndaş 
müharibəsindən  qaçan  adamlar  Azərbaycan  Respublikasında  daxili 
məcburi köçkün statusuna iddia edə bilməzlər. 
94 


1951-ci  il  Konvensiyasında  (33-cü  maddə)  öz  əksini  tapmış  və 
sonralar beynəlxalq adət nomıasma çevrilmiş prinsipə görə, dövlət qaçqını 
onun  həyatına  və  azadlığına  təhlükə  olan  ölkəyə  qaytarmamalıdır 
{non-refoulement prinsipi).
 
Bu  prinsip  habelə  «Qaçqınlann  və  məcburi  köçkünlərin  (ölkə 
daxilində  köçürülmüş  şəxslərin)  statusu  haqqında»  Qanunda  təsbit 
olunmuşdur.  Qanunun  5-ci  maddəsinin  2-ci  hissəsinə  əsasən,  «qaç-  qın... 
onun  həyat  və  ya  azadlığını  təhlükə  gözləyən  ölkəyə  heç  bir  halda 
göndərilmir və ya məcburi qaytanlmır». 
Bundan  əlavə,  dövlətlər  sərhədi  qanunsuz  keçdiyinə  görə  qaçqını 
məsuliyyətə cəlb etməməlidirlər və ya onu məsuliyyətdən azad etməlidirlər 
(bax  habelə:  «Qaçqınların  və  məcburi  köçkünlərin  (ölkə  daxilində 
köçürülmüş  şəxslərin)  statusu  haqqında»  Qanunun  5-ci  maddəsinin  1-ci 
hissəsi). 
Konvensiyaya və habelə ümumi beynəlxalq hüquqa görə. Aşağıdakı 
şəxslərə 
qaçqın statusu verilmir:
 
a)
 
barələrində sülh əleyhinə cinayət, müharibə cinayəti və ya insanlıq 
əleyhinə  cinayət,  yaxud  Birləşmiş  Millətlər  Təşkilatının  məqsəd  və 
prinsiplərinə zidd əməllər törətdikləri haqqında kifayət qədər ciddi əsaslar 
olan şəxslər; 
b)
 
dövlətin  ərazisinə  gələnə  qədər  onun  hüdudlarından  kənarda 
qeyri-siyasi xarakterli ağır cinayət törətmiş şəxslər. 
1951-ci  il  Konvensiyasında  müəyyən  olunmuşdur  ki,  şəxs 
qaçqın 
statusunu
 aşağıdakı hallarda 
itirir:
 
a)
 
vətəndaşı  olduğu  və  ya  daimi  yaşadığı  dövlətin  himayəsindən 
könüllü surətdə yenidən istifadə etdikdə
b)
 
öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə 
etdikdə; 
c)
 
indi  yaşadığı  dövlətin  və  ya  hər  hansı  başqa  bir  dövlətin 
vətəndaşlığını  qəbul  etdikdə  və  yeni  vətəndaşı  olduğu  dövlətin 
himayəsindən istifadə etdikdə
ç)  təqiblərdən  qorxduğuna  görə  tərk  etdiyi  və  ya  hüdudlanndan 
kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda; 
d)
 
qaçqın kimi tanınmasına əsas venniş hallar aradan qalxdığına görə 
vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə
95 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə