Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə26/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   114

Argentinada  hərbi  xuntanın  hökmranlığı  zamanı  ispan  vətəndaşlarının 
oğurlanması və öldürülməsində ittiham edilirdilər. Argentina qəti surətdə 
əməkdaşlıqdan  imtina  etdi;  bu  zaman  o,  belə  dəlillər  gətirirdi  ki,  ispan 
məhkəməsi  Argentinada  törədilmiş  əməllərlə  bağlı  yurisdiksiyaya  malik 
deyildir  və  bundan  əlavə,  həmin  zabitlər  artıq  Argentina  məhkəməsi 
tərəfindən  məhkum  edilmişlər  və  sonralar  Argentinanın  prezidenti 
tərəfindən  əfv  olunmuşlar.  Lakin  ispan  məhkəməsi  bu  əməllər  üzərində 
yurisdiksiyaya malik olduğunu bəyan edərək qeyd etdi ki, insanlığa qarşı 
cinayətlər  istənilən  yerdə  təqib  oluna  bilər.  İşin  hallarını  təhqiq  edərək, 
ispan  orqanları  müttəhimlərin  hər  hansı  birinə  məxsus  olan  gizli  bank 
hesablarını  tapmaq  xahişi  ilə  İsveçrənin  müvafiq  orqanlarına  müraciət 
etdilər;  məqsəd  bu  puldan,  törədilmiş  cinayət  əməllərinin  qurbanlarına 
kompensasiya  üçün  istifadə  etmək  idi.  İsveçrə  hökuməti  həmin  xahişi 
yerinə yetirdi və tapılmış bank hesablarının dondurulması barədə sərəncam 
verdi. 
Universal  yurisdiksiya  prinsipi  BM'f  Beynəlxalq  hüquq  komissiyası 
tərəfindən işlənib hazırlanmış Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə 
Cinayətlər Məcəlləsinin Layihəsində birbaşa ifadə olunmuşdur. 
’fəqdirəlayiq  haldır  ki,  universal  yurisdiksiya  prinsipi  Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsində də öz əksini tapmışdır. Məcəllənin 
12.3-cü  maddəsində  deyilir:  «Sülh  və  insanlıq  əleyhinə  cinayətlər, 
müharibə  cinayətləri,  terrorçuluq,  hava  gəmisini  qaçırma,  girov  götümıə, 
işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin 
qanunsuz  dövriyyəsi,  saxta  pul  və  ya  qiymətli  kağızları  hazırlama  və  ya 
satma,  beynəlxalq  müdafiədən  istifadə  edən  şəxslərə  və  ya  təşkilatlara 
hücum  etmə,  radioaktiv  materiallarla  əlaqədar  cinayətlər,  habelə 
cəzalandırılması  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələrdən  irəli  gələn  digər  cinayətlər  törətmiş  əcnəbilər  və  ya 
vətəndaşlığı  olmayan  şəxslər, 
cinayətlərin  törədilməsi  yerindən  asdı 
olmayaraq,
  bu  Məcəllə  əsasında  cinayət  məsuliyyətinə  cəlb  edilir  və 
cəzalandınlır» (ayırma bizimdir. - 
L.H.).
 
80 


Qoruyucu (mühafızəcdici) yurisdiksiya. Bu prinsipin mahiyyəti ondan 
ibarətdir ki, dövlət onun üçün mənfi nəticələr törədən əməllər üzərində, - bu 
əməllərin harada baş verməsindən və kim tərəfindən törədildiyindən asılı 
olmayaraq,  -  öz  hakimiyyət  səlahiyyətini  həyata  keçirə  bilər.  Bu  prinsipə 
əsaslanan  milli  qanunlar  eksterritorialhğa  malik  olur,  yəni  dövlət 
ərazisindən  kənarda  baş  verən  əməllərə  şamil  olunur.  Universal 
yurisdiksiya  prinsipindən  qoruyucu  yurisdiksiya  onunla  fərqlənir  ki, 
birincisi  yalnız  müəyyən  beynəlxaq  cinayətlərə  tətbiq  edilir,  ikincisi  isə 
müvafiq dövlətin maraqları üçün təhlükəli olan istənilən əmələ şamil edilir. 
Məsələn, ABŞ-dan 1988-ci ildə qəbul olunmuş Apar- deid əleyhinə Akt, 
İngiltərənin Radio verilişləri haqqında 1990-cı il Aktı bu prinsipə əsaslanır. 
81 


XI
 
FƏSIL 
ƏHALİ 
1.
 
Beynəlxalq hüquqda əhali anlayışı 
Əhali  dedikdə,  bu  və  ya  digər  dövlətin  ərazisində  yaşayan  və 
həmin  dövlətin  yurisdiksiyasma  tabe  olan  fərdlərin  məcmusu  başa 
düşülür. 
Yuxanda göstərmişdik ki, daimi əhali dövlətin həlledici meyarlarından 
biridir. Dövlətin əhalisi həmin dövlətin vətəndaşlarından, əcnəbilərdən və 
vətəndaşlığı olmayan şəxslərdən ibarətdir. 
Əhalinin  hüquqi  vəziyyəti,  əsas  etibarilə,  dövlətin  milli 
qanunvericiliyi  ilə  müəyyən  olunur.  Müxtəlif  ölkələrdə  bu,  ölkənin 
sosial-iqtisadi inkişaf səviyyəsindən, burada bərqərar olmuş siyasi rejimdən 
və digər amillərdən asılı olaraq müxtəlif olur. Bundan əlavə, hər bir dövlət 
qanunvericilik  qaydasında  öz  vətəndaşları,  əcnəbilər  və  vətəndaşlığı 
olmayan  şəxslər  üçün  fərqli  hüquqi  rejim  müəyyən  edir.  Bununla  belə, 
əhalinin, onun ayrı-ayrı kateqoriyalarının hüquqi vəziyyəti ilə bağlı bir çox 
məsələlər  artıq  dövlətin  müstəsna  yurisdiksiyasından  kənara  çıxmış, 
beynəlxalq hüququn predmetinə çevrilmişdir. Dövlətin öz vətəndaşları və 
əcnəbilər üçün hansı hüquqları və hansı həcmdə tanımasına, hansı hüquqi 
rejim  müəyyən  etməsinə  beynəlxalq  hüquq  biganə  qala bilməz.  Məsələn, 
biz  aşağıda  görəcəyik  ki,  vətəndaşlıq  dövlətdaxili  hüququn  (konstitusiya 
hüququnun)  mühüm  bir  institutu  olmaqla  yanaşı,  eyni  zamanda 
beynəlxalq-hüquqi institut da sayıla bilər. 
82 


2.
 
Vətəndaşlığın bcynəlxalq-hüquqi məsələləri 
a)
 
vətəndaşlığın anlayışı 
Vətəndaşlıq - fiziki şəxslə dövlət arasında, onların qarşılıqlı hüquq və 
vəzifələrində ifadə olunan möhkəm hüquqi əlaqədir. 
Demək  olar  ki,  analoji  tərif  Azərbaycan  Respublikasının 
Konstitusiyasında  (52-ci  maddə)  və  «Azərbaycan  Respublikasının 
vətəndaşlığı  haqqında»  1998-ci  il  30  sentyabr  tarixli  Qanununda 
verilmişdir: «Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi 
bağlılığı,  habelə  qarşılıqlı  hüquq  və  vəzifələri  olan  şəxs  Azərbaycan 
Respublikasının  vətəndaşıdır».  Yeri  gəlmişkən,  «siyasi  bağhhq»  ifadəsi 
uğurlu sayıla bilməz. Vətəndaşlıq hüquqi əlaqədir. 
Mənsub  olduğu  dövlətin  hüdudlarından  kənarda  olsa  da,  vətəndaş 
həmin  dövlətlə  hüquqi  əlaqəsini  saxlayır;  o  öz  dövlətində  ona  verilmiş 
hüquqlara  malik  olmaqda  davam  edir  və  onun  qarşısında  vətəndaş 
öhdəliklərini  yerinə  yetirməyə  borcludur.  Öz  növbəsində,  dövlət  ona 
mənsub olan şəxslərin öz hüquqlarını həyata keçirməsinə tam təminat verir, 
hansı dövlətin ərazisində olmasına baxmayaraq, onları diplomatik və digər 
qaydada müdafiə edir. 
«Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında»  Qanunun  8-ci 
maddəsində deyilir: «Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin 
ərazisində yaşaması Azərbaycan Respublikasının vətəndaşlığının xitamına 
səbəb olmur». Digər tərəfdən, Qanunun 9-cu maddəsində bəyan olunur ki, 
«Azərbaycan  Respublikasının  dövlət  orqanları,  xarici  dövlətlərdəki  və 
beynəlxalq  təşkilatlardakı  diplomatik  nümayəndəlikləri  və  konsulluqları, 
habelə  onlann  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının  ərazisindən 
kənarda  müvəqqəti  və  ya  daimi  yaşayan  Azərbaycan  Respublikası 
vətəndaşlarının  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
hüquq  sənədlərin,  xarici  dövlətin  qanunvericiliyinə,  Azərbaycan 
Respublikası ilə Azərbaycan Respublikası vətəndaşlarının yaşadığı dövlət 
arasında bağlanmış müqavilələrə, habelə beynəlxalq adətlərə uyğun olaraq 
onlara verilmiş bütün 
83 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə