Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə22/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   114

lərdən  belə  başa  düşdük  ki,  «məhkomə  qanunu  əldə  rəhbər  tutun>  və 
«məhkəmə beynəbcalq müqaviləni əldə rəhbər tutuD> ifadələri heç də eyni 
məna  yükünə  malik  deyildir.  Sonuncu  ifadənin  sadə  şərhi  belədir:  milli 
məhkəmə yalnız o beynəlxalq müqaviləni tətbiq edir ki, həmin müqaviləni 
tətbiq etmək 
olar.
 
Beynəlxalq  müqavilə  nonnalarının  milli  məhkəmələr  tərəfindən 
tətbiqi müxtəlif fomıalar kəsb edə bilər; bu, beynəlxalq hüququn müstəqil 
və  ya  əlavə  hüquqi  dəlil  kimi  istifadə  olunmasından  asılıdır.  Praktikaya 
əsaslanaraq, 
beynəlxalq müqavilələrin tətbiqinin üç formasını
 göstərmək 
olar: 
1)
 
contra legem (qanunun ziddinə olaraq); 
2)
 
praeter legem (qanunla yanaşı olaraq); 
3)
 
secundum legem (qanuna əlavə olaraq). 
Birinci  halda
  məhkəmə  beynəlxalq  müqaviləni  ona  zidd  olan  milli 
qanunvericilik  normasının  əvəzinə  tətbiq  edir.  Beynəlxalq  hüquq 
normasının  contra  legem  tətbiqi,  məsələn,  Azərbaycan  Respublikası 
Konstitusiyasının  yuxarıda  nəzərdən  keçirdiyimiz  151-ci  maddəsinin 
əsasında ola bilər. 
İkinci halda
 məhkəmə beynəlxalq müqaviləyə milli qanunvericilikdə 
olan  boşluqların  doldurulması  məqsədilə  və  ya  onun  aydın  olmayan 
müddəalan ilə bağlı müraciət edə bilər. 
Beynəlxalq  müqavilənin 
secundum  legem
  tətbiqi  zamanı  müqavilə 
əlavə  hüquqi  dəlil  kimi,  milli  hüquq  normalarının  təfsirinin  köməkçi 
vasitəsi kimi çıxış edir. Bu halda məhkəmə öz dəlillərinin gücünü artırmaq 
üçün beynəbcalq hüquqa «üz tutur». Buna görə də konkret işin həlli üçün bu 
cür istinad elə bir həlledici əhəmiyyət kəsb etmir. 
Azərbaycan  Rcspublikasmuı  Konstitusiya  Məlıkəməsi  bir  neçə  dəfə 
yalnız bu qaydada beynəlxalq sənədlərə müraciət etmişdir (bax, məsələn: 
«Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  32-ci  maddəsinin 
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə 
uyğunluğu haqqında» 1999-cu il 12 yanvar tarixli qərar; ««Bakı Şəhər Xalq 
Dcputatlan  Soveti  İcraiyyə  Komitəsinin  20  aprel  1990-cı  il  tarixli,  3/81 
N
2
-Iİ  qərarın  ləğv  edilməsi  haqqında»  Bakı  şəhər  icra  hakimiyyəti 
başçısının  l995-ci  il  14  iyul  tarixli,  876  saylı  sərəncamı  ilə  əlaqədar 
hakimiyyətlər  arasında  səlahiyyətlərin  bölünməsinə  dair  mübahisə 
haqqında» 1999-cu il 16 fevral tarixli qərar). 
68 


IX
 
FƏSİ

ƏRAZİ 
1.
 
Anlayışı və növləri 
Beynəlxalq  hüquqda  geniş  mənada  «ərazi»  dedikdə,  yer  kürəsinin 
quru və su səthi, yerin təki, bütün hava məkanı, habelə kosmik fəza və orada 
yerləşən göy cisimləri başa düşülür. Öz hüquqi rejiminə görə bütün bu ərazi 
üç növə
 
ayrılır: 
1)
 
dövlət ərazisi; 
2)
 
beynəlxalq rejimi olan ərazi
3)
 
qarışıq rejimi olan ərazi. 
Dövlət  ərazisi  -  hər  hansı  dövlətin  suverenliyi  altında  olan  əraziyə 
deyilir.  Həmin  ərazi  çərçivəsində  dövlət  öz  ərazi  üstünlüyünü  həyata 
keçirir. 
Beynəlxalq rejimi olan ərazilərə heç bir dövlətin suverenliyi altında 
olmayan  və  bütün  dünya  dövlətlərinin  beynəlxalq  hüquq  normalarına 
müvafiq  olaraq  ümumi  istifadəsində  olan  ərazilər  aiddir.  Bu  ərazilər 
aşağıdakılardır: açıq dəniz, onun üzərindəki hava məkanı, kontinental şelfin 
hüdudlarından kənarda yerləşən dəniz və okeanlann dibi, Ay və digər göy 
cisimləri də daxil olmaqla kosmik fəza, Antarktika və onun üzərindəki hava 
məkanı. 
Qarışıq rejimi olan ərazilərə kontinental şelf və müstəsna iqtisadi zona 
aiddir. Bu ərazilər, bir tərəfdən, heç bir dövlətin suverenliyi altında deyildir, 
lakin  digər  tərəfdən,  hər  bir  sahilyanı  dövlət  öz  kontinental  şelfınin  və 
müstəsna  iqtisadi  zonasının  təbii  ehtiyatları  üzərində  suveren  hüquqlara 
malikdir; həmin  ehtiyatların  kəşfiyyatı  və  emalı  hüququ  müstəsna  olaraq 
müvafiq sahilyanı dövlətə məxsusdur. 
69 


2.
 
Dövlət ərazisinin tərkibi və hüquqi təbiəti 
Dövlət  ərazisinin  tərkibinə  daxildir:  a)  quru  ərazisi;  b)  daxili 
sular: c) ərazi suları; ç) quru ərazisinin, daxili suların və ərazi sularının 
təki;  d)  quru  ərazisinin,  daxili  suların  və  ərazi  sularının  üzərində 
yerləşən hava məkanı. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  11-ci  maddəsinin  II 
hissəsində  göstərilir  ki,  Azərbaycan  Respublikasının  daxili  suları,  Xəzər 
dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsi, 
Azərbaycan  Respublikasının  üzərindəki  hava  məkanı  Azərbaycan 
Respublikası ərazisinin tərkib hissəsidir. 
Dövlətin  quru  ərazisi  onun  sərhədləri  çərçivəsində  olan  bütün  quru 
hissəsidir. Buraya, təbii ki, adalar və anklavlar da daxildir. 
Su  ərazisinə,  yuxarıda  göstərildiyi  kimi,  daxili  sular  və  ərazi  suları 
aiddir.  Daxili  sular  dedikdə,  hər  şeydən  əvvəl  dövlətin  ərazisi  daxilində 
olan, sahilləri həmin dövlətə məxsus olan çaylar, göllər, kanallar və digər su 
hövzələri başa düşülür. Bundan əlavə, Dəniz hüququ haqqında 1982-ci il 
Konvensiyasına  görə,  daxili  sulara  aşağıdakılar  aiddir:  a)  ərazi  sularının 
enini ölçmək üçün qəbul olunmuş düzünə başlanğıc xətlərdən sahilə doğru 
yerləşən dəniz suları; b) liman suları; c) sahilləri həmin dövlətə məxsus olan 
və eni 24 dəniz milindən artıq olmayan körfəzlərin sulan; ç) tarixi körfəzlər. 
Bunlardan başqa, habelə dövlətə məxsus olan hava və dəniz gəmiləri 
(müvafiq olaraq «uçan» və «üzən» ərazi), kosmik obyektlər, sualtı boru və 
kabellər, açıq dənizdə şelf üzərindəki qurğular da dövlətin ərazisi sayılır. 
Bunlara bəzən «kvazi-dövlət ərazisi» və ya «şərti ərazi» deyilir. 
Dövlət ərazisi təkcə onun öz ali hakimiyyətini həyata keçirdiyi məkan 
deyildir; o, həm də quru ərazisi, sular, hava məkanı, yerin təki və habelə 
təbii ehtiyatlar kimi ünsürlərdən ibarət olan təbii mühitdir. Bunlar hamısı 
dövlət ərazisinin maddi məzmununu təşkil edir. 
70 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə