Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə19/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   114

iki  və  ya  daha  artıq  bir  dövlətdə 
birləşdikdə,
  əvvəlki  dövlətlərin  dövlət 
borcu varis dövlətə keçir. 
Bütün digər hallarda
 isə, əgər müvafiq tərəflər 
xüsusi saziş bağlamayıblarsa: 
a)
 
əvvəlki dövlətin heç bir borcu yeni müstəqil dövlətə keçmir
b)
 
dövlət  parçalandıqda,
  dövlətin  dövlət  borcu  varis  dövlətlər 
arasında ədalətli qaydada bölüşdürülür. 
SSRİ-nin xarici borcu haqqında məsələ 
SSR İttifaqının dövlət borcu 
və aktivlərinə münasibətdə varislik haqqında 1991-ci il 4 dekabr tarixli 
Müqavilədə
  və 
bu  Müqaviləyə  əlavələr  haqqında  1992-ci  il  13  mart 
tarixli  Sazişdə
  öz  həllini  tapmışdır.  Bu  müqavilələrdə  dövlət  borcunun 
müvafiq  paylarla  bölüşdürülməsi  prinsipi  əsas  götürülmüşdür.  Lakin 
sonralar,  yuxanda  artıq  qeyd  edildiyi  kimi,  SSRİ-nin  xarici  borcu  üzrə 
ümumi məsuliyyəti digər varis dövlətlərlə ikitərəfli sazişlər əsasında Rusiya 
öz üzərinə götürdü. 
58 


VIII
 
FƏSİL 
BEYNƏLXALQ HÜQUQ VƏ 
DÖVLƏTDAXİLİ HÜQUQ 
1.
 
Beynəlxalq hüququn və dövlətdaxili hüququn 
qarşılıqlı münasibətinə dair nəzəriyyələr 
Yuxanda  biz  qeyd  etmişdik  ki,  beynəlxalq  hüquq  vo  dövlətdaxili 
(milli) hüquq avtonom fəaliyyət göstərən, lakin bir-birilə əlaqədə olan və 
bir-birinə  qarşılıqlı  təsir  göstərən  hüquq  sistemləridir.  Lakin  bu  fikir 
beynəlxalq  hüquq  elmində  və  praktikasında  heç  də  birmənalı  qəbul 
olunmur.  Beynəlxalq  hüququn  və  dövlətdaxili  hüququn  qarşılıqlı 
münasibətini izah edən aşağıdakı nəzəriyyələr mövcuddur: 
L Monizm nəzəriyyəsi. 
Bu  nəzəriyyənin  nümayəndələri  (əsas  nümayəndəsi  görkəmli 
hüquqşünas alim 
f f.Kelzendir)
 belə hesab edirlər ki, beynəlxalq hüquq və 
dövlətdaxili hüquq «hüquq» adlanan vahid sistemin iki komponentidir. Hər 
iki normalar sistemi bir mühitdə fəaliyyət göstərir və eyni məsələni nizama 
salır.  Eyni  zamanda  eyni  məsələ  ilə  bağlı  olduqlarına  görə,  iki  sistem 
arasında ziddiyyət ola bilər. Bu zaman beynəlxalq hüquq üstünlüyə malik 
olur. Praktik baxımdan bu o deməkdir ki, dövlətin qanunverici orqanı və 
məhkəmələri  daxili  hüququn  beynəlxalq  hüquqa  uyğun  olmasını  təmin 
etməlidir.  Əgər  belə  bir  uyğunluq  yoxdursa,  milli  məhkəmə  beynəlxalq 
hüquq normasını tətbiq etməlidir. 
Monizm  nəzəriyyəsində  bir  cərəyan  mövcuddur  ki,  onun  əsasını 
alman  filosofu  Hcgcl  qoymuşdur.  Bəzi  mənbələrdə  «tərsinə  mo-  nizm» 
adlanan  bu  doktrinaya  görə,  milli  hüquq  beynəlxalq  hüquq  üzərində 
üstünlüyə malikdir. Burada beynəlxalq hüquq milli hüquq 
59 


sisteminin torkib hissəsi, onun sahələrindən biri kimi götürülür; beynəlxalq 
hüquq xarici dövlət hüququ kimi səciyyələndirilir. 
2.
 
Dualizm nəzəriyyəsi 
Bu  nəzəriyyəyə  görə  (əsas  nümayəndəsi  məşhur  alman  alimi 
Tripeldir),
 beynəlxalq hüquq və dövlətdaxili hüquq bir-birindən ayrılıqda 
mövcud  olan  və  fəaliyyət  göstərən  iki  tamamilə  müstəqil  hüquq 
sistemləridir. Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama 
salır,  dövlətdaxili  hüquq  isə  dövlətin  ərazisində  fərdlərin  hüquq  və 
vəzifələrini  müəyyən  edir.  Dualizm  beynəlxalq  hüququn  və  dövlətdaxili 
hüququn eyni sferada fəaliyyət göstərməsini inkar edir, lakin qəbul edir ki, 
onların  eyni  predmeti  vardır.  Bu  predmeti  beynəlxalq  hüquq  beynəlxalq 
səviyyədə,  milli  hüquq  isə  dövlət  daxilində  tənzimləyir.  Məsələn,  əgər 
fərdin  beynəlxalq  hüquqla  təminat  verilən  hər  hansı  hüququ  dövlət 
tərəfindən  pozulub-  sa,  milli  məhkəmə  bu  zaman  milli  hüququ  tətbiq 
edəcəkdir. Dövlət öz öhdəliklərini beynəlxalq səviyyədə poza bilər, lakin 
bu,  beynəlxalq  məhkəməyə  aid  olacaqdır.  Başqa  sözlə,  beynəlxalq 
məhkəmələr beynəlxalq hüququ, milli məhkəmələr isə milli hüququ tətbiq 
edir. Dualizm doktrinasından belə alınır ki, dövlətin hərəkəti öz ərazisində 
tam  qanuni  ola  bilər,  lakin  bununla  belə  həmin  davranış  beynəlxalq 
məsuliyyət doğura bilər. 
3.
 
«Koordinasiya» nəzəriyyəsi 
Bu  nəzəriyyənin  nümayəndələri 
{Antsilotti,  Fitsmoris)
  beynəlxalq 
hüququn  və  dövlətdaxili  hüququn  eyni  sferada  fəaliyyət  göstərməsini  və 
eyni predmeti olmasını inkar edirlər. Onlann fikrincə, bu iki hüquq sistemi 
heç  vaxt  ziddiyyətdə  olmur.  Hər  sistemin  «öh-  dəlikləri»  kolliziyada  ola 
bilər və hansı öhdəliyin üstün olmasını hüquq sistemi özü müəyyən edir. 
Belə ki, milli hüquq məsələnin həllini beynəlxalq hüquqa «göndərmirsə», 
müvafiq milli hüquq norması tətbiq edilir və əksinə. Göründüyü kimi, bu 
yanaşma  dualizm  nəzəriyyəsi  ilə,  demək  olar  ki,  eynidir  və  praktik 
baxımdan onlann arasında çox cüzi fərq vardır. Fərq, əsas etibarilə, nəzəri 
cəhətdəndir:  indi  haqqında  danışdığımız  nəzəriyyənin  məğzində  duran 
ideya ondan ibarətdir ki, - bu, onun adından bəllidir, - beynəlxalq hüquq və 
dövlətdaxili hüquq sistem kimi bir-biri ilə ziddiyyətdə olmur; mo- nizm və 
dualizm isə «konfTontasiya» nəzəriyyələridir. 
60 


2.
 
Beynəlxalq hüququn dövlətdaxili hüquq 
sistemində implementasiyası 
Beynəlxalq  hüquq  normalan  daxili  hüquq  sistemlərinin  «Vasi- 
təçiliyi»  olmadan  lazımi  qaydada  həyata  keçirilə  bilməz.  Xüsusilə  insan 
hüquqları,  cinayətkarlann  verilməsi,  iqtisadi  münasibətlər,  regional 
inteqrasiya  və  bu  kimi  digər  məsələləri  tənzimləyən  beynəlxalq  hüquq 
müddəalannm 
implementasiyası,
 yəni həyata keçirilməsi, prinsip etibarilə, 
yalnız milli qanunvericinin və milli məhkəmənin «iştirakı» ilə mümkündür. 
Bu  «iştirak»ın  forma  .  ə  metodlan  müxtəlifdir  və  dövlətdən  dövlətə 
fərqlənir: beynəlxalq hüquqda bununla bağlı vahid normativ sxem yuxdur. 
Beynəlxalq  hüquq baxımından,  dövlətin öz  üzərinə  götürdüyü  beynəlxalq 
öhdəlikləri milli səviyyədə 
necə
 həyata keçirməsi və bütövlükdə beynəlxalq 
hüquqla  milli  hüququn  qarşılıqlı  münasibəti  problemini 
necə
  həll  etməsi, 
prinsip etibarilə, vacib deyildir. Vacib cəhət ondan ibarətdir ki - bu, əslində 
ümumi beynəlxalq hüququn imperativ tələbidir dövlətlər beynəlxalq hüquq 
normalanna əməl etsinlər və lazımi hallarda on- lann dövlətdaxili qüvvəsini 
təmin etsinlər. Təkrar edirik  ki, bu tələbin yerinə yetirilməsinin forma və 
vasitələrinin seçilməsi hər bir dövlətin öz konstitusiya qanunvericiliyində və 
praktikasında müəyyən olunur. 
Dövlətlərin  konstitusiya  praktikasından  irəli  gələrək,  beynəlxalq 
hüquq  normalarının  dövlətdaxili  implcmentasiyasınm  iki  əsas  üsulunu 
göstərmək olar: 
L İnkorporasiya
 («daxiletmə»). 
Bu  zaman  beynəlxalq  hüquq  normaları,  onların  məcburiliyi  dövlət 
tərəfindən  müvafiq  qaydada  tanındıqdan  sonra  heç  bir  dövlətdaxili  akt 
olmadan  birbaşa  milli  hüquqa  daxil  edilir  və  milli  hüquq  normalan  kimi 
tətbiq edilir. İnkorporasiya aşağıdakı qaydada formulə edilir: «beynəlxalq 
hüquq  milli  hüququn  tərkib  hissəsidin).  Dünyanın  əksər  ölkələrində,  o 
cümlədən Azərbaycan Respublikasında bu üsuldan istifadə olunur. 
2. Transformasiya
 («çevirmə»).
 
Bu halda beynəlxalq hüquq ipso facto milli hüququn hissəsi sayılmır. 
Beynəlxalq hüquq milli hüquqa ayrı-ayrı qanunvericilik 
61 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə