Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə15/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   114

3.
 
Dövlətəbənzər qurumlar 
Dövlətəbənzər  qurumlar  müəyyon  hocmdə  bcynolxalq-hüquqi 
subycktliyo  malik  olur.  Onlann  öz  ərazisi,  vətəndaşlığı,  hakimiyyət 
orqanlan olur və bir sıra beynəlxalq müqavilələrdə iştirak edirlər. 
Bu qurumlara azad şəhərləri və Vatikanı misal göstərmək olar. 
XIX-XX  əsrlərdə  Krakov,  Dansiq  və  'friyest  kimi 
azad  şəhərlər
 
olmuşdur. 
Azad 
şəhərlərin 
beynəlxalq-hüquqi 
subycktliyi 
beynəlxalq 
müqavilələr və bu şəhərlərin konstitusiyalan ilə müəyyən olunurdu. Onlar 
tam  özünüidarəyə  malik  deyildi.  Azad  şəhərlərin  sakinləri  üçün  xüsusi 
vətəndaşlıq  tətbiq  olunurdu.  Onlardan  bəziləri  beynəlxalq  müqavilələr 
bağlamaq və beynəlxalq təşkilatlara daxil olmaq hüququna malik idi. Azad 
şəhərlərin ən mühüm xüsusiyyətlərindən biri onlann hərbsizləşdirilməsi və 
neytrallaşdırılmasıdır. 
Vatikanın
 beynəlxalq-hüquqi statusu 1929-eu ildə Papa nümayəndəsi 
ilə İtaliya hökuməti arasında bağlanmış və l984-cü ildə yenidən baxılmış 
Lateran  müqaviləsi  ilə  müəyyən  olunmuşdur.  Vatikan  zahirən  dövlətin, 
demək olar ki, bütün atributlanna - kiçik əraziyə, hakimiyyət orqanlanna və 
s. malikdir. Lakin Roma şəhərində yerləşən Vatikanın əhalisi haqqında şərti 
danışmaq  olar:  burada  yalnız  katolik  kilsəsinin  işləri  ilə  məşğul  olan 
vəzifəli şəxslər yaşayır. Vatikana sosial mənada dövlət kimi baxmaq olmaz; 
o, əslində katolik kilsəsinin inzibati mərkəzidir. Bununla belə, Vatikan bir 
çox  dövlətlərlə  rəsmi  əlaqələr  saxlayır,  bu  ölkələrdə  öz  daimi 
nümayəndəliklərini  təsis  edir.  Vatikanın  nümayəndə  heyəti  beynəlxalq 
təşkilataların  və  konfransların  işində  iştirak  edir.  O,  bir  sıra  beynəlxalq 
təşkilatların  (MAQA'l'E,  Beynəlxalq  Elektron  Rabitəsi  İttifaqı, 
Ümumdünya Poçt İttifaqı və s.) üzvüdür, BMT, YUNESKO, FAO və digər 
təşkilatlar yanında daimi müşahidəçiləri vardır. 
46 


4.
 
Beynəlxalq təşkilatlar 
Öz  nizamnamə  məqsəd  və  vəzifələrini  yerinə  yetirmək  üçün 
beynəlxalq  təşkilatlar  bu  və  ya  digər  dərəcədə  bcynəlxalq-hüquqi 
subyektliyə 
malik 
olmalıdır. 
Lakin 
beynəlxalq 
təşkilatların 
bcynəlxalq-hüquqi subyektliyi müəyyən xüsusiyyətlərə malikdir. Belə ki: 
a)
 
onların  beynəlxalq-hüquqi  subyektliyi  törəmə  xarakteri  daşıyır 
(beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır); 
b)
 
bu  subyektlik  spesifik  xarakter  daşıyır  (beynəlxalq  təşkilatın 
subyektliyi təşkilatın məqsəd və vəzifələri ilə şərtlənir); 
c)
 
beynəlxalq təşkilatların və onlann vəzifəli şəxslərinin (baş katib və 
müavinlərdən başqa) imtiyaz və immunitetləri diplomatik yox, funksional 
xarakter daşıyır; 
ç) beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf 
ola bilməzlər; 
d)
 
beynəlxalq təşkilatda nümayəndəlik birtərəfli xarakter daşıyır (yəni 
beynəlxalq təşkilat dövlətlərə daimi nümayəndə təyin etmir). 
Təşkilatın  məqsədlərindən  və  fəaliyyət  istiqamətlərindən,  onun  təsis 
aktının  («konstitusiya»sının)  şərtlərindən  asılı  olaraq,  beynəlxalq-hüquqi 
subyektliyin  dərəcəsi  müxtəlif  ola  bilər.  Bu  mənada  Birləşmiş  Millətlər 
Təşkilatının  beynəlxalq  hüquqi  subycktliyinin  həcmi  digər  beynəlxalq 
təşkilatlarda, məsələn, Ümumdünya Səhiyyə Təşkilatında olduğundan xeyli 
genişdir. 
Beynəlxalq  təşkilatlar  dövlətlərlə  və  başqa  beynəlxalq  təşkilatlarla 
müqavilələr bağlaya bilər, zərərin ödənilməsi barədə iddialar qaldıra bilər, 
milli yurisdiksiyalardan immunitetlərə malikdir. 
Zərərin ödənilməsi haqqında işdə
 BMT-nin Beynəlxalq Məhkəməsi 
qeyd etmişdi ki, öz funksiyalarını səmərəli həyata keçirmək üçün BMT-yə 
bcynəlxalq-hüquqi  subyektlik  zəruridir.  Bu  ideya  Beynəlxalq  Məhkəmə 
tərəfindən digər bir işdə - 
Birləşmiş Millətlərin imtiyaz və immunitetləri 
haqqında  Konvensiyanın  6~cı  maddəsinin  tətbiq  olunması  haqqında
 
məsləhət  xarakterli  rəydə  bir  daha  təsdiq  olunmuşdu.  Bu  işdə,  BMT-nin 
işçisinin  ona  qarşı  hətta  öz  hökuməti  tərəfindən  görülən  tədbirlə  bağlı 
immuniteti təsdiq olunmuşdu. 
47 


5.
 
Fordlərin bcynolxalq-hüquqi subycktliyi 
Fordin  beynəlxalq-hüquqi  subycktliyi  haqqında  məsələ  beynəlxalq 
hüquq elmində birmənalı həll olunmayan məsələlərdən biridir. Lakin əksər 
alimlərin mövqeyinə və müasir beynəlxalq təcrübəyə istinad edərək fərdin 
məhdud  beynəlxalq-hüquqi  subyektli-  yə  malik  olması  barədə  nəticə 
çıxarmaq olar. Məhdud beynəlxalq hüquqi subycktlik o deməkdir ki: 
-
 
fərd beynəlxalq hüquq nonnalannın yaradılmasında iştirak etmir; 
~  fərdin  beynəlxalq-hüquqi  subycktliyi  bütünlüklə  dövlətlərin 
razılığından asılıdır; 
-
 
fərd  birbaşa  beynəlxalq  hüquqdan  irəli  gələn  müəyyən  vəzifələr 
daşıyır; 
-
 
əsas  etibarilə,  insan  hüquq  və  azadlıqlarının  pozulması  ilə  bağlı 
müəyyən  beynəlxalq  sazişlərdə  nəzərdə  tutulmuş  qaydada  və  həcmdə 
beynəlxalq  instansiyalar  qarşısında  bu  pozuntunu  törətmiş  dövlətə  qarşı 
iddia qaldıra bilər. 
Fərdin  beynəlxalq  hüququn  subyekti  kimi  çıxış  etməsinə  başlıca 
dəlillərdən  biri  ondan  ibarətdir  ki,  müəyyən  beynəlxalq  cinayətlərin 
törədilməsinə  görə  (təcavüz,  soyqınm,  müharibə  cinayətləri,  insanlıq 
əleyhinə cinayətlər və s.) fiziki şəxslər birbaşa beynəlxalq hüquq normalan 
əsasında, dövlətdaxili hüququn bu əməli krimi- nallaşdırmaması faktından 
asılı  olmayaraq,  məsuliyyətə  cəlb  oluna  bilər.  Fərdin  birbaşa  beynəlxalq 
hüquqdan  irəli  gələn  vəzifələr  daşıması  prinsipi  bir  sıra  beynəlxalq 
sənədlərdə,  o  cümlədən  Nümberq,  'fokio,  Yuqoslaviya  və  Ruanda 
beynəlxalq  tribunallan-  nın  Nizamnamə  və  hökmlərində,  Beynəlxlaq 
Cinayət  Məhkəməsinin  Statutunda  və  s.  təsbit  olunmuşdur.  Yuxanda 
göstərilmiş  bu  prinsip  beynəlxalq  adət  norması  kimi  tanınmışdır  və  öz 
mənbəyini  hələ  klassik  beynəlxalq  hüquqda  dəniz  quldurlanmn  hostis 
humani  generis  (bütün  bəşəriyyətin  düşməni)  kimi  nəzərdən 
keçirilməsindən götürür. 
Yuxanda  biz  qeyd  etmişdik  ki,  yalnız  dövlətlər  beynəlxalq 
məhkəmələr qarşısında prosesual hüquq qabiliyyətinə malikdir. 
48 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə