Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə11/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   114

lərinin  başqa  bir  dövlətin  limanlarını  blokadaya  almasını  (buna 
«dinc 
blokada»
 deyilir) göstərmək olar); 
c)
 
qcyri-nizami  qüvvələrin  və  ya  silahlı  bandaların  təşkili  və  ya 
təşkilinə dəstək verilməsi; 
ç)  digər  dövlətin  ərazisində  vətəndaş  müharibəsinin  və  yaxud  terror 
aktlannın təşkil edilməsi, onlara yardım edilməsi və ya birbaşa iştirak
d)
 
digər  dövlətin  ərazisinin  qanunsuz  güc  tətbiq  etməklə  işğal 
edilməsi; 
e)
 
güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin 
ərazisinin ələ keçirilməsi
ə)  xalqları  öz  müqəddəratını  təyin  etmək  hüququndan,  azadlıq  və 
müstəqillikdən məhrum edən zorakı hərəkətlərin törədilməsi. 
Güc  tətbiq  etməmək  və  ya  güclə  hədələməmək  prinsipinin  ən  ağır 
pozuntusu 
silahlı  təcavüz
  hesab  olunur,  'l'əcavüzü  və  onun  ən  təhlükəli 
forması  olan  silahlı  təcavüzü,  əlbəttə  ki,  qarışdırmaq  olmaz.  Dövlət  aktı 
kimi  (fərdin  törətdiyi  beynəlxalq  cinayət  kimi  yox)  təcavüzün  anlayışı 
barədə  beynəlxalq  müqavilə  olmasa  da,  BMT  Baş  Məclisinin  XXIX 
sessiyasında (14 dekabr 1974-cü il) qəbul edilmiş 3314 nömrəli Qətnamə 
mövcuddur. 
«'Təcavüzün  lə-  rifi»
  adlanan  bu  qətnaməyə  görə,  aşağıdakı 
aktlardan hər biri təcavüz sayılır: 
1)
 
bir  dövlətin  silahlı  qüvvələrinin  başqa  bir  dövlətin  ərazisinə 
soxulması və ya basqın etməsi, yaxud hər hansı hərbi işğal; 
2)
 
bir  dövlətin  silahlı  qüvvələrinin  başqa  bir  dövlətin  ərazisini 
bombardman  etməsi  və  ya  onun  ərazisinə  qarşı  hər  hansı  silahı  tətbiq 
etməsi; 
3)
 
bir  dövlətin  silahlı  qüvvələrinin  başqa  bir  dövlətin  liman  və  ya 
sahillərini blokadaya alması; 
4)
 
bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dəniz və ya 
hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etməsi; 
5)
 
bir  dövlətin,  başqa  bir  dövlətin  ərazisində  onunla  razılaşma 
əsasında yerləşən silahlı qüvvələrinin bu razılaşmanın şərtlərini pozmaqla 
istifadə edilməsi və habelə həmin silahlı qüvvələrin bu 
33 


razılaşmanın  xilam  olunmasından  sonra  göstorilən  ərazido  qalmaqda  hər 
hansı formada davam etməsi; 
6)
 
dövlətin  öz  ərazisini,  həmin  ərazini  üçüncü  bir  dövlətə  qarşı 
təcavüz  aktı  törətmək  üçün  istifadə  edən  başqa  bir  dövlətin  sərəncamına 
verməsi; 
7)
 
bir  dövlət  tərəfindən  və  ya  həmin  dövlətin  admdan  başqa  bir 
dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirən silahlı bandalann, qruplann, 
qeyri-nizami qüvvələrin və ya muzdlularm göndərilməsi. 
Təcavüz  aktının  müəyyən  edilməsi  BMT  Təhlükəsizlik  Şurasının 
müstəsna səlahiyyətinə aiddir (bax: BMT Nizamnaməsinin 39-cu maddəsi). 
Təhlükəsizlik Şurasının bu preroqativi habelə «'rəcavüzün tərifi haqqında» 
qətnamədə  və  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Statutunda  ifadə 
olunmuşdur.  Lakin,  yaxşı  məlum  olduğu  kimi,  siyasi  mülahizələr 
ucbatından  çoxsaylı  təcavüz  aktları,  birbaşa  basqın  faktları  da  daxil 
olmaqla, Təhlükəsizlik Şurası tərəfindən lazımi tövsifini almamışdır. Buna 
ən  bariz  misal  kimi  Ermənistanın  Azərbaycana  qarşı  törətdiyi  məlum 
hərəkətləri  göstərmək  olar.  Bu  açıq-aşkar  təcavüz  aktları  nəticəsində 
Azərbaycan  Respublikası  ərazisinin  20  faizə  qədəri  işğal  olunmuşdur. 
Lakin münaqişə ilə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamənin 
heç  birində  (822,  853,  874  və  884)  təcavüz  aktı  barəsində,  Ermənistanın 
təcavüzkar dövlət elan olunması barəsində heç nə deyilmir. 
Yuxanda  göstərdiyimiz  kimi,  güc  tətbiq  etməmək  və  ya  güclə 
hədələməmək  prinsipindən  iki  müstəsna  hal  mövcuddur,  yəni beynəlxalq 
hüquq yalnız iki halda silahlı gücün tətbiqinə yol verir: 
1.
 
Özünümüdafiə. 
Dövlət  silahlı  basqından  özünü  müdafiə  etmək  məqsədilə  fərdi 
qaydada və ya başqa dövlətlərlə birgə və  -- mütənasiblik prinsipinə əməl 
etmək  şərtilə  -  güc  tətbiq  edə  bilər.  BMT  Nizamnaməsinin  51-ci 
maddəsində deyilir: «Bu Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş 
Millətlərin  Üzvünə  qarşı  silahlı  basqın  baş  verərsə.  Təhlükəsizlik  Şurası 
tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün 
zəruri olan tədbirlər görülənə qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya 
kollektiv özünümüdafiə hüququna xələl gətinnir». 
34 


2.
 
Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT 
Təhlükəsizlik Şurasının qərarına əsasən. 
BMT  Nizamnaməsinin  42-ci  maddəsinə  müvafiq  olaraq,  BMT 
Təhlükəsizlik  Şurası  «...hava,  dəniz  və  ya  quru  qüvvələrinin  vasitəsilə 
beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  və  ya  bərpası 
üçün zəruri ola bilən tədbirlər görə bilər». 
5.
 
Beynəlxalq mübahisələri 
dinc yolla həll etmək prinsipi 
BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndinə görə, Birləşmiş 
Millətlər  Təşkilatının  bütün  Üzvləri  «öz  beynəlxalq  mübahisələrini  dine 
vasitələrlə  o  qaydada  həll  edirlər  ki,  beynəlxalq  sülh  və  təhlükəsizlik  və 
ədalət təhlükəyə məruz qalmasın». 
Əsas bir eəhəti qeyd etmək lazımdır ki, beynəlxalq mübahisələri dinc 
yolla həll etmək prinsipi yuxanda şərh etdiyimiz güc tətbiq etməmək və ya 
güclə  hədələməmək  prinsipi  ilə  sıx  surətdə  bağlıdır və  onun  məzmununu 
tamamlayır.  Doğrudur,  sözü  gedən  prinsip  ümumi  beynəlxalq  hüquq 
norması  kimi  bir  qədər  əvvəl  -  hələ  İkinci  Dünya  müharibəsindən  qabaq 
formalaşmışdır. 
Beynəlxalq toqquşmaların dinc həlli haqqında 1907-ci il 
Haaqa  Konvensiyasında
  (1-ci  və  2-ci  maddələr)  və 
Millətlər  Liqasının 
Statutunda 
(12-ci, 13-cü, 15-ci və 17-ci maddələr) məhdud çərçivədə təsbit 
olunmuş  bu  prinsip  bugünkü  anlamda,  yəni  heç  bir  qeyd-şərtsiz  və 
imperativ  formada  ilk  dəfə  olaraq 
1928-ci  il  Brian-Kelloq  Paktında 
öz 
əksini tapmışdır. Paktın II maddəsində birbaşa göstərilirdi ki, müqavilənin 
iştirakçısı olan dövlətlər öz aralarında ortaya çıxan bütün mübahisə və ya 
münaqişələrin  -  onların  xarakterindən  və  mənşəyindən  asılı  olmayaraq  - 
yalnız  dinc  vasitələrlə  həll  etməlidirlər.  Sonralar  BMT  Nizamnaməsində 
təsbit  olunmuş  bu  mühüm  norma  habelə  əsas  regional  təşkilatların 
nizamnamələrində birbaşa əks olunmuşdur. 
Prinsipin  normativ  məzmununa  keçməzdən  qabaq  «bcynəlxalq 
mübahisə» anlayışını açıqlamağa ehtiyac vardır. 
35 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə