Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə8/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   114

Hüququn  ümumi  prinsiplorinə  misal  kimi  aşağıdakıları  göstərmək 
olar:  vicdanlılıq  prinsipi  (bona  fıde);  nən  bis  in  idem  («eyni  hüquq 
pozunlusuna görə iki dəfə cəza ola bilməz»; «yalan heç bir hüquqi nəticə 
doğurmur» və s. 
Hüququn  ümumi  prinsiplərinə  beynəlxalq  məhkəmə  praktikasında 
nadir hallarda müraciət edilir. 
Məsələn, 
Xarcuv fabriki işində 
(1928-ci il) Daimi Beynəlxalq Ədalət 
Məhkəməsi  göstərmişdi  ki,  «hüququn  ümumi  anlamına  görə,  hər  hansı 
öhdəliyin pozulması vurulmuş zərəri ödəmək vəzifəsini doğurur». 
İnzibati 
Tribunal  işində 
(1954-cü  il)  BMT-nin  Beynəlxalq  Məhkəməsi  qeyd 
etmişdi  ki,  «dəqiq  müə
3
^ən  olunmuş  və  hamılıqla  tanınmış  hüquq 
prinsipinə uyğun olaraq, məhkəmə orqanının çıxardığı qərar rcs judicata-dır 
(yəni son qərardır. - 
L.H.) 
və mübahisənin tərəfləri üçün məcburi hüquqi 
qüvvəyə  malikdir». 
«AMCO  İndoneziya  Respublikasına  qarşı»  işdə 
Arbitraj məhkəməsi demişdi ki, «zərərçəkmiş tərəfə damnum emergens-in 
(birbaşa  zərərin.  - 
L I I . )
  və  lucrum  ccssans-ın  (əldən  çıxmış  faydanın.  - 
LU.) 
tam  ödənilməsi  əsas  dövlətdaxili  hüquq  sistemlərinə  məlum  olan 
prinsipdir  və  buna  görə  də  beynəlxalq  hüququn  mənbəyi  kimi  nəzərdən 
keçirilə bilən hüququn ümumi prinsipidir». 
6.
 
Məhkəmə qərarları 
Məhkəmə  qərarları  beynəlxalq  hüququn  «köməkçi»  mənbəyi  kimi 
xarakterizə  olunur,  çünki  onlar  bilavasitə  hüquq  yaratmır,  artıq  mövcud 
olan  hüququ  bəyan  edir.  Bu,  məsələn,  BMT  Beynəlxalq  Məhkəməsi 
Statutunun  59-cu  maddəsindən  aydın  görünür.  Maddədə  deyilir: 
«Məhkəmənin qərarı yalnız işin tərəfləri üçün və yalnız həmin konkret iş 
üçün  məcburi  qüvvəyə  malikdir».  Beləliklə,  ingilis-sakson  hüquq 
sistemindən  fərqli  olaraq,  beynəlxalq  hüquqda  starc  decisis  (presedent) 
prinsipi  tanınmır.  Lakin  BMT  Beynəlxalq  Məhkəməsinin  qərarları 
beynəlxalq  hüquqda  əhəmiyyətli  rol  oynayır.  Birincisi,  bu  qərarlarda 
beynəlxalq hüquq normalarının, xüsusən adət normalarının dəqiq məzmunu 
müəyyən edi 
24 


lir. İkincisi, Beynəlxalq Məhkəmənin qərarları beynəlxalq adət hüququnun 
inkişafına əhəmiyyətli təsir göstərir, çünki hər hansı davamlı, ardıcıl və eyni 
cür  praktikanın  və  zəruri  opinio  juris-in  olması,  faktik  olaraq  məhz 
Beynəlxalq  Məhkəmə  tərəfindən  konkret  işlərin  həlli  zamanı  ortaya 
çıxarılır.  Bundan  əlavə.  Məhkəmənin  qərarları,  müvafiq  sahədə  hüququn 
necə inkişaf etdiyini və etməli olduğunu göstərməklə, sonrakı praktikaya 
həlledici təsir edə bilər. Bu səbəbdən BMT Beynəlxalq Məhkəməsinin özü, 
digər  beynəlxalq  məhkəmələr,  habelə  milli  məhkəmə  orqanları  BMT 
Beynəlxalq Məhkəməsinin qərarlarına nüfiızlu mənbə kimi istinad edirlər. 
Qeyd  etmək  lazımdır  ki,  məhkəmə  qərarlan  dedikdə,  təkcə  BMT 
Beynəlxalq  Məhkəməsinin  qərarları  deyil,  beynəlxalq  arbitraj 
məhkəmələrinin, ixtisaslaşmış beynəlxalq məhkəmələrin (məsələn, Avropa 
İnsan  Hüquqları  Məhkəməsinin,  Dəniz  hüququ  üzrə  Beynəlxalq 
Tribunalın), habelə milli məhkəmələrin çıxardığı qərarlar nəzərdə tutulur. 
7.
 
Görkəmli alimlərin rəyləri 
Müasir dövrdə beynəlxalq hüququn bu «köməkçi» mənbəyindən çox 
nadir hallarda istifado olunur. Tanınmış hüquqşünasların rəylərinin başlıca 
əhəmiyyəti  ondan  ibarətdir  ki,  onlar  qeyri-müəy-  yən  beynəlxalq  hüquq 
normalarının  məzmununun  dəqiqləşdirilməsi  üçün  və  bu  və  ya  digər 
beynəlxalq adət normasının artıq təşəkkül tapdığına əlavə sübut kimi bəzi 
hallarda gərəkli ola bilər. 
BMT  Beynəlxalq  Məhkəməsinin 
Soyqırım  cinayətinin  qarşısının 
alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiq olunması 
haqqında  iş 
üzrə 
(ilkin  etirazlar  mərhələsi),  Qabçikovo-  Nagimaroş 
layihəsi  haqqında  iş 
üzrə  (1997-ci  il)  çıxardığı  qərarlara  hakim 
Veramantrinin  əlavə  etdiyi  xüsusi  rəylərdə,  Yuqoslaviya  Beynəlxalq 
cinayət tribunalının 
Dıışko Tadiç işi 
üzrə (1995-ci il) çıxardığı qərarda bir 
sıra görkəmli beynəlxalq hüquqşünasların fikirlərinə istinad edilmişdir. 
25 


8.
 
Beynəlxalq təşkilatların qətnamələri 
Bcynolxalq  təşkilatların  öz  nizamnamə  fəaliyyəti  çərçivəsində 
çıxardığı  qərar  və  qətnamələr,  prinsip  etibarilə  beynəlxalq  hüququn 
«köməkçi»  mənbəyidir.  Çünki  onlar  formal-hüquqi  baxımdan  məeburi 
norma yaratmır; bu qərar və qətnamələrdə ya beynəlxalq hüququn qüvvədə 
olan  prinsip  və  normaları  bəyan  edilir,  ya  da  tövsiyə  xarakterli  yeni 
normalar  əks  olunur.  Deyilənlər  müəyyən  mənada  BMT  Baş  Məclisinin 
qətnamələrinə də aid edilə bilər. Bu qətnamələr yekdil səslə qəbul olunsa 
da,  hüquqi  cəhətdən  məcburi  deyildir.  Yəni  dövlət  Baş  Məclisinin 
qətnaməsində öz əksini tapmış davranış qaydasına, hətta o bu qətnamənin 
lehinə səs vermiş olsa da, əməl etməyə borclu deyildir. 
Cənub-Qərbi  Afrika  işi  üzrə  qərarında
  (1966)  BMT  Beynəlxalq 
Məhkəməsi  qeyd  etmişdir ki,  BMT  Baş  Məclisinin  qətnamələri...  hüquqi 
cəhətdən məcburi deyildir və yalnız tövsiyə xarakteri daşıyır». 
Bununla  belə,  bu  qətnamələr  beynəlxalq  hüquqda  çox  mühüm  rol 
oynayır və xüsusən dövlətlərin praktikasının müəyyən yönümdə inkişafına 
və opinio juris-in formalaşmasına böyük təsir göstərir. Həmin qətnamələr 
ya müəyyən beynəlxalq hüquqi adətin formalaşması üçün təkan, ya da belə 
bir  adət  normasının  artıq  təşəkkül  tapdığını  göstərən  ən  mühüm  sübut 
rolunu  oynaya  bilər.  Bu  baxımdan,  BMT  Baş  Məclisinin  qətnamələri  ilə 
qəbul  olunmuş  bir  sıra  müstəsna əhəmiyyətli  sənədləri,  məsələn, 1948-ci 
ildə  qəbul  olunmuş  Ümumdünya  İnsan  Hüquqlan  Bəyannaməsini, 
Müstəmləkə  ölkələrinə  və  xalqlarına  müstəqillik  verilməsi  haqqında 
1960-cı  il  Bəyannaməsini,  Təcavüzün  tərifi  haqqında  1974-  cü  il 
Qətnaməsini  müəyyən  mənada  müvafiq  beynəlxalq  adət  hüququ 
nonualarının «yaradıcısı» hesab etmək olar. 
Bununla belə, BMT Baş Məclisinin BMT-nin daxili fəaliyyəti ilə bağlı 
çıxardığı qətnamələr, o cümlədən BMT-yə yeni dövlətlərin qəbul edilməsi, 
BMT  Beynəlxalq  Məhkəməsinin  hakimlərinin  seçilməsi,  büdcə  və  s. 
məsələlər üzrə qətnamələr BMT-nin bütün üzvləri üçün məcburi qüvvəyə 
malikdir. 
26 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə