Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə4/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

kin  xüsusi  vurğulamaq  lazımdır  ki,  hor  hansı  ümumi  beynəlxalq  hüquq 
normasının, yoni dünyanın bütün dövlətləri üçün məcburi olan normanın 
yaranması üçün heç də bu dövlətlərdən hər birinin razılığı tələb olunmur. 
Bununla bağlı olaraq, yeni yaranmış dövlət öz arzusu və iradəsindən asılı 
olmayaraq ondan qabaq artıq təşəkkül tapmış və hamılıqla qəbul edilmiş 
nonnadan  imtina  edə  bilməz  və  ona  riayət  etməyə  borcludur.  Məsələn, 
dövlətimiz müstəqillik qazandığı andan, hələ heç bir müvafiq beynəlxalq 
müqaviləyə  qoşulmasa  da,  başqa  dövlətlərə  qarşı  güc  tətbiq  edilməməsi, 
başqa  dövlətlərin  ərazi  bütövlüyünə  hörmət  edilməsi,  soyqırım  aktının 
törədilməməsi və s. bu kimi öhdəlikləri artıq öz üzərinə götürmüş sayılırdı. 
2.
 
Beynəlxalq hüquq normalarının növləri 
Beynəlxalq  hüquq  normaları  öz  məzmununa  və  formasına  görə 
olduqca  müxtəlifdir.  Bir  sıra  meyarlara  əsaslanmaqla,  onlan  müxtəlif 
növlərə
 ayırmaq olar. 
Subyekt-ərazi sferasına görə
 beynəlxalq hüquq normalarının üç növü 
fərqləndirilir:  1)  ümumi  normalar;  2)  regional  normalar  və  3)  ikitərəfli 
(bilateral) normalar. 
Ümumi beynəlxalq hüquq normalanmn tərifini biz yuxanda verdik. Bu 
normalann içərisində 
jus cogens normaları
 (ümumi  beynəlxalq  hüququn 
imperativ  normaları)  xüsusi  yer  tutur.  Beynəlxalq  müqavilələr  hüququ 
haqqında 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində jus cogens 
normasının  anlayışı  verilmişdir:  həmin  maddəyə  əsasən,  jus  cogens  - 
ümumi beynəlxalq hüququn normasıdır; bütövlükdə dövlətlərin be
5
məlxalq 
birliyi  tərəfindən  qəbul  edilir  və  tanınır;  bu  cür  normadan  geri  çəkilmək 
yolverilməzdir;  bu  norma  yalnız  ümumi  beynəlxalq  hüququn  eynilə  bu 
xarakterdə  olan  yeni  bir  norması  ilə  dəyişdirilə  bilər.  Jus  cogens 
normalarına  misal  olaraq  aşağıdakıları  misal  göstərmək  olar:  təcavüzün 
qadağan  olunması,  başqa  dövlətin  sərhədlərini  pozmamaq,  dinc  əhalini 
zorla bir ərazidən başqa bir əraziyə köçürməmək
12 


başqa dövlətlərin daxili işlərinə qarışmamaq və s. Dövlətlər hətta qarşılıqlı 
razılıq əsasında jus cogens normasının ziddinə hərəkət edə bilməzlər. Belə 
ki, istənilən belə bir müqavilə tam etibarsız sayılır və onun heç bir hüquqi 
qüvvəsi ola bilməz. Eynilə, yeni bir jus cogens norması yarandıqdan sonra 
bu  normaya  zidd  olan  bütün  beynəlxalq  müqavilələr  hüquqi  cəhətdən 
etibarsız  olur  vo  onlar  xitam  olunmuş  sayılır.  Jus  cogens  norması 
pozulduqda bütün dövlətlərin hüquq və mənafeləri pozulmuş sayılır. 
Regional normalar
 müəyyən bir coğrafi regionda yerləşon dövlətləri 
bağlayan beynəlxalq hüquq normalarıdır. Məsələn, Latın Amerika ölkələri 
arasında  elə  normalar  mövcuddur  ki,  onlar  digər  regionlarda  qəbul 
olunmamışdır. Buna misal olaraq diplomatik sığınacaq hüququnu göstərmək 
olar. 
İkitərəfli  normalar
  iki  dövlət  arasında  bağlanmış  müqavilədə  əks 
olunmuş normalardır. 
Nizamasalma  üsuluna  görə
  beynəlxalq  hüquq  normalanmn  iki 
növünü ayırmaq olar: 1) imperativ normalar və 2) dispozitiv normalar. 
İmperativ normalar
 o normalara deyilir ki, onlarda nəzərdə tutulmuş 
yeganə  davranış  variantından  dövlətlər  heç  cür  kənara  çıxa  bilməzlər. 
Yuxanda  biz  imperativ  normaların  xüsusi  bir  növü  olan  jus  cogens 
normalarının  izahını  vermişdik.  İmperativ  normaya  misal  kimi  nüvə 
silahının  yayılmamasmı  nəzərdə  tutan  beynəlxalq  hüquq  normasını 
göstərmək olar. 
Dispozitiv  normalar
  alternativ  davranış  variantı  nəzərdə  tutan 
normalardır.  Dövlətlər  başqa  cür  razılığa  gəlməklə,  normada 
göstərildiyindən  fərqli  hərəkət  edə  bilərlər.  Məsələn,  dövlətin  hava 
məkanından onun birbaşa razılığı olmadan istifedə olunmasını qadağan edən 
norma dispozitiv normadır. 
Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə
  beynəlxalq 
hüquq  normalarının  aşağıdakı  növləri  fərqləndirilir:  1) 
sə-  lahiyyətverici 
normalar
 (dövlətə vo ya beynəlxalq hüququn digər subyektinə hər hansı bir 
hərəkəti  etmək  hüququ  verən  normalar);  2) 
məcburedici  normalar
  (hər 
hansı bir hərəkəti yerinə yetirmək vəzifəsi müəyyən edən normalar) və 3) 
qadağanedici  normalar 
(müəyyən  hərəkətin  edilməsinə  qadağa  qoyan 
normalar). 
13 


Formasına görə
 beynəlxalq hüquq normaları iki növə ayrılır: 1) 
yazılı 
(rəsmi) təsbit olunmuş normalar
 və 
2) yazılı təsbit olunmamış normalar. 
Birinci  növ  nonnalara  müqavilə  normaları  daxildir.  Yazılı  təsbit 
olunmamış normalara isə dövlətlərin praktikasından meydana gələn və bu 
praktikanın  özündə  mövcud  olan  beynəlxalq  adət  hüquq  normaları  və 
hüququn ümumi prinsipləri aiddir. 
Qüvvədə  olma  müddətinə  görə
  beynəlxalq  hüquq  normalanmn  iki 
növünü göstərmək olar: I) müddətsiz normalar və 2) müddətli normalar. 
Müddətsiz  normaların
  hüquqi  qüvvəsi  heç  bir  formal  müddətlə 
məhdudlaşdırılmamışdır.  Beynəlxalq  hüququn  əsas  prinsiplərini,  digər 
beynəlxalq adət hüquq nonnalannı buna misal göstərmək olar. Bəzi hallarda 
beynəlxalq müqavilə müddəalarının da müddətsiz qüvvədə olması nəzərdə 
tutulur. 
Müddətli normalar
 qüvvəsi müəyyən müddət üçün (adətən, bir ildən 
başlayaraq iyirmi ilə qədər) nəzərdə tutulan normalardır. 
Beynəlxalq hüquq normaları habelə 
maddi və prosesual normalara
 
bölünür.  Maddi  nonnalarda  dövlətlərin  və  beynəlxalq  hüququn  digər 
subyektlərinin hüquq və öhdəlikləri ehtiva olunur (məsələn, ayrı-ayrı əsas 
insan  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  ilə  bağlı  dövlətlər  üçün 
beynəlxalq  öhdəliklər  müəyyən  edən  normalar).  Prosessual  normalar  isə 
maddi  nonnalarm  həyata  keçirilməsinin  təşkilati-prosedur  aspektlərini 
müəyyən  edir  (məsələn,  insan  hüquqları  üzrə  beynəlxalq  öhdəliklərin 
yerinə  yetirilməsinə  nəzarət  etmək  məqsədilə  yaradılan  orqanların 
səlahiyyətlərini,  təşkili  və  fəaliyyəti  qaydasını  müəyyən  edən  normalar). 
Maddi normalar öz növbəsində 
tənzimləyici və mühajizəedici normalara^ 
prosessual  normalar  isə 
təşkilati,  prosedur,  protokol  normalarına 
bölünür. 
14 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə