Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə6/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

III
 
FƏSİL 
BEYNƏLXALQ HÜQUQUN MƏNBƏLƏRİ 
1.
 
Beynəlxalq hüququn mənbəyinin anlayışı 
Mor hansı davranışın hüquqa uyğun olub-olmamasını müəyyən etmək 
üçün biz bu davranışı özündə əks etdirən müvafiq hüquq normasını axtanb 
tapmalı oluruq. Bu normanın harada öz əksini tapması, haradan götürülməsi 
praktik  baxımdan  müstəsna  əhəmiyyətə  malik  olan  «hüququn  mənbəyi» 
anlamı  ilə  bağlıdır.  Hüququn  mənbəyi  dedikdə,  hüquq  normasının  ifadə 
forması  başa  düşülür.  Bu  qısa  tərifi  biz  beynəlxalq  hüququn  mənbəyi 
anlayışma da aid edə bilərik. 
Bu və ya digər ölkə daxilində hansı hüquq mənbələrinin olmasını biz, 
adətən,  həmin  ölkənin  Konstitusiyasından  və  ya  müvafiq  qanunvericilik 
aktından  bilirik.  Belə  bir  mötəbər  «informasiya  mənbəyi»  beynəlxalq 
hüquqda  da  vardır:  beynəlxalq  hüququn  mənbələri 
BMT  Beynəlxalq 
Məhkəməsi Statutunun 38-ci maddəsində
 göstərilmişdir. Həmin maddəyə 
görə, Beynəlxalq Məhkəmə ona təqdim olunmuş mübahisələri həll edərkən 
I)  beynəlxalq  müqaviləyə;  2)  beynəlxalq  hüquqi  adətə;  3)  hüququn 
ümumi  prinsiplərinə
  və  hüquq  nonnalarmı  məzmununu  müəyyən  etmək 
üçün  köməkçi  vasitə  kimi 
4)  məhkəmə  qərarlarına  və  5)  tanınmış 
alimlərin rəylərinə
 əsaslana bilər. 
Doğrudur,  göstərilən  maddədə  beynəlxalq  hüququn  mənbələrinin 
siyahısını  vennək  məqsədi  güdülməmişdir.  Bundan  əlavə,  müasir 
beynəlxalq  hüququn  mühüm  mənbəyi  olan 
beynəlxalq  təşkilatların 
qətnamələri
  bu  maddədə  heç  nəzərdə  tutulmamışdır.  Halbuki  BMT-nin 
Beynəlxalq  Məhkəməsi  BMT  Baş  Məclisinin  qətnamələrinə  dəfələrlə,  o 
cümlədən 1986-cı ildə baxdığı məşhur 
Nikai'qqua işində
 istinad etmişdir. 
18 


2.
 
Beynəlxalq müqavilə 
Beynəlxalq  müqavilə  beynəlxalq  hüququn  əsas  mənbələrindən 
biri olub, iki və ya daha artıq dövlət (və ya beynəlxalq hüququn digər 
subyekti) arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr 
müəyyən edən razılaşma kimi başa düşülür. 
Beynəlxalq müqavilələrin xüsusiyyətləri, onlann bağlanması və xitam 
olunması  qaydası  haqqında  qabaqda  ətraflı  bəhs  ediləcəkdir.  Aşağıda  isə 
beynəlxalq  müqavilə  beynəlxalq  hüququn  əsas  mənbəyi  kimi  qısaca  şərh 
edilir. 
Beynəlxalq  müqavilələr  vasitəsilə  dövlətlər  və  habelə  beynəlxalq 
hüququn  digər  subyektləri,  məsələn,  beynəlxalq  təşkilatlar  öz  aralarında 
ortaya  çıxan  müxtəlif  xarakterli  məsələləri  həll  edirlər.  İndiki  dövrdə 
beynəlxalq  münasibətlərin  elə  sahəsini  göstərmək  olmaz  ki,  orada 
beynəlxalq sazişlər mövcud olmasın. Beynəlxalq müqavilələrdə dövlətlərin 
hüquq  və  vəzifələri  daha  dəqiq  və  birmənalı  təsbit  olunur,  onların 
beynəlxalq səviyyədə və dövlətdaxili hüquq sistemində həyata keçirilməsi 
üçün  zəruri  hüquqi  mexanizm  nəzərdə  tutulur.  Bu  baxımdan  beynəlxalq 
müqavilə müasir beynəlxalq hüququn ən mühüm mənbəyi kimi çıxış edir. 
Dövlət  yalnız  öz  razılığı  ilə  hər  hansı  beynəlxalq  müqavilənin 
iştirakçısı  ola  bilər.  Müqaviləyə  razılıq  verdiyi  andan  dövlət  həmin 
müqavilənin  bütün  tərəfləri  qarşısında  öz  üzərinə  müvafiq  öhdəliklər 
götürür.  Müqavilə  yalnız  onun  iştirakçıları  üçün  hüquq  və  öhdəliklər 
yaradır;  üçüncü  dövlətlər  üçün  isə  o,  beynəlxalq  hüququn  mənbəyi  ola 
bilməz. 
Beynəlxalq  müqavilələr  şifahi  formada  da  bağlana  bilər.  Buna  indi 
praktikada  çox  nadir  hallarda  rast  gəlinən 
«centlmen  sazişlərimi
  misal 
göstənnək olar. 
19 


3.
 
Beynəlxalq hüquqi adət 
Beynəlxalq  hüquqi  adət  beynəlxalq  praktikada  təşəkkül  tapmış  və 
məcburi norma kimi tanınmış davranış qaydasıdır. 
Tərifdən göründüyü kimi, beynəlxalq hüquqi adətin 
iki ünsürü 
vardır: 
1) dövlətlərin praktikası və 2) bu praktikanın məcburi norma kimi tanınması 
{opinio juris).
 
Bu məqam BVH'-nin Beynəlxalq Məhkəməsi tərəfindən bir neçə dəfə, 
0
 cümlədən 
Şimal dənizinin kontinental şelfi haqqında iş 
üzrə (1969-cu il) 
və 
Nikaraqua işi 
üzrə (1986-ci il) qərarlarda qeyd olunmuşdur. 
Beynəlxalq  hüquqi  adətin  maddi  əsasını  təşkil  edən 
dövlətlərin 
praktikasına
  aşağıdakılar  daxildir:  a)  dövlətlərin  «faktik»  fəaliyyəti 
(hərəkət  və  hərəkətsizlik); b)  konkret situasiya  vo  ya mübahisələrlə  bağlı 
onların  etdikləri  bəyanatlar;  e)  dövlətdaxili  qanunvericilik;  ç)  milli 
məhkəmələrin qərarları; d) beynəlxalq təşkilatların praktikası. 
Müəyyən  adət  nonnasınm  təşəkkül  tapması  üçün  dövlətlərin 
praktikası, bir qayda olaraq, aşağıdakı 
tələblərə
 cavab verməlidir: 
a)
 
ardıcılf səbatlı və eyni cür
 olmalıdır.
 
b)
 
ümumi
 olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu praktikada 
«payı»  olmalıdır.  Burada  üç  məqamı  nəzərə  almaq  lazımdır:  l)  bu  və  ya 
digər  beynəlxalq  adət  normasının  mövcud  olması  haqqında  məsələni  həll 
edərkən,  nizama  salınan  münasibətdə  maraqlan  xüsusilə  toxunulan 
dövlətlərin praktikası ön plana çəkilməlidir. Məsələn, dəniz hüququ ilə bağlı 
adət  normalannm  təşəkkül  tapmasında  dənizyanı  dövlətlərin  praktikası 
dənizə  heç  bir  çıxışı  olmayan  Əfqanıstanın  və  ya  Avstriyanın 
praktikasından daha önəmli əhəmiyyət kəsb edəcəkdir; 2) əgər bir dövlət lap 
əvvəldən və ardıcıl olaraq digər dövlətlərin hər hansı bir praktikasına etiraz 
edirsə,  o,  yaranmaqda  olan  adət  norması  ilə  bağlı  olmayacaqdır.  Bu, 
beynəlxalq  hüquqda  qəbul  olunmuş 
«təkidlə  etiraz  edən  döv-  lət» 
(«persistent objector»)
 prinsipindən irəli gəlir. Lakin bu prinsip jus cogens 
normalarına şamil olunmur; 3) beynəlxalq hüquqda 
20 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə