Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə14/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   114

rinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər». Göstərilən prinsip 
habelə  çox  mühüm  beynəlxalq  müqavilədə  - 
Beynəlxalq  müqavilələr 
hüququ  haqqında  l969-cu  il  Vyana  Konvensiyasında 
(26-cı  maddə)  öz 
əksini tapmışdır. 
Beynəlxalq  öhdəlikləri  vicdanla  yerinə  yetirmək  prinsipinin  bütün 
beynəlxalq  hüquq  sisteminin  fəaliyyəti  üçün  əhəmiyyəti  danılmazdır. 
Dövlətlər  BMT  Nizamnaməsinə  uyğun  olaraq  öz  üzərlərinə  götürdükləri 
bütün öhdəlikləri, o cümlədən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş 
prinsip  və  normalanndan,  beynəlxalq  müqavilələrdən  və  beynəlxalq 
hüququn digər mənbələrindən irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər. 
Onlar heç bir əsas olmadan özbaşına öz beynəlxalq öhdəliklərindən imtina 
edə  bilməzlər.  Beynəlxalq  öhdəliklərin  yerinə  yetirilməməsi  müvafiq 
dövlətin  beynəlxalq  məsuliyyətini  doğurur.  Dövlətlər  elə  etməlidirlər  ki, 
onlann daxili qanunvericiliyi və inzibati praktikası üzərlərinə götürdükləri 
beynəlxalq  öhdəliklərə  uyğun  olsun.  Belə  bir  norma  mövcuddur  ki, 
beynəlxalq müqaviləni yerinə yetirmədiyinə haqq qazandırmaq üçün dövlət 
öz  daxili  hüququnun  müddəalanna  istinad  edə  bilməz  (bax:  Beynəlxalq 
müqavilələr  hüququ  haqqında  1969-cu  il  Vyana  Konvensiyasının  27-ci 
maddəsi). 
42 


V
 
FƏSIL
 
BEYNƏLXALQ HÜQUQUN SUBYEKTLƏRİ 
1.
 
Beynəlxalq hüquq subyektinin anlayışı 
Beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və 
onları  həyata  keçirmək  qabiliyyətinə  malik  olan  quruma  (bəzi 
hallarda - şəxsə) beynəlxalq hüququn subyekti deyilir. 
Beynəlxalq-hüquqi subycktliyin 
əsas ünsürləri
 aşağıdakılardır: 
a)
 
beynəlxalq  hüquqdan  irəli  gələn  bütün  və  ya  bəzi  vəzifələri 
daşımaq; 
b)
 
beynəlxalq  hüquqdan  irəli  gələn  hüquqlann  bərpası  məqsədilə 
beynəlxalq  (və  ya  dövlətdaxili)  məhkəmə  qarşısında  iddia  qaldınnaq 
hüququ; 
c)
 
beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti
ç)  digər  dövlətlərin  məhkəmələrinin  yurisdiksiyasından  tam  və  ya 
qismən immunitetə malik olmaq. 
Beynəlxalq-hüquqi  subyektliyin  bu  ünsürləri  bütövlükdə  yalnız 
dövlətlərə və müəyyən beynəlxalq təşkilatlara (məsələn, BMT) məxsusdur. 
Beynəlxalq hüququn digər subyektləri isə, Aşağıda göstərəcəyimiz kimi, bu 
hüquqi keyfiyyətlərdən bəzilərinə malikdir və ya onlann hamısından cüzi 
istifadə edə bilər. 
Beynəlxalq-hüquqi  subyektliyin  əldə  olunma  qaydasına  görə 
iki 
növünü
 göstərmək olar; 
1)
 
İlkin  subyektlik.
  Bu,  yalnız  dövlətlərə  məxsusdur,  çünki  dövlət 
ipso facto beynəlxalq hüququn subyektidir. 
2)
 
Törəmə  suhyektlik.
  Müəyyən  qurumlarda  və  ya  şəxslərdə 
beynəlxalq-hüquqi  subyektiik  yalnız  dövlətlərin  bu  keyfiyyəti  ona 
verməsindən və ya tanımasından sonra ortaya çıxır. 
43 


Mosəlon,  beynəlxalq  təşkilatlar  dövlətlər  tərəfindən  yaradılır; 
fərdlərin  və  ya  transmilli  korporasiyaların  beynəlxalq  hüquq 
münasibətlərində iştirakı dövlətlərin iradəsindən, daha doğrusu, dövlətlərin 
müvafiq  beynəlxalq  sazişlərdə  onlar  üçün  belə  bir  imkan  nəzərdə 
tutmasından asılıdır. Belə ki, hər hansı bir qurum əgər döv- lətdirsə, deməli, 
o,  beynəlxalq-hüquqi  subyektliyə  malikdir.  Lakin  fərd  və  ya  şirkət 
öz-özlüyündə beynəlxalq hüququn subyekti sayılmır. 
2.
 
Dövlətlər 
Əvvəllər  qeyd  edildiyi  kimi,  beynəlxalq  hüquq  dövlətlər  arasındakı 
münasibətləri  nizama  salan  hüquqi  normalar  sistemi  kimi  başa  düşülür. 
Bunun nəticəsində dövlətlər beynəlxalq hüququn subyektləri içərisində ən 
əsası  və  ən  mühümü  kimi  çıxış  edir.  Dövlətlər 
ilkin
  və 
universal
 
beynəlxalq-hüquqi subyektliyə malikdir. 
Qeyd  etmək  lazımdır  ki,  yalnız  dövlətlər:  a)  Birləşmiş  Millətlər 
Təşkilatına  üzv  ola  bilər  (BMT  Nizamnaməsinin  4-cü  maddəsi);  b) 
BMT-nin  Təhlükəsizlik  Şurası  və  Baş  Məclisi  qarşısında  beynəlxalq 
mübahisə  ilə  bağlı  məsələ  qaldıra  bilər  (BMT  Nizamnaməsinin  35-ci 
maddəsinin 2-ci bəndi); BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola 
bilər (BMT Nizamnaməsinin 93-cü maddəsinin 2-ci bəndi). 
Bəs  hansı  quruma  dövlət  demək  olar?  Beynəlxalq  hüquqa  görə, 
dövlətin hansı meyarlan vardır? 1933-cü ildə bağlanmış 
Dövlətlərin hüquq 
və  vəzifələri  haqqında  Montevideo  Konvensiyası
  bu  suala  cavab  verir 
(aşağıdakı müddəalar hazırda beynəlxalq hüquq elmində və praktikasında 
geniş  qəbul  edilmişdir).  Konvensiyanın  1-  ci  maddəsində  deyilir: 
«Beynəlxalq-hüquqi  şəxs  kimi  dövlət  aşağıdakı  meyarlara  malik 
olmalıdır: a) daimi əhali; b) müəyyən ərazi;
 
c)
 
hökumət; ç) başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti». 
Daimi əhali
 o demək deyil ki, müəyyən ərazidən kənara adamla- nn 
miqrasiyası olmur, yaxud bu və ya digər ərazidə yaşayan adamlarm dəqiq 
müəyyənləşdirilmiş sayı olmalıdır. Hər halda bu meyar müəy- 
44 


yon adamlar qrupunun konkret bir oraziyo müəyyon bağlılığını tələb edir. 
Məsələn, 
Qərbi  Sahara  işi
  üzrə  verdiyi  məsləhət  xarakterli  rəyində 
BMT  Beynəlxalq  Məhkəməsi  qeyd  etmişdi  ki,  Qərbi  Saha-  ranın  ərazisi 
torpaq sərhədlərinə məhəl qoymadan sərhədi o tərəf- bu tərəfə keçən köçəri 
tayfalarla  məskunlaşmışdır:  lakin  həmin  köçəri  tayfalann  bu  ərazisi  ilə 
əlaqəsi elədir ki, onlar ümumən Qərbi Saharanın «əhalisi» kimi nəzərdən 
keçirilə bilər. 
Müəyyən ərazi
 Hər hansı bir qurumun dövlət kimi fiziki möv- eudluğu 
və  fəaliyyət  göstərməsi  üçün  onu  qonşu  dövlətlərdən  ayıran  müəyyən 
əraziyə  malik  olması  lazımdır.  Bu  yenə  də  o  demək  deyil  ki,  ərazinin 
ölçüləri  və sərhədlərlə  bağlı tam  müəyyənlik  olmalıdır.  Hazırda  dövlətlər 
arasında  xeyli  sayda  sərhəd  mübahisələri  möveud-  dur,  lakin  bu,  onlann 
dövlətçiliyinə heç eür xələl gətirmir. 
Hökumət
  Dövlətin  fiziki  mövcudluğu  üçün  ərazi,  siyasi-hüquqi 
mövcudluğu üçün hakimiyyət mexanizmi olmalıdır. Söhbət burada dövlətin 
beynəlxalq  hüquq  və  vəzifələrinə  görə  məsuliyyət  daşıyan  hökumətdən 
(geniş mənada) gedir. Başqa sözlə desək, dövlətin olması üçün, hər hansı bir 
qurumun dövlət kimi nəzərdən keçirilməsi üçün müəyyən ərazi çərçivəsində 
olan  daimi  əhali  üzərində  nəzarət  həyata  keçirən  hakimiyyət  aparatının 
olması zəruridir. Lakin qeyd edilməlidir ki, artıq mövcud olan dövlətin öz 
effektiv  hökumətini  itirməsi  və  ya  iki  hökumətə  malik  olması  (1980-ci 
illərdə Livanda, 1990-cı illərdə Sudanda və Əfqanıstanda olduğu kimi) onun 
öz dövlətçiliyini itirməsi demək deyildir. 
Hüquqi  münasibətlərə  girmək  qabiliyyəti
  Bu  meyar  hüquqi 
müstəqilliyin ön plana çəkilməsini tələb edir. Başqa dövlətin qanuni suveren 
hakimiyyəti  altında  olan  ərazi  «dövlət»  sayıla  bilməz.  Məsələn,  məlum 
olduğu  kimi,  Honq  Konq çox  yüksək  faktik  muxtariyyətə  malikdir,  lakin 
Çinin  suverenliyi  altında  olduğuna  görə  (1997-ci  il  İ
3
mlun  l-don)  dövlət 
deyildir.  Digər  tərəfdən,  bəzi  dövlətlərin  başqa  dövlətdən  siyasi  və  ya 
maliyyə  baxımından  asılılığı,  məsələn,  Mərkəzi  Amerika  ölkələrinin 
ABŞ-dan, bir sıra MDB ölkələrinin Rusiyadan faktik asılılığı bu ölkolərin 
suveren dövlət olmasına xələl gətirmir. 
45 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə