Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə13/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   114

hərbi işğal obyekti ola bilməz. Ərazi  bütövlüyü prinsipi özündə digər bir 
prinsipi - hələ XIX əsrdə Latın Amerikasında formalaşmış və 1986-eı ildə 
Burkina Faso/Mali işində
 BMT Beynəlxalq Məhkəməsi tərəfindən ümumi 
beynəlxalq  hüquq  nonuası  kimi  sə-  eiyyələndirilmiş 
uti  possidetis 
prinsipini
 ehtiva edir. Uti possidetis prinsipinin məğzi ondan ibarətdir ki, 
müstəmləkələrin və ya federasiyanın subyektlərinin əvvəlki sərhədləri yeni 
müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan 
dəyişilə  bilməz.  Azərbaycanla  bağlı  demək  olar  ki,  SSRİ  dövründə  onun 
malik olduğu ərazinin bütövlüyünə istənilən iddia və ya qəsd sözü gedən 
prinsipə tamamilə ziddir. 
8.
 
Xalqların öz müqoddəratını 
təyin etməsi prinsipi 
Bu  prinsip  BMT  Nizamnaməsində, 
Müstəmləkə  ölkələrinə  və 
xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, 
İnsan  hüquqları  haqqında  1966-cı  il  Beynəlxalq  Paktlarının 
1-ci 
maddəsində, 1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında, habelə 
BMT-nin  Beynəlxalq  Məhkəməsinin  bir  sıra  qərarlarında  və  məsləhət 
xarakterli  rəylərində  öz  əksini  tapmışdır. 
Şərqi  Timor  haqqında  işdə
 
(1995-ci  il)  Beynəlxalq  Məhkəməsi  qeyd  etmişdir  ki,  xalqların  öz 
müqəddəratını  təyin  etmək  hüququ  erga  omnes  hüquqdur,  yəni  bütün 
dövlətlər  bu  hüquqa  hörmət  etməlidirlər  və  onun  həyata  keçirilməsinə 
maneə törətməməlidirlər. 
Prinsipin məzmununu açıqlamaq üçün iki anlayışın  -  «xalq»  və  «öz 
müqəddəratını  təyin  etmə»  anlayışlarının  məna  yükünü  düzgün  bilmək 
lazımdır. 
Göstərilən  prinsipin  kontekstində  və  ümumiyyətlə,  beynəlxalq 
hüquqda  «xalq»,  bir  qayda  olaraq,  etnik  anlamda  başa  düşülmür. 
Beynəlxalq-hüquqi anlayış kimi «xalq» hər hansı milli və ya etnik qrupu 
deyil,  məhz  dövlətin  (və  ya  dövlətçilikdən  qanunsuz  məhrum  edilmiş 
ərazinin) bütün əhalisini bildirir. Yəni «xalq» etnos kimi yox, demos kimi 
başa düşülür. Yalnız xalq bütövlükdə bu hüqu- 
39 


qun daşıyıcısıdır. Xalqın bir hissosinin, o cümlədən milli azlıqların belə bir 
hüququ yoxdur. Bu tezis beynəlxalq hüquqda geniş qəbul edilmişdir. 
«Öz müqəddəratını təyin etmə» o deməkdir ki, hər bir xalq xaricdən 
müdaxilə olmadan sərbəst olaraq 
özü
 öz siyasi statusunu müəyyən edə bilər 
və öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirə bilər. Müstəmləkə 
altında olan və ya işğal olunmuş ərazinin bütün əhalisi üçün bu: 
a)
 
müstəqillik əldə edilməsində və suveren dövlət qurulmasında; 
b)
 
hər hansı bir müstəqil dövlətə qoşulmaqda və ya 
c)
 
hər hansı müstəqil dövlətlə birləşməkdə ifadə oluna bilər. 
Təbii ki, müstəqil dövlətlərin xalqı (əhalisi) da öz müqəddəratını təyin 
etmək  hüququna  malikdir.  Məmin  xalqlar  üçün  öz  müqəddəratını  təyin 
etmə, hər şeydən öncə 
demokratik idarəetmə hüququ
 deməkdir. Yəni xalq 
daxildən və xariedən təzyiq və ya müdaxilə olmadan demokratik vasitələrlə 
öz  iqtisadi,  sosial  və  mədəni  inkişafını  həyata  keçirmək  imkanına  malik 
olmalıdır. Əlbəttə ki, bu xalqlar öz siyasi statusunu sərbəst surətdə özləri 
müəyyən edə bilərlər. 
Xüsusi vurğulanmalıdır ki, öz müqəddəratını təyin etmək hüququnun 
həyata  keçirilməsi  dövlətlərin  suverenliyi  və  ərazi  bütövlüyü  ilə 
uzlaşmalıdır və 
sesessiyaya
 (dövlətdən müəyyən ərazinin ayrılmasına) yol 
verə  bilməz.  Başqa  sözlə,  bu  hüququn  həyata  keçirilməsi  müstəqil, 
demokratik dövlətin parçalanması üçün əsas ola bilməz. 
9.
 
Əsas insan hüquq vo azadlıqlarına 
hörmət edilməsi prinsipi 
Bu prinsip ilk dəfə olaraq BMT Nizamnaməsində (1-ci, 55-ci və 56-cı 
maddələr)  ümumi  formada  təsbit  olunmuş,  sonralar  bir  sıra  mühüm 
beynəlxalq  sənədlərdə,  o  cümlədən 
1948-ci  il  Ümum’  dünya  İnsan 
Hüquqları  Bəyannaməsində
  dəqiqləşdirilmişdir.  Yuxarıda  göstərmişdik 
ki, beynəlxalq hüququn müstəqil prinsipi kimi, 
40 


0
, Helsinki Yekun aktında oks olunmuşdur. Prinsipin dövlətlorin üzərinə 
qoyduğu başlıca 
öhdəlik
 ondan ibarətdir ki, onlar insan hüquqlarına 
hörmət 
etsinlər
  və  buna  beynəlxalq  səviyyədə 
dəstək  versinlər.
  Bu  gün,  bütün 
insan hüquqlarına 
əməl etmək
 və onların həyata keçirilməsini 
təmin etmək
 
kimi ümumi beynəlxalq hüquq normasının mövcudluğundan danışmaq hələ 
tezdir.  Buna  görə  də  sözügedən  prinsipə  əməl  olunmamasından  o  halda 
söhbət  gedə  bilər  ki,  dövlət  insan  hüquqlannı  kobud  və  kütləvi  surətdə 
pozmuş olsun. 
10.
 
Dövlətlərin bir-biri ilə 
əməkdaşlıq etmək prinsipi 
Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi ilk dəfə olaraq BMT 
Nizamnaməsində təsbit olunmuşdur. Beynəlxalq sülhün və təhlükəsizliyin 
qorunmasında  vo  iqtisadi,  sosial,  mədəni  və  humanitar  xarakterli 
beynəlxalq  probemlərin  həllində  əməkdaşlıq  etmək  dövlətlərin  həm 
hüququ, həm do vəzifəsidir. Dövlətlərin əməkdaşlığı onların siyasi, iqtisadi 
və sosial sistemlərindəki fərqlərdən asılı olmayaraq həyata keçirilməlidir. 
11.
 
Bcynolxalq öhdəlikləri vicdanla 
yerinə yetirmək prinsipi 
Beynəlxalq  öhdəlikləri  vicdanla  yerinə  yetinnək  prinsipi  beynəlxalq 
hüququn  ən  qədim  prinsipidir  və  daha  çox  pacta  sunt  ser-  vanda 
(«müqavilələr  yerinə  yetirilməlidir»)  kimi  məlumdur.  O,  BMT 
Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Burada 
deyilir  ki.  Birləşmiş  Millətlər  Təşkilatının  bütün  Üzvləri  «Təşkilata 
üzvlükdən irəli gələn hüquq və üstünlükləri özlərinə təmin etmək üçün bu 
Nizamnaməyə uyğun olaraq öz üzərlə 
41 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə