Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə21/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   114

5.
 
Beynəlxalq müqavilələrin milli 
məhkəmələr tərəfindən tətbiqi 
İnkorporasiya  yolu  ilo  beynəlxalq  müqavilənin  milli  hüquqa  daxil 
edilməsi  onun  birbaşa  tətbiq  oluna  bilməsi  demək  deyil.  Başqa  sözlə, 
məhkəmədən  tələb  etmək  olmaz  ki,  o,  dövlətin,  iştirakçısı  olduğu 
beynəlxalq  müqaviləni  hər  hansı  işin  həlli  üçün  birbaşa  tətbiq  etsin. 
Beynəlxalq  hüququn  dövlətdaxili  hüququn  bir  hissəsi  elan  edildiyi  bütün 
ölkələrin məhkəmə təcrübəsində, adətən, müvafiq beynəlxalq müqavilənin 
özü  icra  olunan 
(«self-  executing»)
  və  ya  özü  icra  olunmayan 
{«non-self-executing»)
  müqavilə  olub-olmaması  haqqında  məsələ  ortaya 
çıxır. 
Özü icra olunan
 o müqavilələrə (müqavilə müddəalarına) deyilir ki, 
onlar  milli  hüquq  subyektlərinin  iştirakı  ilə  olan  münasibətləri  avtomatik 
tənzimləyən dəqiq hüquqi öhdəliklər və milli məhkəmələrdə bilavasitə iddia 
ilə  təmin  oluna  bilən  hüquq  və  vəzifələr  yaradır. 
Özü  icra  olunmayan
 
müqavilələr  isə  özündən  sonra  müəyyən  qanunvericilik  aktlarının 
verilməsini  tələb  edir.  Nəzərə  almaq  lazımdır  ki,  beynəlxalq-hüquqi 
normaların  böyük  əksəriyyəti  ilk  növbədə,  bu  normaları  qəbul  etmiş 
dövlətlərin  özünə  yönəlmişdir  və  onların  orqanları  üçün  qanunvericilik, 
təşki- lati və digər xeırakterli müvafiq öhdəliklər yaradır. Qeyri-müəyyən 
olduğuna görə, bu normalar məhkəmə tətbiqi üçün zəruri hüquqi standartlar 
nəzərdə  tutmur.  Xüsusilə  bu,  proqram  xarakteri  daşıyan,  yəni  yalnız  ən 
ümumi  istiqamətlər,  davranış  sərhədləri  müəyyən  edən,  adekvat 
qanunvericilik  və  ya  inzibati  tədbirlərin  həyata  keçirilməsi  zərurətini 
birbaşa və ya dolayı yolla göstərən müqavilələrə aiddir. Ona görə də milli 
məhkəmə  bu  müqavilələri  öz-  özlüyündə  tətbiq  edə  bilməz.  Misal  üçün, 
insan  hüquqları  sahəsində  universal  müqavilə  olan  İqtisadi,  sosial  və 
mədəni hüquqlar haqqında Beynəlxalq Paktı götürək. Bu müqavilə Razılığa 
gələn  Tərəflərin  niyyətinə  görə  özü  icra  olunan  sayıla  bilməz.  Belə  bir 
nəticə  Paktın  2-ci  maddəsinin  1-ci  bəndindən  birbaşa  irəli  gəlir.  Burada 
deyilir  ki,  iştirakçı  dövlətlər  Paktda  bəyan  olunmuş  hüquq-  lan  «öz 
ehtiyatlarının maksimal hədlərində», «tədricən» və «bütün 
65 


müvafiq üsullarla, o cümlodən qanunvericilik tədbirləri qəbul et-  məklə» 
həyata  keçirməyi  öz  öhdələrinə  götürürlər.  Beləliklə,  həmin  öhdəliklərin 
həyata  keçirilməsinin  başlıca  üsulu  kimi  milli  qanunvericiliyə  göndərişin 
olması Paktda ehtiva olunmuş normaların özü icra olunmasını istisna edir. 
Qeyd edilməlidir ki, özü icra olunan və icra olunmayan müqavilələrin 
tərifi və habelə müəyyən olunmuş siyahısı yoxdur və praktik cəhətdən bu 
heç  mümkün  də  deyil.  Bu  və  ya  digər  beynəlxalq  müqavilənin  özü  icra 
olunan olub-olmaması haqqında məsələ dövlətdaxili hüququn məsələsidir 
və  onun  həlli  dövlətdən  dövlətə  fərqlənir,  yəni  konstitusiyalardan, 
məhkəmə  praktikasından,  hüquqi  ənənələrdən  və  s.  asılıdır.  Doğrudur, 
özündən sonra dövlətdaxili qanunvericilik tədbirlərini açıq-aydın tələb edən 
və  olduqca  ümumi  və  proqram  xarakterli  öhdəliklər  nəzərdə  tutan 
müqavilələr,  çox  güman  ki,  bütün  ölkələrdə  özü  icra  olunmayan 
müqavilələr kimi elan olunacaqdır. Bəzi dövlətlərdə «özü icra olunmayan» 
müqavilə anlayışı məhkəmələr tərəfindən bu və ya digər beynəlxalq sazişin 
tətbiqindən boyun qaçırmaq üçün istifadə olunur (daha doğrusu, sui-istifadə 
olunur). Məsələn, bu hala ABŞ- da tez-tez rast gəlinir, halbuki məlumdur ki, 
ABŞ-ın  Konstitusiyası  (VI  maddə)  beynəlxalq  müqavilələri  «ölkənin  ali 
hüququnun» bir hissəsi elan etmişdir. 
Beynəlxalq  müqavilənin  özü  icra  olunmasının  müəyyən  edilməsi 
problemi ilə qarşılaşan məhkəmələr, adətən, bir-biri ilə sıx əlaqəli iki suala 
cavab verməli olurlar: 1) müqavilə onun dili, məqsədi və konteksti nəzərə 
alınmaqla, birbaşa tətbiq oluna bilərmi; 2) Razılığa gələn dövlətlər fərdlərə 
məhkəmədə müdafiədə oluna bilən hüquq və vəzifələri bilavasitə vennək 
niyyətində olmuş- larmı. Belə ki, beynəlxalq müqavilənin iştirakçısı olan 
dövlətlər müqavilənin özündə razılaşa bilərlər ki, müqavilə bütövlükdə və 
ya  onun  ayrı-ayrı  müddəaları  birbaşa  milli  məhkəmələrdə  tətbiq 
olunacaqdır.  Məsələn,  Avropa  İqtisadi  Birliyinin  yaradılması  haqqında 
Müqavilənin 189-cu maddəsində nəzərdə tutulmuşdur ki, Birliyin Şurasının 
və  ya  Avropa  Komissiyasının  qərarları  məcburidir  və  bütün  iştirakçı 
dövlətlərdə birbaşa tətbiq olunur. 
66 


Bəzi dövlətlər qanunvericilik qaydasında ya konstitusiya səviyyəsində 
(Niderland, Fransa, Yunanıstan, Cənubi Afrika Respublikası və b.) ya da 
xüsusi  qanunlarda,  bir  qayda  olaraq,  beynəlxalq  müqavilələr  haqqında 
qanunlarda  (məsələn,  Rusiya)  özü  icra  olunan  müqavilələrin  anlayışını 
venniş  və  bununla  öz  məhkəmələri  üçün  hansı  beynəlxalq  müqavilələrin 
birbaşa tətbiq olunması barədə ümumi rəhbərlik müəyyən etmişlər. 
Özü  icra  olunan  müqavilələr  anlayışı  Azərbaycan  Respublikasının 
qanunvericiliyində  birbaşa  öz  əksini  tapmamışdır.  Doğrudur,  Mülki 
Məcəllənin  3.1-ci  maddəsini  bu  istiqamətdə  uğurlu  saymaq  olar.  Həmin 
maddədə  deyilir:  «Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
dövlətlərarası  müqavilələr  bu  Məcəllə  ilə  tənzimlənən  mülki  hüquq 
münasibətlərinə (bcynəbcalq müqavilədən onun tətbiqi üçün dövlət- daxili 
normativ  hüquqi  aktın  qəbul  edilməsi  tələbinin  irəli  gəldiyi  hallar  istisna 
edilməklə) birbaşa tətbiq edilir». Beləliklə, qanunverici müəyyən etmişdir 
ki, əgər dövlətimizin iştirakçısı olduğu hər hansı beynəbcalq müqavilədən 
onun ölkə ərazisində tətbiqi üçün dövlətdaxili nonnativ hüquqi aktın qəbul 
edilməsi tələbi irəli gəlirsə, bu müqavilə birbaşa tətbiq oluna bilməz, yəni 
özü icra olunmayan  müqavilə sayılmalıdır. Təbii ki, bu vacib müddəanın 
məhkəmə  praktikasında  sınaqdan  keçirilməsinə  və  inkişaf  etdirilməsinə 
böyük  ehtiyac  vardır.  Digər  tərəfdən,  şübhə  yoxdur  ki,  bu  müddəa  təkcə 
mülki  qanunvericilik  sferası  ilə  məhdudlaşmamalıdır.  Bu  baxımdan  daha 
məqsədəuyğun  olardı  ki,  göstərilən  məsələ  öz  konseptual  həllini 
«Azərbaycan  Rcspubli-  kasmın  beynəlxalq  müqavilələrinin  bağlanması, 
icrası və ləğv edilməsi qaydalan haqqında» Qanunda tapaydı. Təəssüf ki, bu 
mühüm  qanunvericilik  aktı  beynəlxalq  müqavilələrin  dövlətdaxili 
implemcntasiyası,  o  cümlədən  məhkəmələr  tərəfindən  tətbiqi  haqqında 
məsələdən  tamamilə  yan  keçir;  doğrudur,  burada  müqavilələrin  icrası  ilə 
bağlı bir sıra deklarativ müddəalar (15-ci, 16-cı və 17-ci maddələr) öz əksini 
tapmışdır.  1997-ci  il  iyunun  10-da  qəbul  olunmuş  «Məhkomolər  və 
hakimlər haqqında» Qanun da sözügedən məsələyə aydınlıq gətirməmişdir. 
Qanunun 
«məhkəmələr 
işlərə 
baxarkən... 
habelə 
Azərbaycan 
Respublikasının  tərəfdar  olduğu  beynəlxalq  müqavilələri  əldə  rəhbər 
tulurlan) müddəası (4-cü maddənin 3-cü hissəsi), göründüyü kimi, özü icra 
olunan müqavilələr haqqında məsələni həll etmir. Yuxanda dcyilən- 
67 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə