Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə20/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

aktları 
vasitəsilə
  daxil  edilir  (yəni  beynəlxalq  hüquq  milli  hüquqa 
«çevrilİD>,  «transformasiya  edilİD>).  Deməli,  beynəlxalq  nonnanı  milli 
hüquq sisteminə gətirən qanun verilməyibsə, milli məhkəmə həmin normanı 
heç  cür  tətbiq  edə  bilməz.  Böyük  Britaniyada,  Skandinaviya  ölkələrində, 
Tailandda və bir sıra digər dövlətlərdə transformasiya üsulu əsas götürülür. 
3.
 
Milli qanunvericiliyin beynəlxalq hüquq 
normalarına uyğunlaşclınlması 
Hər bir dövlət öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri viedanla 
yerinə yetinnək üçün daxili qanunvericilik sisteminin bu öhdəliklərə uyğun 
olmasını təmin etməlidir. Əslində bu, beynəlxalq hüquq nonnalarının həyata 
keçirilməsinin ən optimal yoludur. 
Çox  zaman  zəruri  qanunvericilik  tədbirlərinin  həyata  keçirilməsi 
beynəlxalq  müqavilələrdə  bir  tələb  kimi  iştirakçı  dövlətlərin  üzərinə 
qoyulur. İfadə formasına görə bu göstərişlər iki eür olur: 
I) ümumi göstəriblər. 
Əsas  etibarilə  insan  hüquqlan  haqqında  beynəlxalq  konvensiyalara 
daxil  edilən  bu  eür  müddəalarda  ümumi  şəkildə  göstərilir  ki,  iştirakçı 
dövlətlər  bu  konvensiyalarda  boyan  edilmiş  hüquq  və  azadlıqlara  əməl 
olunmasını  təmin  etmək  üçün  zəruri  qanun-  verieilik  tədbirləri  həyata 
keçirməlidirlər. 
Məsələn, Uşaq hüquqlan haqqında 1989-eu il Konvensiyasının 4-cü 
maddəsində  deyilir  ki,  «iştirakçı  dövlətlər  bu  Konvensiyada  tanınmış 
hüquqların həyata keçirilməsi üçün bütün müvafiq qanun- verieilik, inzibati 
və digər tədbirlər gönnəlidirİ
0
D>. 
Qeyd  edək  ki,  bu  cür  ümumi  göstərişlərin  yerinə  yetirilmə-  məsi 
öz-özlüyündə  beynəlxalq  hüququn  pozulması  kimi  tövsif  edilə  bilməz. 
Beynəlxalq  hüquq  pozuntusundan  o  zaman  danışmaq  olar  ki,  dövlət  öz 
öhdəliklərini  hər  hansı  bir  konkret  halda  yerinə  yetinnəmiş  olur.  İnsan 
hüquqlan  ilə  bağlı  bizim  misalımızda,  dövlətdaxili  hüququn  beynəlxalq 
hüquqa zidd olması o halda bey 
62 


nəlxalq  hüquq  pozuntusu  sayılır  ki,  bu  zaman  konkret  şoxsin  hər  hansı 
hüquq və ya azadlığı pozulmuş olur. 
2) konkret göstərişlər. 
Bu  halda  müəyyən  qanunvericilik  tədbirlərinin  həyata  keçirilməsi  - 
müvafiq qanunlann və digər aktların qəbul olunması və ya ləğv edilməsi - 
müqavilə iştirakçılarının üzərinə birbaşa vəzifə kimi qoyulur. Beynəlxalq 
hüquqda  bu  cür  öhdəliklərə 
davranış  öhdəlikləri
  deyilir.  Dövlətin  bu 
öhdəliyi yerinə yetirməməsi birbaşa beynəlxalq hüquq pozuntusu doğurur. 
Belə bir misal göstərək. İqtisadi, sosial və mədəni hüquqlar haqqında 
1966-cı  il  Beynəlxalq  Paktın  lO-cu  maddəsinin  3-cü  bəndində  iştirakçı 
dövlətlərdən tələb olunur ki, uşaq əməyinin müəyyən növlərinin tətbiqini 
qanunvericilik  qaydasında  qadağan  etsinlər  və  buna  görə  cəza  nəzərdə 
tutsunlar.  Müvafiq  qanunvericilik  aktla-  nnın  dövlət  tərəfindən  qəbul 
olunmaması,  əgər  yetkinlik  yaşına  çatmamış  hər  hansı  bir  şəxsin  bu  cür 
işlərə cəlb edilməsi halı olmayıbsa və zərərli nəticələr törədilməyibsə belə. 
Paktın pozulması kimi nəzərdən keçiriləcəkdir. 
Soyqınm cinayətinin qarşısının alınması və cəzalandınlması haqqında 
Konvensiyanın  V  maddəsində  də  konkret  göstəriş  öz  əksini  tapmışdır; 
burada  iştirakçı  dövlətlərin  üzərinə  birbaşa  öhdəlik  qoyulur  ki,  onlar  öz 
cinayət  qanunlarında  soyqınm  cinayətinə  görə  müvafiq  cəza  nəzərdə 
tutsunlar. 
4.
 
Azərbaycan Respublikasının daxili 
hüquq sistemi və beynəlxalq hüquq 
Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  Respublikası  beynəlxalq  hüquq 
normalannm həyata keçirilməsinin 
inkorporasiya
  yolunu  seçmişdir.  Belə 
ki.  Konstitusiyamızın  l48-ci  maddəsinin  II  bəndinə  görə,  «Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  Azərbaycan 
Respublikasının  qanunvericilik  sisteminin  aynimaz  tərkib  hissəsidir». 
Göstərilən maddə bütün beynəlxalq 
63 


müqaviləlorin, yoni təkcə dövlətlərarası deyil, habelə hökumət- lərarası və 
idarələrarası sazişlərin də ümumi inkorporasiyasım nəzərdə tutur. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  milli  hüquqa  daxil 
edilmiş beynəlxalq müqaviləlorin normativ ranqı haqqında məsələdən yan 
keçməmişdir. Həmin məsələnin həlli 151-ci maddədə öz əksini tapmışdır. 
Maddədə  deyilir:  «Azərbaycan  Respublikasının  qanunvericilik  sisteminə 
daxil  olan  normativ-hüquqi  aktlar  (Azərbaycan  Respublikasının 
Konstitusiyası  və  referendum  yolu  ilə  qəbul  edilmiş  aktlar  istisna 
olunmaqla) və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 
müqavilələr arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələr tətbiq 
olunur». Göründüyü kimi, bu maddədə yalnız Azərbaycan Respublikasının 
tərəf  olduğu  dövlətlərarası  müqavilələr  nəzərdə  tutulmuşdur.  Höku- 
mətlərarası müqavilələrin hüquqi qüvvəsinə gəldikdə isə, 130-cu maddənin 
III  bəndinin  6-cı  yarımbəndindən  belə  bir  nəticə  çıxır  ki,  normativ 
icrarxiyada  onlar  Azərbaycan  Respublikasının  Konstitusiya  və 
qanunlanndan aşağıda dayanır. 
İlk  baxışdan  belə  bir  təəssürat  yaranır  ki.  Konstitusiya  həmin  bu 
maddədə beynəlxalq hüququn 
primatını
 (üstünlüyünü) müəyyən etmişdir. 
Lakin  əslində  151-ci  maddə  beynəlxalq  müqavilənin  müddəalan  ilə 
Azərbaycanın normativ-hüquqi aktları arasında mümkün ziddiyyətləri həll 
etmək rolunu oynayır. Belə bir ziddiyyət olduqda, məhkəmə bu müddəaları 
ləğv  edə  və  ya  dəyişdirə  bilməz,  yalnız  həmin  müddəaların  tətbiqindən 
imtinanı elan edir. Dövlətdaxili hüquq norması qüvvədə qalır, doğrudur, bu 
zaman  Azərbaycanın  öz  qanunvericiliyini  beynəlxalq  hüquqa 
uyğunlaşdırmaq kimi beynəlxalq öhdəliyi haqqında məsələ aktuallaşır. 
151-ci maddənin məzmunundan irəli gəlir ki, beynəlxalq müqavilə və 
milli qanun arasındakı kolliziyalar Icx posteriori dcrogat Icgi priori prinsipi 
əsasında  həll  olunmalıdır;  beynəlxalq  müqavilə  həm  Azərbaycan 
Respublikası üçün qüvvəyə minməzdən qabaq, həm də ondan sonra qəbul 
olunmuş istənilən nonnativ-hüquqi aktlara münasibətdə üstünlüyə malikdir. 
64 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə