Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə28/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   114

kimi  cinayət  məsuliyyətinə  cəlb  edilmişsə,  yaxud  onun  barəsində  qanuni 
qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin 
Azərbaycan 
Respublikası 
vətəndaşlığından 
çıxması 
Azərbaycan 
Respublikasının  dövlət  təhlükəsizliyi  mənafelərinə  ziddirsə,  həmin  hallar 
aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir...». 
Vətəndaşlığın avtomatik itirilməsi
 
qanunvericilikdə nəzərdə tutulmuş 
müəyyən  halların  baş  vennəsi  ilə  mümkündür.  Məsələn,  ABŞ 
qanunvericiliyinə  görə,  digər  bir  dövlətdə  naturalizasiya  olunmuş  və  ya 
seçkilərdə  iştirak  etmiş  ABŞ  vətəndaşı  Amerika  vətəndaşlığını  avtomatik 
itirmiş sayılır. 
Vətəndaşlıqdan  çıxmadan  fərqli  olaraq,  vətəndaşlıqdan  məhrum 
edilmə
 
dövlət  orqanlarının  təşəbbüsü  ilə  həyata  keçirilir  və  əsasən,  ağır 
dövləti cinayətlər törətmiş şəxslərə (Türkiyədə  - habelə əsgəri xidmətdən 
qəsdən boyun qaçıran şəxslərə) qarşı tətbiq edilir. Müasir beynəlxalq hüquq 
vətəndaşlıqdan 
məhrum 
edilməni
 
qadağan 
edir. 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasında 
imperativ 
qaydada 
müəyyən 
olunmuşdur  ki,  «Azərbaycan  Respublikasının  vətəndaşı  heç  bir  halda 
Azərbaycan  Respublikası  vətəndaşlığından  məhrum  edilə  bilməz»  (53-cü 
maddənin 1 hissəsi) və «... Azərbaycan Respublikasından qovula bilməz...» 
(53-cü maddənin II hissəsi). 
c) ikili vətəndaşlıq 
İkili  vətəndaşlıq  (hipatrizm)  -  şəxsin  iki  və  ya  artıq  vətəndaşlığının 
olmasıdır. 
İkili vətəndaşlıq naturalizasiya zamanı və  ya  «qan hüququ» prinsipi 
tətbiq edən dövlətin vətəndaşlarının «torpaq hüququ» tətbiq edən dövlətin 
ərazisində uşağı doğularkən ortaya çıxa bilər. 
İkili vətəndaşlıq şəxs üçün əlavə çətinliklər yarada bilər (məsələn, hər 
iki  dövlətdə  hərbi  xidmət;  hər  iki  dövlətə  vergi  ödənilməsi  və  s.).  Digər 
tərəfdən, ikili vətəndaşlıq müvafiq iki dövlət üçün də mənfi nəticələr ortaya 
çıxarır;  bu,  əsasən,  həmin  şəxsə  diplomatik  müdafiənin  hansı  dövlət 
tərəfindən təmin edil 
87 


məsi ilə bağlıdır. Bu səbəbdən, habelə dövlət suverenliyindən irəli gələrək, 
ikili  vətəndaşlığı  olan  şəxsi,  dövlət,  bir  qayda  olaraq,  öz  vətəndaşı  kimi 
tanıyır.  Mübahisəli  məsələ  olduqda  beynəlxalq  məhkəmə  təcrübəsində 
«effektiv  vdtəndaşlıq»
 
prinsipindən  istifadə  olunur:  ikili  vətəndaşlığı  olan 
şəxs  daimi  yaşadığı,  işlədiyi,  daşınmaz  əmlakının  yerləşdiyi  dövlətin 
vətəndaşı sayılır. 
Azərbaycan  Republikasınm  vətəndaşı  olan  şəxsin  başqa  dövlətin 
vətəndaşlığına  mənsubiyyəti  prinsip  ebarilə  tanınmır.  Faktik  olaraq  bu, 
yalnız  Azərbaycan  Republikasınm  beynəlxalq  müqavilələrində  nəzərdə 
tutulmuş  hallarda  mümkündür  (bax:  «Azərbaycan  Respublikasının 
vətəndaşlığı haqqında» Qanunun 10-cu maddəsi). 
İkili vətəndaşlığa həsr olunmuş iki cür
 
beynəlxalq müqavilələr vardır: 
1)
 
ikili vətəndaşlığın nəticələrinin aradan qaldırılmasına yönəl^ miş 
müqavilələr.
 
Bu  müqavilələr  ikili  vətəndaşlığın  özünü  aradan  qaldırmır. 
Onlara misal olaraq Vətəndaşlıq haqqında qanunların kolliziyasına aid olan 
bəzi  məsələlər  haqqında  1930-cu  il  Haaqa  Konvensiyasını,  Çoxqat 
vətəndaşlıq haqqında 1963-cü il Strasburq Konvensiyasını
 
və xüsusi olaraq 
bağlanmış ikitərəfli müqavilələri göstərmək olar. 
2)
 
bilavasitə ikili vətəndaşlığın ləğvinə yönəlmiş müqavilələr. 
Bu müqavilələrin əsasına, adətən, o prinsip qoyulur ki: a) ikili vətəndaşlığı 
olan  şəxsə  müəyyən  müddət  ərzində  iki  vətəndaşlıqdan  birini  seçmək 
imkanı verilir; şəxs heç bir qərara gəlmədikdə, o, ərazisində daimi yaşadığı 
dövlətin  vətəndaşlığını  saxlamış  olur;  b)  dövlət  onun  vətəndaşı  olmaq 
istəyən  şəxsi  yalnız  müvafiq  dövlətdən  icazə  təqdim  etdiyi  halda  öz 
vətəndaşlığına qəbul edir. 
ç) 
vətəndaşsızlıq 
Vətəndaşsızlıq  (apatrizm)  -  şəxsin,  heç  bir  dövlətin  vətəndaşlığına 
mənsub olmaması ilə səciyyələnən hüquqi vəziyyətidir.
 
Bu 
şəxslərin heç bir dövlətlə hüquqi əlaqəsi olmur və heç bir dövlət tərəfindən 
onlara diplomatik müdafiə göstərilmir. 
88 


«Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti 
haqqında» Azərbaycan Respublikasının 1996-cı il 13 mart tarixli 
Qanununda göstərilir ki, «vətəndaşlığı olmayan şəxslər Azərbaycan 
Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına 
mənsub olmayan şəxslərdir» (2-ci maddə). 
Vətəndaşsızlıq, əsasən, aşağıdakı hallarda meydana gələ bilər: şəxs öz 
dövlətinin  vətəndaşlığından  çıxıb,  hələ  başqa  bir  dövlətin  vətəndaşlığım 
əldə  etməyibsə;  əcnəbi  ilə  nikaha  daxil  olan  qadın  öz  dövlətinin 
qanunvericiliyinə  görə  vətəndaşlığını  avtomatik  olaraq  itirib,  lakin  ərinin 
vətəndaşlığının əldə etməyibsə. 
Vətəndaşlığı olmayan şəxslərin statusu əksər ölkələrdə, mahiyyət 
etibarilə, əcnəbilərə bərabər götürülür. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  69-cu  maddəsinin  I 
hissəsində deyilir: «Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan 
Respublikasında  olarkən,  qanunla  və  ya  Azərbaycan  Respublikasının 
tərəfdar  çıxdığı  beynəlxalq  müqavilə  ilə  başqa  hal  nəzərdə  tutulmayıbsa, 
Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  bərabər  bütün  hüquqlardan 
istifadə edə bilər və bütün vəzifələri yerinə yctirməlidirlər». 
Vətəndaşlığı  olmayan  şəxslərə  iki  beynəlxalq  müqavilə  həsr 
olunmuşdur: 
Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyası
 və 
Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyası. 
1954-cü  il  Konvensiyası  iştirakçı  dövlətlərdən  tələb  edir  ki,  öz 
qanunvericiliyində  vətəndaşlığı  olmayan  şəxslor  üçün  müəyyən  rejim 
nəzərdə tutsunlar. Konvensiyada apatridlərin şəxsi statusu, əmlak hüquqlan 
qorunur, onlar üçün təhsil alma, işədüzəlmə və s. sahələrdə bir sıra güzəştlər 
müəyyən olunur. 1961-ci il Konvensiyasına görə, iştirakçı dövlət ərazisində 
doğulmuş  və  başqa  cür  vətəndaşlıq  əldə  edə  bilməyən  şəxsə  öz 
vətəndaşlığını vennəlidir. 
«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 12-ci 
maddəsinə  müvafiq  olaraq,  «vətəndaşhğı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikası  ərazisində  doğulmuş  uşağı  Azərbaycan  Respublikasının 
votondaşıdır».  Qanunun  13-cü  maddəsində  isə  müəyyən  olunmuşdur  ki, 
«Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum 
uşaq Azərbaycan Respublikasının vətəndaş ıdır». 
89 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə