Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə25/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   114

X
 
FƏSİL 
DÖVLƏTİN YURİSDİKSİYASI 
1. Dövlət yurisdiksiyasmın anlayışı 
Beynəlxalq  hüquqa  görə,  dövlət  öz  daxili  qanunlarını  ərazisi 
çərçivəsində  və  onun  hüdudlarından  kənarda  baş  verən  məsələlərə,  - 
yurisdiksiya obyektinin dövlət mənsubiyyətindən asılı olmayaraq,  - tətbiq 
edo  bilər  (buna  preskripliv  yurisdiksiya,
 
yəni  müəyyən  etmə  və  ya 
nizamasalma yurisdiksiyası
 
deyilir). 
Lakin  bu  yurisdiksiyanın  (preskripliv  yurisdiksiyanın)  həyata 
keçirilməsi dövlətin öz ərazisi ilə məhdudlaşır və xüsusi razılaşma olmasa, 
başqa bir dövlətin ərazisində hər hansı bir formada mümkün deyildir. Başqa 
sözlə, dövlət öz hüquq-mühafizə orqanlarını başqa bir dövlətin ərazisində 
fəaliyyətə gətirə bilməz (buna həyata keçirmə yurisdiksiyası
 
deyilir). 
Dövlətin öz ərazisi çərçivəsindəki yurisdiksiyası mütləq və müstəsna 
xarakter daşıyır. Dövlət öz ərazisində yerləşən bütün şəxslər, mülkiyyət və 
baş verən bütün hadisələr üzərində, ümumi və ya konkret beynəlxalq hüquq 
norması  ilə  başqa  cür  nəzərdə  tutulmayıbsa,  hakimiyyət  səlahiyyətləri 
həyata keçirir. Başqa sözlə, heç bir başqa dövlət və ya beynəlxalq qrup bir 
dövlətin «daxili yurisdiksiyasına» müdaxilə edə bilməz. 
2.
 
Dövlətin mülki-hüquqi və 
cinayət yurisdiksiyası 
Hər  bir  dövlət  müxtəlif  prinsiplər  əsasında  şəxslər  üzərində  öz 
mülki-hüquqi  və  cinayət-hüquqi  yurisdiksiyasını  həyata  keçirir.  Bu 
prinsiplər  dövlətin  öz  qanunvericiliyində  müəyyən  olunur  və  beynəlxalq 
huquqla zidiyyət təşkil etmir. Bunlar aşağıdakılardır: 
77 


Ərazi yurisdiksiyası. Yuxanda qeyd edildiyi kimi, dövlot öz ərazisində 
baş  verən  bütün  məsələlər  üzərində  yurisdiksiyaya  malikdir.  Müvafiq 
şəxslərin  dövlətin  öz  vətəndaşları,  əcnəbi  vətəndaşlar  və  ya  vətəndaşlığı 
olmayan şəxslər olmasının məsələyə dəxli yoxdur. Mülki və cinayət hüquq 
qaydasında  yurisdiksiyanın  əksər  hissəsi  dövlətlər  tərəfindən  məhz  bu 
prinsipə əsasən həyata keçirilir. Onun iki növü vardır; 
a)
 
obyektiv  ərazi  yurisdiksiyası.
  Dövlət  öz  ərazisində  başa  çatmış 
hüquq pozuntuları üzərində yurisdiksiyaya malikdir; bu zaman cinayətin və 
mülki hüquq pozuntusunun hər hansı bir ünsürü xaricdə baş verə bilər. 
Daimi Beynəlxalq ədalət məhkəməsinin 
Lotus işi
 üzrə çıxardığı qərarı 
misal  göstəraıək  olar.  Fransa  gəmisi  («Lotus»)  ilə  Türkiyə  gəmisinin 
toqquşması  nəticəsində  'lurkiyə  gəmisində  səkkiz  adam  həlak  olmuşdu. 
Türkiyənin fransız gəmi kapitanı üzərində yurisdiksiya həyata keçinnəsino 
Fransa  etiraz  etmişdi.  Lakin  Məhkəmə,  əvvəla,  qeyd  etdi  ki,  Türkiyənin 
gəmisi  Türkiyənin  ərazisi  kimi  qəbul  olunmalıdır.  Daha  sonra  Məhkəmə 
göstərdi ki, Türkiyənin öz yurisdiksiyasını həyata keçinuək hüququ vardır, 
çünki baş vermiş cinayətin tərkib ünsürü - adamların həlak olması - 'lurkiyə 
ərazisində baş vermişdir. 
b)
 
subyektiv ərazi yurisdiksiyası.
 İndicə şərh etdiyimiz prinsipin əks 
variantıdır. Belə ki, dövlət öz ölkəsində başlanmış bütün hüquq pozuntuları 
üzərində yurisdiksiyaya malikdir, bu zaman hüquq pozuntusunun hər hansı 
bir ünsürü və ya onun başa çatması həp hansı digər ölkədə ola bilər. 
Vətəndaşlıq yurisdiksiyası. Beynəlxalq hüquq dövlətə icazə verir ki, 
bütün  öz  vətəndaşlarına  münasibətdə,  cinayətin  və  ya  mülki  hüquq 
pozuntusunun harada baş verməsindən asılı olmayaraq, yurisdiksiya həyata 
keçirsin.  Əlbəttə,  vətəndaş  yalnız  öz  dövlətinə  qayıtdıqdan  sonra  dövlət 
yurisdiksiyasını həyata keçirə bilər və ola bilər ki, müvafiq ölkədə məsələyə 
artıq baxıldığına görə həmin dövlət heç bir tədbirə əl atmasın. 
Bir dəfə Böyük Britaniya vətəndaşı ikinci dəfə evlənməyə görə, ikinci 
nikahın Böyük Britaniyadan kənarda bağlandığına baxmayaraq mühakimə 
olunmuşdu. 
78 


Passiv  vətəndaşlıq  yurisdiksiyası.  Vətəndaşlıq 
3
nırisdiksiyası  kimi, 
passiv  vətəndaşlıq  prinsipi  də  cinayət  əməlinə  cəlb  olunmuş  fərdin 
şəxsiyyətinə  söykənir.  Bununla  belə,  əgər  birinci  prinsip  cinayətkann 
şəxsiyyəti ilə bağlıdırsa, ikinci prinsip cinayətin qurbanı ilə bağlıdır. Belə 
ki, bu prinsipə görə, dövlət öz vətəndaş- lannın cinayətin qurbanı olduğu 
bütün cinayət əməlləri üzərində yurisdiksiya həyata keçirə bilər; bu zaman 
cinayətin  törədildiyi  yer  və  ya  cinayəti  törədən  şəxsin  vətəndaşlığı 
əhəmiyyət kəsb etmir. 
Yuxarıda qeyd edilmiş 
Lotus işində
 Türkiyə öz yurisdiksiyasını həm 
də onunla əsaslandırırdı ki, həlak olmuş şəxslər Türkiyə vətəndaşları idilər. 
Doğrudur,  məhkəmə  bu  işdə  passiv  vətəndaşlıq  prinsipinin  beynəlxalq 
hüquqa görə məqbul prinsip olması məsələsinə baxmağı lüzum bilməmişdi. 
Qeyd  etmək  lazımdır  ki,  passiv  vətəndaşlıq  yurisdiksiyasının  həyata 
keçirilməsi  praktikada  çoxlu  problemlər  doğura  bilər  və  yuxarıda  şərh 
etdiyimiz digər prinsiplərlə kolliziyaya girə bilər. Məsələn, hər hansı əməl 
bu əməlin qurbanı olan şəxsin vətəndaşı olduğu ölkənin qanunvericiliyinə 
görə cinayət olduğu halda, əməlin baş verdiyi ölkənin (ərazi yurisdiksiyası) 
və  ya  əməli  törədən  şəxsin  vətəndaşı  olduğu  ölkənin  (vətəndaşlıq 
yurisdiksiyası)  qanunvericiliyinə  görə  cinayət  olmaya  da  bilər.  Bu  cür 
hallarda,  yəni  üst-üstə  düşən  yurisdiksiya  hallarında  passiv  vətəndaşlıq 
prinsipi, əsasən, arxa plana keçir. 
Unvcrsal yurisdiksiya. Beynəlxalq hüquqa görə, elə cinayətlər vardır 
ki,  (məsələn,  təcavüz,  soyqınm,  müharibə  cinayətləri,  insanlıq  əleyhinə 
cinayətlər və s.) onlar bütün dövlətlərin maarağına toxunur və beynəlxalq 
hüquq qaydası üçün təhlükəlidir; buna görə də dünyanın istənilən dövləti bu 
cür  cinayətlərlə  bağlı  yurisdiksiya  həyata  keçirə  bilər.  Universal 
yurisdiksiya,  cinayət  əməlinin  harada  baş  verməsindən  və  əməli  törədən 
şəxsin  vətəndaşlığından  asılı  olmayaraq  həyata  keçirilir.  Beləliklə,  bu 
yurisdiksiya  üçün  əsas  ərazi  və  ya  vətəndaşlıq  yox,  törədilmiş  əməlin 
xarakteridir. 
1996-cı  ildə  İspaniya  məhkəmələrinin  birində  bir  sıra  Argentina 
zabitlərinə qarşı proses başlandı. Zabitlər 1976-1983-cü illərdə 
79 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə